Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər bir seçki yeni bir siyasi inkişafın əldə edilməsi, demokratik təcrübənin qazanılması baxımından əhəmiyyətlidir
2024-cü il fevralın 7-də Azərbaycan müstəqillik qazanandan ölkədə 9-cu dəfə prezident seçkiləri keçiriləcək. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunmasına dair Mərkəzi Seçki Komissiyasının qərarı artıq dərc edilib. Seçkilərə rəsmi dekabrın 9-dan start verilib. Qeyd edək ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda (misal üçün hərbi və fövqəladə vəziyyətlərdə) təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Onu da deyək ki, gələn il Rusiya, ABŞ və digər böyük dövlətlərdə də prezident seçikləri keçiriləcək. Bu, o deməkdir ki, Azərbaycan öz demokratik təcürbəsi baxımdan super güclərlə ayaqlaşır. Çünki seçkilər ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayır. Xüsusən prezident seçkiləi dövlətlərin demokratik və siyasi olaraq yenilənməsi rolunu oynayır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da hər bir seçki yeni bir siyasi inkişafın əldə edilməsi, demokratik təcrübənin qazanılması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri sonuncu dəfə 2018-ci il aprelin 11-də keçirilib. Bu müddət ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin göstərişi ilə ölkədə demək olar ki, bütün sahələrdə islahatlar aparılıb. İqtisadi inkişaf tempi daha da sürətlənib. Azərbaycan regionda və beynəlxalq aləmdə öz sözünü deyən ölkə olaraq tanınıb. Etibarlı tərfdaş ölkə olaraq beynəlxalq əlaqələr daha da genişlənib. Ölkəmizdə dövlət rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilməkdədir. Gələcəkdə ehtiyacı olan hər bir vətəndaşın sosial problemlərin həlli ilə bağlı müxtəlif dövlət proqramları hazırlanıb son illər əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi inkişaf nəticəsində vətəndaşlarımızın rifah halının yüksəldilməsinə xidmət edən sosial siyasət daha geniş şəkildə tətbiq olunmaqdadır. Bu gün ölkəmizdə yoxsulluğun azaldılması məqsədilə ünvanlı sosial sistemi yaradılıb. Ötən illər ərzində həyata keçirilən sosial siyasəti qiymətləndirsək Ulu öndərimiz Heydər Əliyevin qurduğu Azərbaycan dövlətində iqtisadi-sosial sabitlikdən artıq sıçrayışlı inkişafa keçid dövrü prezident İlham Əliyev dövlət quruculuğu modelində özünün əksini tapır. Prezident İlham Əliyevin dövlət quruculuğu modeli, əslində, sosial rifah, sosial təhlükəsizlik və sosial müdafiə tipli dövlət quruculuğu modelidir. Bu gün cənab İlham Əliyev qalib xalqın Qalib Prezidentidir. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək. Necə ki, Azərbaycan xalqı Vətən müharibəsində bir olub Prezident İlahm Əliyevin ətarfında birləşdi. Bundan sonra da belə davam edəcək. Həmin günlərdə ölkədə, ən yüksək səviyyədə siyasi həmrəylik oldu. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 9 birgə bəyanat və 3 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Lakin ki, həmin günlər radikal müxalifət yenə də öz ənənəvi mövqeyində qaldılar, siyasi ambisiyaları, milli, Vətən üçün həmrəyliyə imkan vermədi. Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Təsadüfi deyil ki, erməni lobbisi ilə yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının qəhrəmanlarına çevriliblər. Onların dövlətimizə qarşı irəli sürdüyü iddialar isə müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılır. Artıq hər iki partiya barədə səslənən ehtimallar özünü faktlarla doğrultmuşdur. Vətən müharibəsi zamanı da biz bunu gördük. Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etmədilər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanatda radikalların iştirak etməməsi onların antimilli xislətini ifşa edir. Təsadüfi deyil ki, onlar bu gün də eyni mövqedən çıxış edirlər. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir. Bu mənada radikal müxalifət seçkilərin keçirilməsi ilə bağlı narazıçılıq edir. Bu da qərəzli mövqenin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Prezident İlham Əliyevin dediyi kimi, bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir: “Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur”. Dövlət başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamına ilk etiraz məhz daikal müxalifətdən gəldi. Bu, ondan irəli gəlir ki, radikal müxalifət növbədənkənar prezident seçkilərindən qorxur. Çünki heç bir strateji hədəfi və elektoratı olmayan radikal müxalifət sosial dayaqdan məhrumdur. Belə bir vəziyyətdə isə onlar hər hansı seçkiyə hazır ola bilməzlər. Artıq Mərkəzi Seçki Komissiyasına namizədliyini irəli sürmək üçün müraciət edənlərin vaxtı müəyyən edilib. Maraqlıdır ki, radikal müxalifət cəbhəsi hansı üzlə öz namizədini irəli sürəcək. Ümumiyyətlə, onların xalqın inamını qazanan, üzə çıxarası namizədi tapılacaqmı…?
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu