İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir

2 həftə əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafın təşviqində mühüm rol oynayır. Son illər bu vacib sahənin ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına töhfəsi getdikcə artır. Hələ zamanında Ümummlilli Lider Heydər Əliyevin gərgin əməyi sayəsində istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, ehtiyatlardan səmərəli və məqsədyönlü istifadə təmin olunub, sahənin dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ulu öndər tərəfindən qoyulmuş aqrar strategiya hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib.

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirə zamanı aqrar və su təsərrüfatında mövcud islahatlar, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” müzakirə edilib.

Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı aqrar sahənin ölkə iqtisadiyyatında mühüm yer tutduğunu bir daha göstərmişdir. Dövlət başçısının “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir” fikri dövlətin aqrar sektorun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən etdiyini ifadə edir. Azərbaycanda kənd təsərrüfatı əhalinin məşğulluğunun təmin olunmasında və ərzaq təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi və müasir texnologiyaların tətbiqi aqrar sahənin inkişafına müsbət təsir göstərir. Məhz bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.

Dövlət başçısının müşavirədə vurğuladığı əsas məsələlərdən biri də kənd təsərrüfatının modernləşdirilməsi olmuşdur. Müasir suvarma sistemlərinin qurulması, yeni texnikaların istifadəsi və innovativ üsulların tətbiqi kənd təsərrüfatının daha səmərəli inkişafına imkan yaradır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində kənd yerlərində infrastrukturun yaxşılaşdırılması kənd əhalisinin rifahına mühüm töhfə verir. Kənd təsərrüfatının inkişafı ixrac potensialının artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Yerli məhsulların xarici bazarlara çıxarılması ölkə iqtisadiyyatının güclənməsinə və qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti aqrar sahənin davamlı inkişafını təmin etməyə yönəlmişdir.

Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”.

Qeyd etmək lazımdır ki, görülən və görüləcək  tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir: “Dövlət başçısı İlham Əliyevin  25 may  2026-cı il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı da özündə mühüm məqamları ehtiva edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın  ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Bu sənəd 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa  əsaslanan  və rəqabətqabiliyyətli inkişaf modelinə keçidin  təmin edilməsi nəzərdə tutulur.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

Növbəti xəbər

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

Əlaqədar Xəbərlər

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Enerji layihələri Azərbaycanın mövqeyini gücləndirib

5 gün əvvəl
Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək
Gündəm

Məcburi köçkünlərlə bağlı sosial dəstək tədbirləri keçid dövründə davam etdiriləcək

6 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

6 gün əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

11 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.