İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ulu Öndər Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi enerji strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın neft və qaz sənayesində əldə olunan mühüm nailiyyətlər ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verir.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.

Enerji sektorunun dinamik inkişafının ölkəmizin sosial-iqtisadi tərəqqisində önəmli rolundan bəhs edən Şahin İsmayılov deyib:

“Neft-qaz gəlirlərinin səmərəli şəkildə yönəldilməsi nəticəsində infrastrukturun yenilənməsi, sənayeləşmənin sürətlənməsi, sosial rifahın yüksəldilməsi  təmin olunub”.

Komitə sədri bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, şaxələndirilmiş ixrac-nəql yolları vasitəsilə regionun iqtisadi inkişafında və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan hazırda zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, həm də maddi-texniki bazası və yüksəkixtisaslı kadr potensialı ilə dünyada qabaqcıl enerji dövləti kimi tanınır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə icra olunan enerji layihələrinin əhəmiyyətindən danışan Şahin İsmayılov qeyd edib ki, son onilliyin əsas meqalayihələrindən biri olan Cənub Qaz Dəhlizi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.  Bu baxımdan, Cənub Qaz Dəhlizi həm təchizat, həm də marşrut şaxələndirilməsini təmin etməklə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan qazı 12 ölkəyə təchiz olunur. Son bir il ərzində Azərbaycandan qaz alan ölkələrin sayının 8-dən 12-yə yüksəlməsi uğurlu enerji siyasətimizin nəticəsidir.

Beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirildiyini qeyd edən komitə sədri “Bakı Enerji Həftəsi” çərçivəsində təşkil olunan tədbirlərin 30 ildir regionumuzda, onun hüdudlarından kənarda enerji təhlükəsizliyinə, bu sahədə əməkdaşlıqların formalaşmasına töhfə verdiyini bildirib. “Bu gün Azərbaycan qlobal çağırışlarda fəal iştirak edən ölkə kimi böyük nüfuza malikdir. “Bu xüsusda, dünyanın 200-ə yaxın ölkəsindən 76 mindən çox nümayəndənin, o cümlədən dövlət və hökumət başçılarının qatıldığı COP29 çərçivəsində qazanılan böyük nailiyyətləri qeyd etmək lazımdır. Dövlətimizin başçısının bildirdiyi kimi Azərbaycanın hədəfi ətraf mühiti ən çox çirkləndirən ölkələr, yəni inkişaf etmiş ölkələr ilə bundan əziyyət çəkən, yəni inkişafda olan ölkələr arasında etimadın artırılması idi. Ölkəmiz bu tarixi uğura nail oldu”, – deyə Şahin İsmayılov vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir

Növbəti xəbər

“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir…” – Elşən Musayev

Əlaqədar Xəbərlər

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib
Gündəm

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

3 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

22 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı

23 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

1 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Tarixi Qələbənin ünvanları: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

20 Sentyabr – tarixi Zəfərdən Böyük Qayıdışa 

1 gün əvvəl
Növbəti xəbər
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”

“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib
Gündəm

“Cəmiyyət və sosial inteqrasiya” layihəsi çərçivəsində görüş keçirilib

3 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

22 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı

23 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.