İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

9 ay əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycanın əldə etdiyi uğurlar  məhz 1993-cü ildə qoyulan təməlin nəticəsidir

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası 1990-cı illərin əvvəllərində son dərəcə mürəkkəb və faciəli bir dövr yaşayırdı. Dövlətçiliyin təməlləri zəif, siyasi rəhbərlik təcrübəsiz və qeyri-sabit, ölkə isə həm daxili, həm də xarici təhlükələrlə üz-üzə idi. Qarabağ münaqişəsi dərinləşir, bölgələrdə separatizm güclənir, iqtisadi sistem dağılır, sosial narazılıq artmaqda idi. Belə ağır bir şəraitdə Azərbaycan xalqı yeganə çıxış yolunu siyasi uzaqgörənliyi, təcrübəsi və rəhbərlik qabiliyyəti ilə seçilən, ölkənin və xalqın xilası üçün əvəzolunmaz lider olan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. 1992-ci ilin oktyabrında Azərbaycanın tanınmış ictimai-siyasi və elmi xadimlərindən ibarət bir qrup ziyalı – sonradan “91-lər” adı ilə tarixə düşən şəxslər – Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevə müraciət edərək, onu ölkənin siyasi rəhbərliyinə qayıtmağa çağırdılar. Bu müraciət sadəcə bir məktub deyildi – bu, xalqın səsini, narahatlığını, ümidini ifadə edən bir çağırış idi. “91-lər” Heydər Əliyevin zəngin idarəçilik təcrübəsini, siyasi qətiyyətini və milli maraqlara bağlılığını önə çəkərək, ölkəni xaosdan xilas edə biləcək yeganə lider kimi onun yenidən hakimiyyətə dönməsinin vacibliyini qeyd etdilər. Bu təşəbbüs qısa zamanda xalqın geniş dəstəyini qazandı və əslində, ictimai rəyin formalaşmasında mühüm rol oynadı. Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar da bu çağırışa qoşularaq Heydər Əliyevə ünvanlanan minlərlə məktub və teleqram vasitəsilə onu yenidən dövlət rəhbərliyində görmək istədiklərini bildirdilər.

1993-cü ilin yay aylarında Azərbaycan tarixinin ən dərin və təhlükəli siyasi böhranlarından birini yaşamağa başladı. Gəncədə baş verən qiyam, ordu birləşmələrinin mərkəzi hakimiyyətə tabe olmaması, bölgələrdə separatizm və parçalanma meyllərinin güclənməsi dövlət müstəqilliyini real təhlükə altına saldı. Hökumət ölkədə sabitliyi bərpa etmək gücündə deyildi və siyasi rəhbərlik xalqla əlaqəni itirmişdi. Məhz belə bir ağır zamanda, Azərbaycan ictimaiyyəti və ölkənin siyasi dairələri Heydər Əliyevə üz tutdular. Onun siyasi müdrikliyi və idarəçilik təcrübəsi bu vəziyyətdə bir xilaskar kimi görünürdü. Həm xalqın, həm də hakimiyyət təmsilçilərinin təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bu qayıdış, sadəcə fiziki bir hərəkət deyil, həm də Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi, sabitliyə doğru atılan həlledici addım idi. Ulu Öndər Heydər Əliyev çox qısa müddətdə xalqın etimadını qazandı və ölkədə sabitliyin bərpa olunması üçün qətiyyətli addımlar atdı. Xalqın təkidli tələbi ilə Prezident seçkilərinə namizədliyini irəli sürən Heydər Əliyev 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq səsverməsində böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

1993-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisində keçirilən andiçmə mərasimində Prezident Heydər Əliyev dövlətə və xalqa sədaqət andı içərək Prezident səlahiyyətlərinin icrasına başladı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Bu and bir sadə mərasim deyildi – bu, bir xilaskarlıq missiyasının rəsmiləşdirilməsi, dövlətin və xalqın gələcək taleyinin məsuliyyətini üzərinə götürmək idi. Heydər Əliyev həmin gündən etibarən Azərbaycanın həm daxilində, həm də beynəlxalq aləmdə güclü dövlət kimi formalaşması üçün yorulmadan çalışdı.

