Bakı Dövlət Universiteti (BDU) Psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, həmin kafedranın “Tibbi Psixologiya” ixtisası üzrə elmlər doktorluğu proqramı üzrə doktorantı, klinik psixoloq, hipnoterapevt, APA (Amerika Psixoloqlar Assosiasiyası) və Beynalxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris) Kamilə xanım Kazımova və psixoloq Fatimə xanım Cəfərovanın “Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri və aradan qaldırılmasında psixoterapiya metodlarının rolu” adlı nəzəri-praktik təlimi keçirilib.
Nəzəri-praktik təlimdə, Obsessiv kompulsiv pozuntunun klinik-psixoloji mahiyyəti, simptomları, inkişaf etməsində risk amilləri, formaları, obsessiv kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapiya metodlarının rolu və digər məsələlərə geniş yer verilib. Həmçinin nəzəriyyəylə bərabər praktik məsələlər də yer alıb. O cümlədən, ağ ayı testi relaksasiya metodundan istifadə edilib.
Təlimdə Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Psixologiya Elmləri doktoru, dosent Səxavət xanım Əliyeva,
AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru Akademik İradə xanım Hüseynova, Azərbaycan Respublikası Milli Məclisi Aparatının komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun məsləhətçisi, Dövlət qulluğunun müşaviri Elnurə xanım Kərimova, Bakı Dövlət Universitetin əməkdaşları, tələbələri və Kamilə xanım və Fatimə xanımın digər dəvətçiləri tədbirdə iştirak ediblər.
Həmçinin Şərqşünaslıq fakültəsindən fiziki-məhdudiyyətli tələbə Yusifli Qüdrət də tədbirdə yer alaraq Fatimə xanım Cəfərova ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının professoru Elçin Hüseynov, şəxsi inkişaf mütəxəssisi uzman yaşam koçu Rəsmiyyə xanım Namazova , AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin xanım Quliyeva və digər təlim iştirakçıları təlimdə çıxış ediblər.Onlar Kamilə Kazımova və Fatimə Cəfərovaya uğurlar arzulayıblar.
BDU-nun Psixologiya kafedrasının saathesabı müəllimi və dissertantı Ülkər xanım Qurbanova deyir ki, Kamilə xanımı uzun illərdən bəri tanıyıram:
“Bizim müəllimimiz olub. Hər zaman tədbirlərində, seminarlarında iştirak etmişəm. Artıq neçənci tədbiridir ki, müvəqqətlə keçirir. Onun keçirdiyi işlər, demək olar ki, mükəmməl olmağa məhkumdur. Bu seminar da çox uğurlu və məhsuldar alındı. Ümid edirəm, uğurlarının davamı gəlsin”.
Fəlsəfə üzrə fəlsəfə doktoru. Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin Akademik məsləhətçisi, həmin universitetin Sosial iş kafedrasının saathesabı müəllimi Vüsalə xanım Musayeva isə Fatimə ilə ilk gündən dostluq münasibəti qurduğunu qeyd etdi:
“Fatimə bizim ən yaxşı tələbələrimizdən biridir. İlk gündən onunla dostluq əlaqələrimiz qurulub və bunun üçün çox şadam. Onun keçirdiyi seminarda iştirak etdiyimə görə özümü çox şanslı sayıram. Fatimə haqqında deyəcək sözlərimiz çoxdur. Çox qabiliyyətli, ağıllı qızdır və digər müəllimlər və bizim tərəfimizdən də sevilən tələbələrdən olub. Ona fəaliyyətində uğurlar arzulayıram, seminarları davamlı olsun”.
Digər müsahib şairə Xatirə xanım Muğan qızı təbrikində Fatimə xanım Cəfərovanın valideyninin əziyyətini xüsusilə vurğulayıb:
“Mən bu gün bu təbrikimi əsasən, gözəl qızım Fatimə xanımla yanaşı, Məhəbbət xanımın əziyyətini daha çox qiymətləndirmək istəyirəm. Çünki cəmiyyətimizə Fatimə kimi savadlı, ağıllı bir qız bəxş etdiyinə görə Məhəbbət xanıma təşəkkür edirəm”.
Klinik psixoloq Gülər xanım Zaman Fatiməni tanıdığı gündən onun xarakterinə, iradəsinə, əzminə heyran olduğunu bildirib:
“Bu gün onun atdığı hər addımla da fəxr edirəm, ona gələcəkdə də çox böyük uğurlar arzulayıram. Mən inanıram ki, o, bu sahədə çox irəlidə olacaq. Gün gələcək ki, Azərbaycanın ən tanınmış psixoloqlarından biri olacaq”.
Sonda isə sertifikatlar təqdim olunub.