İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Naxçıvan Dövlət Tibb Kollecində “Healthy Life: Sağlam həyat tərzi forumu” keçirilib

12 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

29 oktyabr tarixində Naxçıvan Dövlət Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olan “Healthy Life: Sağlam həyat tərzi forumu” həyata keçirilib. Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə keçirilən forumun açılış mərasimində Azərbaycan Dövlət Himnini səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Qəhrəmanov forumun gənclər arasında sağlam həyat tərzinin təşviqindəki rolunu dəyərləndirərək, “Bu forum, sağlam həyat seçimlərinin gənclər arasında yayılmasını təmin edən vacib bir platformadır,” deyə qeyd edib.

Layihə və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova forumun mahiyyətini vurğulayaraq sağlam həyat tərzinin önəmini qeyd edib. “Bu kimi tədbirlər, gənclərimizin sağlam həyat tərzi ilə bağlı bilik və bacarıqlarını artırmağa, onların öz həyatlarında daha sağlam seçimlər etməsinə kömək edir,” deyə bildirib.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında sağlam həyat tərzinin fiziki və zehni sağlamlığa təsirlərini vurğulayıb. “Bu forum, gənclərimizə sağlam həyat tərzinə dair bilikləri qazandırmaq və onların bu sahədəki marağını artırmaq üçün əla bir fürsətdir,” ifadəsini səsləndirdi.

Azərbaycan Naxçıvan Gənclər Fondunun Naxçıvan filialının mütəxəssisi Fatimə Yusifli çıxış edərək “Gənclərimizin sağlamlıq biliklərini artırmaq və onları sağlam həyat tərzi seçimləri etməyə təşviq etmək cəmiyyətimiz üçün böyük töhfədir,” deyə bildirib.

Naxçıvan MR Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva çıxışında “Gənclərimizin sağlam həyat tərzini mənimsəməsi və tətbiq etməsi bizim üçün önəmlidir,” deyə qeyd edib.

Forum çərçivəsində keçirilən panel müzakirələrində sağlam həyat tərzinin müxtəlif aspektləri, sağlam qidalanma, fiziki aktivlik və psixoloji rifah haqqında məlumatlar paylaşılıb. Dövlət Energetika Xidmətinin Elektrik stansiyaları və şəbəkələri şöbəsinin müdiri Miryunis Seyidov ekoloji təmiz və sağlam yaşayış mühitinin sağlamlığa müsbət təsirləri barədə məlumat verib.

Naxçıvan regional miqrasiya baş idarəsinin Miqrasiya rejiminə nəzarət bölməsinin rəisi Samir Sadiqov sağlam mühitin miqrasiya meyllərinə olan təsirləri haqqında danışaraq, “Sağlam həyat şəraiti insanları öz vətənlərində yaşamağa təşviq edir,” deyə qeyd edib.

“Aqrar Tədqiqatlar Mərkəzi”nin Tədqiqatlar departamentinin müdiri Pərviz Əliyev kənd təsərrüfatında sağlam qida istehsalı məsələlərini müzakirə edərək, “Sağlam qida təminatı sağlam həyat tərzinin əsasını təşkil edir və bizim də əsas hədəflərimizdəndir,” deyə qeyd edib.

Naxçıvan QTA-nin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov ərzaq təhlükəsizliyi və sağlam qida seçimlərinin insan sağlamlığı üzərindəki əhəmiyyətindən bəhs edib.

Naxçıvan Dövlət Tibb Kollecinin direktor müavini Səidə Şahverdiyeva gənclədə sağlam həyat tərzinin formalaşması istiqamətində faydalı tövsiyələr edib.

Forumun sual-cavab sessiyasında iştirakçılar panelistlərə sağlam həyat tərzi ilə bağlı suallar ünvanlayaraq, sağlam qidalanma, fiziki aktivlik və psixoloji rifah mövzularında müzakirələr aparıblar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib. Forum, gənclərin sağlam həyat tərzi ilə bağlı bilik və resurslarla təmin olunması üçün mühüm bir platforma oldu.

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Federasiya cüdoçulara daha böyük uğurlar qazandıracaq – Komitə sədri

Növbəti xəbər

Şahin İsmayılov Milli Məclisdə vətəndaşları qəbul edib

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

5 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

5 gün əvvəl
Növbəti xəbər
Şahin İsmayılov Milli Məclisdə vətəndaşları qəbul edib

Şahin İsmayılov Milli Məclisdə vətəndaşları qəbul edib

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.