Heydər Əliyevin Prezident seçilməsindən sonra ölkədə ilk növbədə siyasi sabitlik təmin olundu. Separatçılıq və silahlı dəstələrin fəaliyyətinə son qoyuldu, dövlətin idarəetmə sistemi gücləndirildi. Dövlətçiliyin əsasları möhkəmləndi, hüquqi və demokratik cəmiyyət quruculuğu istiqamətində mühüm islahatlara başlanıldı Ordunun formalaşdırılması, hüquq-mühafizə orqanlarının bərpası, idarəetmədə peşəkarlığın təmin edilməsi və regionlarda dövlət nəzarətinin bərpa olunması sabitliyin təməl daşlarına çevrildi.

Heydər Əliyev iqtisadiyyatı sosialist planlı sistemdən bazar iqtisadiyyatına keçirmək üçün genişmiqyaslı islahatlar həyata keçirdi. Özəlləşdirmə proqramları qəbul olundu, sahibkarlığın inkişafı üçün qanunvericilik bazası yaradıldı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” kimi tarixə düşən neft kontraktı imzalandı. Bu müqavilə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması və ölkənin iqtisadi müstəqilliyinin təmin olunması baxımından əhəmiyyətli idi. Bu layihə ilə Azərbaycan dünyanın aparıcı enerji dövlətləri sırasında yer aldı və regionun enerji və kommunikasiya mərkəzinə çevrildi.

Heydər Əliyev Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və çoxvektorlu strategiya həyata keçirdi. Qısa zamanda ölkənin beynəlxalq nüfuzu artdı, xarici investisiyalar cəlb edildi, mühüm enerji-kommunikasiya layihələrinə start verildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional əhəmiyyətli layihələrin təməli məhz bu dövrdə qoyuldu. Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi ilə başlayan dövr təkcə bir siyasi xadimin hakimiyyətə gəlməsi yox, həm də müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin, hüquqi və iqtisadi təməl prinsiplərinin formalaşması ilə yadda qaldı. Onun idarəçilik fəlsəfəsi, siyasi iradəsi və uzaqgörənliyi Azərbaycanın sabitlik, inkişaf və tərəqqi yoluna çıxmasını təmin etdi.

Ulu Öndər idarəetmədə sistemliliyə və elmi əsaslara xüsusi önəm verirdi. Onun dövlət başçısı kimi fərqi və üstünlüyü ondaydı ki, hər hansı qərar qəbul etməzdən öncə geniş analiz aparılırdı. Bütün alternativ ssenarilər nəzərdən keçirilir, ardınca qısa, orta və uzunmüddətli nəticələr qiymətləndirilirdi. Cəmiyyətin sosial psixologiyası nəzərə alınırdı. Beynəlxalq siyasi və iqtisadi kontekstlər təhlil olunurdu. Bu, sadəcə instinktiv idarəetmə deyil, planlı və strateji yanaşma idi – və bu model Azərbaycanın sabitlik, inkişaf və beynəlxalq nüfuz əldə etməsində həlledici rol oynadı.

3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri yalnız bir siyasi proses deyildi – bu, xalqın öz gələcəyini təyin etdiyi, Azərbaycan dövlətinin yenidən doğulduğu bir tarix idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan Milli Qurtuluş dövrü müstəqil Azərbaycanın qüdrətli gələcəyinin əsasını qoydu. Bu gün hər bir azərbaycanlı bu tarixi hadisəni böyük minnətdarlıq və qürur hissi ilə xatırlayır. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar – siyasi sabitlik, güclü iqtisadiyyat, nüfuzlu ordu, beynəlxalq aləmdə möhkəmlənmiş mövqe – məhz 1993-cü ildə qoyulan təməlin nəticəsidir. Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan müstəqilliyini qorudu, regionun lider dövlətlərindən birinə çevrildi.

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Milli qurtuluş yolunun başlanğıcı

Növbəti xəbər

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Əlaqədar Xəbərlər

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

26 İyun – Azərbaycan Ordusunun qüdrət və şərəf günü

2 həftə əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

2 həftə əvvəl
“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı
Sosial

“ Gənc mühasiblərin peşə bacarıqlarının artırılması “ layihəsinin icrasına başlanıldı

2 həftə əvvəl
Sosial

Beyləqan Olimpiya İdman Kompleksi tərəfindən açıq qapı günü təşkil edilib

2 həftə əvvəl
Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar
Sosial

Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

3 həftə əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

2 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

3 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.