İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Nəqliyyat məsələləri hər zaman diqqət mərkəzində saxlanılıb

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlum olduğu kimi, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin müşavirədə çıxış edərək, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı müvafiq tapşırıq və göstərişlər verdi.

Son illər ərzində bu istiqamətdə bir çox işlər görülsə də, görünən odur ki, Bakı şəhərində əfsuslar olsun ki, tıxacların sayı durmadan artır. Prezident  müşavirədə bunun səbəblərindən danışdı. Təbii ki, buna səbəb cənab prezidentin də söylədiyi kimi, ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artmasıdır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb.

Nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə irimiqyaslı layihələr həyata keçirilib. Yeni metro stansiyaları, yollar və körpülər istifadəyə verilib.

Cənab prezident müşavirədə yeni layihələrdən danışarkən Zəngəzur dəhlizinə  də toxundu. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu gün dəhlizin açılması üçün praktiki addımlar atılır. Baxmayaraq ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və bu da hamıya məlumdur ki, onların niyyəti vaxt uzatmaqdır.

Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək və çirkin əməllərindən uzaq durub, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının olmasına maneə yaratmayacaqdır.

Nəqliyyatla bağlı müşavirənin keçirilməsi, Cənab Prezidentin çıxışı, verdiyi tapşırıq və göstərişlər Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi diqqət və qayğı ilə yanaşdığını göstərir. Həyata keçirilən uğurlu və uzaqgörən siyasət nəticəsində Azərbaycan tezliklə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bizim xalqımızın gələcəyi gənclərdir

Növbəti xəbər

Azərbaycanın nəqliyyat şəbəkələrinin inkişaf perspektivləri

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

3 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

3 həftə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

4 həftə əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

1 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 ay əvvəl
Növbəti xəbər
Özbəkistanla çoxşaxəli əməkdaşlığın əsas vektorları

Azərbaycanın nəqliyyat şəbəkələrinin inkişaf perspektivləri

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

13 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.