İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

O boyda parlament gör kimlərin ümidinə qalıb…

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Kimdə nə yoxdursa, ondan danışır. Gerçəkdən!

Məsələn, Avropa Parlamenti öz növbəti qətnaməsində buyurub ki, Azərbaycan dövləti insan hüquqları ilə bağlı məsələlərə ciddi nəzər yetirməli, hüquq müdafiəçisi (?) İlhamiz Quliyev başda olmaqla filan-filan adamları dərhal və qeyd-şərtsiz azadlığa buraxmalıdır.

Hər şey bir yana. İlhamiz nə idi, sən canı? Kim tanıyır bu adda birini? Öz də hələ “başda olmaqla”! Üstəlik, hüquq müdafiəçisi…

Siyahı dəqiq Azərbaycanamı aiddir?

***

Qəribə gedişatdır. Həqiqətən. Məntiqin, nizamın, qanunauyğunluğun ən kiçik əlaməti belə gözə dəymir. Beynəlxalq hüququn məzarını çoxdan ot basıb. Nəyisə araşdıran yox, dəqiqləşdirən yox. “Ura!” prinsipi dominant xəttə çevirilib. O boyda Parlament gör kimlərin ümidinə qalıb: Mattias Ekkelərin, Emmanuel Maruellərin, Petras Austreviçiusların! Və 474 deputat da düşüb bunların ardınca, ləbbeyk olublar ədalətin anasını ağlatmağa…

Az qala dünyanın hər qarışında qətli, qanı təşviq elə, silah ritorikası ilə danış, 3-cü dünya müharibəsinin başlaması üçün dəridən-qabıqdan çıx, sonra da xəlvətdə tribuna, kamera, media görən kimi mələk görkəmini al və hüquqdan, azadlıqdan dəm vur…

İşdirmi bu?!

30 illik işğalçını qoynunda bəslə, Xocalı cəlladlarını görməzdən keç, erməninin törətdiyi misilsiz müharibə cinayətlərinə səssiz qal, amma Azərbaycan öz halalca haqqına qovuşan kimi o tərəfdən dərhal boylan ki, mən də varam.

Əvvəl harda idin?

Radikal, anti-milli kəsimi böyük paralarla yemlə, diplomatik missiya adı ilə ölkəyə göndərdiyin adamları öz məkrli niyyət(lər)inə alət elə, ortalıqda qəfil və dəxilsiz peydahlanan media qurumları üzərindən Azərbaycana pul daşı, təxribat planla, sonra da demokrat libası geyinərək ortalığa çıx ki, mən deyən olmalıdı, hə?

Xeyir ola?

“Söyüş müxalifəti” adlandırdığımız qanıpozuq zümrə kimin əsəridir, cənab Avropa? Bəlkə onları mən yetişdirmişəm, ortalığa buraxmışam? Niyə vermirsən həmin cinayətkarları? Niyə ekstradisiya tələblərini qulaqardına vurursan? Və ya heç belə hal olubmu ki, sənin vətəndaşın başqa məkandan öz prezidentini, yüksək vəzifəli şəxsləri ən ağır formada təhqir eləsin, amma ona gözün üstə qaşın var deyən olmasın? Yox, əlbət. Mümkünatı belə yoxdur. Haqqında danışdıqlarım isə ona görə rahatdırlar ki, arxalarında siz dayanmısız. Dayanmısız, dayanırsız və bu axsaq dayanıqlıqla hələ kiməsə məsləhət vermək çabasına belə girirsiniz.

Utanmadan–qızarmadan!

***

Əlqərəz.

Gedin quşunuzu başqa yerdə uçurdun.

Belə mövzulara da heç girməyin.

Çünki hüquq qalsın bir yana, sizin heç insanlıq haqda normal təsəvvürləriniz yoxdur….

Elşən Musyev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Azərbaycanın qlobal məsələlərdə iştirakı və səyləri göz qabağındadır

Növbəti xəbər

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

5 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

10 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

10 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

1 il əvvəl
Növbəti xəbər
Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir

Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından bir nümunədir

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

14 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

14 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.