İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
30 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Federasiya cüdoçulara daha böyük uğurlar qazandıracaq – Komitə sədri

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir. Cüdonun banisi Ciqoro Kanonun (Jigoro Kano) anadan olduğu gün dünya tarixinə Cüdo günü kimi düşüb.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. Azərbaycanda da bu idman növünə maraq böyükdür.  1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə Elnur Məmmədli, bu il isə Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar.

Bundan başqa Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Oyunlarında, dünya çempionatlarında parlaq qələbələr qazanıblar.

Modern.az-a danışan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib ki, dünyada Azərbaycan cüdo məktəbi qəbul olunur:

“Bu gün Beynəlxalq Cüdo Günüdür. Bu münasibətlə bütün cüdoçuları və idmansevərləri təbrik edirəm. Azərbaycanda idmana göstərilən yüksək diqqət öz real nəticələrini hər zaman göstərir. Cüdonun xüsusilə son illər qazandırdığı uğurları qeyd etmək istərdim. Cüdo, əlbəttə ki, Azərbaycanda kifayət qədər ənənəsi olan, hər zaman nəticələr əldə etdiyimiz idman növüdür.

Cüdo Azərbaycanda populyardır. Gənclərin bu idman növünə hər zaman böyük marağı olub. Son olimpiya oyunlarında bizim cüdoda qazandığımız möhtəşəm uğur Azərbaycanda cüdonun necə yüksək səviyyədə olduğunu bir daha göstərir.

Hidayət Heydərov və Zelim Kotseyev Azərbaycanın gücünü dünya cüdoçularına bir daha göstərmiş oldular. Təbii ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin liderliyi və dəstəyi ilə baş verir.  Cüdoda bizim olimpiya və dünya çempionlarımız var. Komanda hesabında son illər bir sıra nüfuzlu turnilərdə Azərbaycan cüdosu öz sözünü deyir. Dünyada bu gün Azərbaycan cüdo məktəbi qəbul olunur. Azərbaycan cüdo komandası ən ciddi rəqiblərdən hesab olunur”.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinə xüsusi toxunmaq lazımdır:

“Federasiyaların yanaşması, ümumiyyətlə, idman növlərində əsas istiqamətverici gücə malikdir. Azərbaycan Cüdo Fedarasiyası, lazımi infrastruktur yaratmaqla, idmançılara düzgün istiqamət verməklə, məşqçi heyətinin peşəkarlığını artırmaqla öz işini kifayət qədər uğurlu qurub. Azərbaycan cüdosu hazırda öz parlaq günlərini yaşayır deyə bilərik. Ümumiyyətlə, idmanımıza hər zaman dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Cənab Prezident hər zaman idmançılara xüsusi münasibət göstərib. Son olimpiya oyunlarında da bunun şahidi olduq. Olimpiya çempionlarımızı, medal qazanan idmançılarımızı həm dövlət başçısı Cənab İlham Əliyev, həm də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva şəxsən təbrik etdilər. Bununla həm də sağlam gəncliyin yetişməsinə də xüsusi töhfə veridilər. İdmanla məşğul olmaq, sağlam həyat tərzi vacibdir.

Həm də idmançılarımızın ümumilikdə Vətən Müharibəsində göstərdikləri xüsusi şücaətlərə toxunmaq istərdim. Həm idmançılarımız, həm də fiziki hazırlıqılı gənclərimiz Vətən Müharibəsində fəal şəkildə fərqlənmişdilər.
Yekunda bir daha bütün cüdo ictimaiyyətini, idman cameəsini, bütün cüdoçularımızı, çempionlarımızı təbrik edirəm. Əminəm ki, yaradılmış əlverişli şərait, cüdoçularımızın gəldiyi bu nöqtə hələ son deyil. Komandamızın çox böyük prespektivi və gücü var. Cüdo Federasiyasının peşəkar yanaşması mövcuddur. Cüdonun daha böyük uğurları bizi qabaqda gözləyir. Buna böyük əminliyimiz var. Cüdo Federasiyasının sağlam, doğru yanaşması idmançılarımıza daha böyük uğurlar qazandıracaq. Bir daha Federasiyanın rəhbərliyini, cüdoçularımızı təbrik edirəm”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir

Növbəti xəbər

Naxçıvan Dövlət Tibb Kollecində “Healthy Life: Sağlam həyat tərzi forumu” keçirilib

Əlaqədar Xəbərlər

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

3 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

4 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

4 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

4 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qərəzli və ədalətsiz yanaşmanın növbəti təzahuri

5 gün əvvəl
Növbəti xəbər
Naxçıvan Dövlət Tibb Kollecində “Healthy Life: Sağlam həyat tərzi forumu” keçirilib

Naxçıvan Dövlət Tibb Kollecində “Healthy Life: Sağlam həyat tərzi forumu” keçirilib

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

18 saat əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

3 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

4 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

4 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.