İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri

10 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini açıq göstərirdi: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı… Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.” Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilməsi, dövlət rəhbərimizin qüdrətli liderliyi, yüksək siyasi və diplomatik məharəti, mükəmməl idarəçiliyi və digər bənzərsiz xüsusiyyətləri güclü dövlət konsepsiyasının uğurla reallaşmasını təmin etdi. Azərbaycanın effektiv daxili və xarici siyasəti, sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə, həmçinin demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətlər də bu prosesə mühüm töhfə oldu. Bu komponentlər Azərbaycanı regionun lider ölkəsinə çevirməklə yanaşı, ona beynəlxalq miqyasda böyük nüfuz qazandırdı. Bu nailiyyətlər silsiləsində ordu quruculuğu və milli müdafiə sənayesində əldə edilən tarixi uğurlar, yüksək inkişaf göstəriciləri, eyni zamanda Silahlı Qüvvələrimizin və hərbi arsenalımızın davamlı olaraq modernləşməsi, ən müasir yenilikləri mənimsəməsi xüsusi əhəmiyyət kəsb edirdi. Əslində, bu sahə Prezident İlham Əliyevin milli inkişaf prioritetləri sırasında ilk yerdə dayanırdı, – desək yanılmarıq. Nəticə etibarilə Azərbaycan Respublikası öz vətəndaşlarının möhkəm birliyinə əsaslanaraq, güclü siyasi, iqtisadi, hərbi potensialı ilə qarşısında duran taleyüklü tarixi vəzifələri müstəqil şəkildə, təkbaşına icra etmək imkanı əldə etdi.

Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.

2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.

Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür. Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.

2022-ci ildə təsdiq olunmuş Dövlət Proqramına əsasən, 2022-2026-cı illərdə işğaldan azad olunmuş ərazilərə 160 min keçmiş məcburi köçkünün qaytarılması nəzərdə tutulub.  Son vaxtlar keçmiş məcburi köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin siyahısının genişlənməsi Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icra edilməsini təsdiqləyir. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə hər bir çətinliyi uğurla aşmağa qadirdir. Yaşadığımız son illərin tarixi xalqımızın güclü bir xalq olduğunu göstərir. Azərbaycan Respublikası gündən-günə inkişaf edir,  daha da qüdrətlənir. Bu, dövlət başçımızın rəhbərliyi altında bizi çox gözəl bir gələcəyin gözlədiyindən xəbər verir.

 

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Antiterror əməliyyatı müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir

Növbəti xəbər

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü.

Əlaqədar Xəbərlər

Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 həftə əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

2 həftə əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

3 həftə əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 ay əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

2 ay əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

2 ay əvvəl
Növbəti xəbər
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü.

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu
Gündəm

İclasda diqqət çəkən digər mühüm məqam dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi oldu

16 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Siyasət

“Bu sübut etdi ki, səslənən ideyalar tarixin tozlu səhifələrində qalmayıb”

18 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

21 saat əvvəl
“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

2 gün əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.