İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 İyun, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Ölümü öldürən adam…”

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Heydər Əliyevi lap yaxından həyatımda cəmi bircə dəfə görmüşəm.

Mərhum Səfiyar Musayevlə BDU-da təşkil edilən vida mərasimində. Lap dəqiqi, həmin mərasim öncəsi. Biz, 1-ci kurs tələbələri əsas korpusun qarşısında dayanmışdıq. Ulu Öndər onu gətirən uzun və yaraşıqlı maşından düşdü, dağınıq saçlarını barmaqları ilə arxaya doğru daradı, ətrafdakılara baş hərəkəti ilə salam verdi və dərhal Səfiyar müəllimin nəşi qoyulan zala doğru irəlilədi.
Mərasimə müəllim heyəti ilə bərabər yalnız yuxarı kurs tələbələri qatılmışdı.

Biz isə Heydər Əliyevin bayırda qalan tək müşayiətçisini – sürücünü və maşının özünü qəribə baxışlarla süzürdük: “Görəsən oturacaqlar necədir?”, “Sürət göstəricisində maksimum hədd nə qədərdir?”, “İçində şəhər telefonu varmı, yoxmu?” – kimi səssiz sualların fonunda.

Hə, 16 yaşımız vardı. Gənc də yox, uşaq idik və özünüdərkin bu mərhələsində Heydər Əliyevin maşını bəlkə də Heydər Əliyevin özündən daha maraqlı görünürdü bizə və ən əsası, fərqində belə deyildik ki, o maşının zaman-zaman yüz və ya min bənzəri qarşımıza çıxsa da bənzərsiz Heydər Əliyevdən bir də heç vaxt çıxmayacaq!

Mən Heydər Əliyevlə çalışanlara, həmsöhbət olanlara hər zaman həsəd aparmışam. Bəzən müsahibə və açıqlamalarında “Onu öz “jiquli”mlə aeroporta apardım”, “bərabər sup içdik”, “səhərə qədər söhbət elədik”, – tipli fikirlər səsləndirən insanlara, bu qədər özəl və yaxın münasibətin yiyələrinə isə sözün gerçək anlamında paxıllıq etmişəm. Hətta yuxarıda ötəri təsvirini verdiyim və bəlkə də ömrü boyunca susqun qalan sürücüsünə belə. Özümdən asılı olmadan…

Heydər Əliyev sıfırdan dövlət qurub. Məhz sıfırdan! Heydər Əliyev bütün resursları məhv edilmiş bir məmləkəti qısa zaman kəsiyində dünya çapına çıxarıb, onun bütövlüyünü, suverenliyini bütün yad və iç təhdidlərdən qoruyub. Tək gücü ilə! Heydər Əliyev Azərbaycanı əlikramların, surətlərin, rövşənlərin, “sadval”çıların, 1 illik hakimiyyətləri dövründə Azərbaycanı viran günə qoyan quldurbaşıların caynağından xilas edib və sadəcə Tanrı bilir, nələrin bahasına!

“Gəncə hadisələri” ilə bağlı videolara hər dəfə nəzər yetirdiyimdə içim sızlayır. Mirşahinin Heydər Əliyevdən açıqlama aldığı məqama lütfən diqqətlə baxın. Yorğunluq və əsəb pik həddədir! Bu nəhəng adam Surətlə nə danışa, nə müzakirə edə bilərdi ki? – Əlbət, heç nə! Amma Surəti dəyərindən milyon qat artıq şişirdənlər, “Surət Gəncədən Bakıya doğru yol alıb, gizlənin”- anonsunu verənlər vəziyyəti elə bir həddə gətirmişdilər ki, Surət az qala ideologiya “dəngə”sinə çevrilmişdi, baş prokuroru, səlahiyyətli şəxsləri həbs edirdi, prezident Elçibəyin həbsinə sanksiya imzalatdırırdı. Ona görə onunla üzbəüz oturub müzakirə aparmaq məhkumiyyəti yaranmışdı.

Bax, bu səbəbdən içim sızlayır ki, Ulu Öndər kimi şəxsiyyət Surət kimi gədə ilə bir masa arxasında + kiminsə səhvlərini sığortalamaq və Azərbaycanı qorumaq üçün müzakirə aparmağa məcbur olub. Səbrini sınağa çəkərək. Əsəblərinə min bir əziyyətlə hakim kəsilərək. “Lənət sənə şeytan”, – deyərək…

Heydər Əliyev ölümdən qorxmadığı üçün bütün sui-qəsdlərdən xilas olub. O, prezidentliyi özünə prioritet seçmədiyi üçün Prezident olub.

General Şahin Musayevin zirehli texnikası Heydər Əliyevi səfərdən gətirən təyyarəyə tuşlanıır. Bir tətik çəkimi yetərlidir ki, sui-qəsd reallaşsın. Amma hava anidən dəyişir və təyyarə məcburən Mərdəkan deyil, Buzovna üzərindən eniş etməli olur və beləcə təbiət Heydər Əliyevi ölümdən qurtarır! – Budur, Tanrının əli!

Prezidentin korteji keçən məkanlarda ard-arda 11 terror düzənlənir. Amma hər dəfəsində ya 10 addım, ya da 2 dəqiqə qala kəşfiyyat məlumatı əldə edilir və möcüzə nəticəsində məkrli planlar fiaskoya uğrayır! – Budur, düz adamın həyatdakı sığortası!

Üç dəfə tribunada huşunu itirir, yıxılır. Həkim korpusu, mühafizə xidməti səhnəyə çıxacağı halda 99 deyil, 100 faizlik ölüm halının baş verəcəyini qətiyyətlə bildirir, “Hərbçi, kursant qarşısına şux formada çıxmadan, onlara öz əzəmətimlə “sağ ol” demədən bu məkandan getmərəm, mən ölümdən qorxsam, Heydər Əliyev olmaram!” – israrını bütün ətraf səngitməyə çalışır. Alınmır! O inadla qayıdır. Hər şeyi dediyindən də gözəl edir. Əcələ meydan oxuyur. Ölümü öldürür! Və yaşayır! Budur, cəsarətin mükafatı!

Heydər Əliyevin Parlamentdəki çıxışını əngəlləmək, ona mane olmaq üçün ayaqlarını yerə döyəcləyənlər, Ulu Öndərin Naxçıvandakı iş otağınının şüşələrini 1 ayda 5 dəfə sındıranlar, cəbhədə yaratmalı, qurmalı olduqları blokadanı, istehkamı ümummilli liderə, onun ətrafına, silahdaşlarına qarşı quranlar indi hardadırlar?! – Tarixin zibilliyində!

Bəs Heydər Əliyev? – Qəlblərdə, yaddaşlarda və ən gözəl xatirələrdə!

Hər zaman da belə olacaq!

Belə olacaq və belə qalacaq!

Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Zəngilanda Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Növbəti xəbər

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının illik ümumi iclası keçirilib

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

2 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

2 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

2 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

6 gün əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

7 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

7 gün əvvəl
Növbəti xəbər
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının illik ümumi iclası keçirilib

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının illik ümumi iclası keçirilib

Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

2 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

2 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

2 gün əvvəl
Deputat: Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib
Xüsusi

Yox olmaqdan xilasa, xilasdan qələbələrə gedən yol

4 gün əvvəl
“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.
Xüsusi

“Şuşa Bəyannaməsi” Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq.

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.