İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Yanvar, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Ölkəmizin inkişaf tarixində yeni dövr başlayıb

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrü bir neçə mərhələyə bölə bilərik. 1991-1993-cü illər – xaos, müstəqilliyin itirilməsi təhlükəsi dövrüdür. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda siyasi sabitliyin təmin olunub müstəqilliymizə olan təhdidlərin aradan qaldırılması, müstəqilliymizin dönməz xarakter alması, iqtisadi inkişafın təməli olan uzunmüddətli inkişaf strategiyanın bünövrəsinin qoyulması dövrüdür. 2003-2023-cü illlər Azərbaycanın sürətli inkişaf etməsi, güclü, qüdrətli Azərbaycana çevrilməsi ilə xarakterizə edilir. 2023-cü ilin sentyabrın 20-dən sonrakı mərhələni isə Azərbaycanın dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyan dövrü hesab etmək olar.

1993-cü ildən indiyədək keçən yol Azərbaycan dövlətinin şanlı bir tarix səhifəsidir. Bu dövr ərzində Azərbaycan təkcə bir dövlət kimi yox, həm də bir coğrafiya kimi siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşib. Lakin Ulu Öndər Heydər Əliyev və onun siyasi irsinin layiqli davamçısı İlham Əliyevin uzaqgörən, müdrik, qətiyyətli  siyasəti nəticəsində Azərbaycan bütün bu fəlakətləri atladaraq son 200 ildən artıq müddətdəki itkilərdən sonra tarixi uğurlara və qələbələrə imza atmış oldu. Bunu cənab Prezident İlham Əliyev yanvarın 10-da yerli media orqanlarına müsahibəsində də bir daha dilə gətirdi. Bildirdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki, o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi. Yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki, məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. Bu bir siyasi həqiqətdir. Çünki müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə, gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz yürüdülən məqsədyönlü siyasət nəticəsində bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, həm də, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə olan ölkədir.

Azərbaycanın inkişaf strategiyası ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan  bütün hədəflər cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Azərbaycan nəinki dünyanın  güclü və qüdrətli, inkişaf edən ölkəsinə çevrilib, eyni zamanda dünyada ən mürəkkəb münaqişlərdən hesab edilən 100 illik Ermənistan-Azərbaycan münaqişəsinə son verilib.  Azərbaycan 20 sentyabr 2023-cü ildə suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yaradıb.  Bu tarixdən sonra isə Azərbaycanın yeni inkişaf mərhələsi başlayır. Bütün bu qələbələr və tarixi zəfərlər ancaq və ancaq cənab Prezident İlham Əliyev kimi uzaqgörən, müdrik, qətiyyətli, cəsarətli liderin rəhbərliyi altında mümkün olub. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyada Azərbaycan ən nüfuzlu ölkələrdən biri kimi qəbul edilir və hörmət edilir. Təbii ki, Azərbaycanın bu uğurları bizi istəməyənlər və düşmənlərimiz tərəfindən həzm edilmir. Ona görə də bu qələbələrə kölgə salmaq, Azərbaycanı böhrana sürükləmək istəyən qüvvələr müxtəlif təxribatçı hərəkətlərə əl atmaqdadır. Bu yoldan döndərmək üçün müxtəlif vasitələrdən istifadə edib ölkəmizə təzyiq etməyə çalışırlar. Hansı ki, cənab Prezident  bütün bunlara aydınlıq gətirdi. Cənab Prezident  başda Fransa olmaqla həmin güclərə mesaj verdi ki, onların ölkəmizə qarşı bütün bu cəhdləri hər zaman olduğu kimi bundan sonra da  iflasa uğrayacaq. Əksinə, Azərbaycan Fransanın neokolonist siyasətinin ifşa edilməsi və onun yürütdüyü  müstəmləkəçilik siyasətinin qurbanı olan xalqların hüquqlarının müdafiəsi,  ədalətin bərqərar olmasında öz  töhfəsini verəcək.

Cənab Prezidentin müsahibəsi Azərbaycanın bölgədə sülhün təmin olunması və gələcək hədəfləri ilə bağlı mesajları baxımından mühüm əhəmiyyət kəsb edir.

Birincisi, Bakı İrəvanla sülh sazişinin hansı şərtlər daxilinə imzalanacağını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Sülh sərhədlərin delimitasiyası və demarkasiyası xaric imzalana bilər və Bakı buna hazırdır. Əgər sərhədlərin delimitasiyası və demarkasiyası gözlənilirsə, o zaman sülhün imzalanması illər çəkə bilər ki, bu da  ilk növbədə Ermənistanın xeyrinə deyil. İkincisi, Azərbaycanın digər hissəsi olan Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsidir. Əgər, İrəvan  məhz Zəngəzurdan maneəsiz gediş-gəlişə razı olmayacaqsa, o zaman Ermənistanın izolyasiyası bundan sonra da  davam edəcək. Azərbaycanla hər hansı kommunikasiya yolları açılmayacaq ki, bundan da itirən tərəf yenə də Ermənistan olacaq. Üçüncüsü, erməni revanşizminə bir daha imkan verilməyəcək və bu halların qarşısı dərhal ən sərt formada alınacaq. Cənab Prezident də bəyan etdi ki, xüsusən də Fransa  Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasını istəmədiyindən erməni revanşizminin yenidən baş qaldırması üçün cəhdlər edir. Ona görə də Ermənistanı silahlandırmağa çalışır. Bu cəhdlərə bir daha imkan verilməyəcək. Amma, Azərbaycanın inkişafını, güclənməsini, qüdrətlənməsini istəməyən, uğurlarını, qələbələrini həzm edə bilməyən qüvvələrə, düşmənlərə qarşı hər zaman ayıq olmalıyıq. Cənab Prezidentin bəyan etdiyi kimi, hesab etməməliyik ki, müharibə bitib. Ölkəmizə təhdid və təhlükələrə qarşı hər zaman ayıq olmalıyıq. Necə ki, birlik, həmrəylik nəticəsində tarixi zəfərlərə imza atdıqsa, birliyimiz nəticəsində 20 sentyabrdan sonrakı mərhələdə qarşımızda duran hədəflərə nail olub, çağırışları həll edəcəyik.

 

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakı-Sumqayıt yoluna alternativ yol çəkiləcək – Bu tarixdə

Növbəti xəbər

Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

5 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

5 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

9 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Cənab Prezident çox açıq şəkildə Ermənistana mesaj verdi

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

23 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

4 gün əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

5 gün əvvəl
İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gündəm

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.