İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Noyabrın 6-da Milli Məclisin Gənclər və idman komitəsi şəhid övladı olan tələbələrlə görüş keçirib. Tələbələri salamlayan komitə sədri Şahin İsmayılov onları Milli Məclisdə görməkdən məmnun olduqlarını bildirib.

Komitə sədri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişlərinə əsasən dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, bu dövlət siyasətinə uyğun olaraq Milli Məclis də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır. Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan parlamentində şəhid ailə üzvü və qazilər işlə təmin olunublar. Şanlı Zəfərdə şəhidlərin fədakarlığını vurğulayan çıxışçı onların milli hərb və qəhrəmanlıq  tariximizə yazdıqları şanlı səhifələrin xalqımızın qürur mənbəyi olmasından danışıb.

Şahin İsmayılov söhbət əsnasında şəhid övladı olan tələbələrin təhsili, tədrisi, tələbəlik qayğıları ilə maraqlanıb, onlara karyera planları ilə bağlı tövsiyələrini bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə komitə sədrinin müavini  Könül Nurullayeva, komitə üzvləri Ülvi Quliyev, Asif Əsgərov, Müşfiq Cəfərov, Anar Məmmədov və Mircəlil Qasımlı çıxış ediblər . Onlar bildiriblər ki, Vətən  müharibəsində Şanlı Zəfər  Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi və sərkərdəlik məharəti, əsgər və zabitlərimizin döyüş əzmi və fədakarlıqları, xalqımızın “dəmir yumruğa” çevrilmiş milli birliyi nəticəsində qazanılıb. Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması naminə canından keçmiş şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq.

Deputatlar Səbinə Xasayevanın, Göydəniz Qəhrəmanovun və Pərvanə Vəliyevanın iştirak etdiyi görüşdən sonra şəhid övladı olan tələbələr parlamentin inzibati binası ilə tanış olublar.

Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış Zəfər Guşəsi ilə tanış olan tələbələrə  bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Sonra Heydər Əliyev xatirə zalı ilə tanışlıq zamanı Ümummilli liderimizin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlar haqqında gənclərə məlumat verilib. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib.

Sonda tələbələrlə xatirə şəkli çəkilib.


Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
Milli Məclisdə şəhid övladı olan tələbələrlə görüş keçirilib
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

Növbəti xəbər

Müşfiq Səfərov: Artıq üç ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır

Əlaqədar Xəbərlər

Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

6 gün əvvəl
Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib
Xüsusi

Beyləqanda “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib

2 həftə əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

1 ay əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

1 ay əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

1 ay əvvəl
Növbəti xəbər
Müşfiq Səfərov: Artıq üç ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır

Müşfiq Səfərov: Artıq üç ildir ki, bayrağımız qalib dövlətin bayrağı olaraq qürurla dalğalanır

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Azərbaycan–Türkmənistan tərəfdaşlığı Orta Dəhlizin inkişafına mühüm töhfə verir

5 saat əvvəl
Parlaq qələbələr
Gündəm

Bakı–Aşqabad əlaqələri: tarixi dostluqdan strateji əməkdaşlığa

6 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Qardaş xalqların birliyi: Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafı

6 saat əvvəl
Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib
Sosial

Könül Nurullayeva növbəti dəfə vətəndaş qəbulu keçirib

12 saat əvvəl
Gənclərin idmana marağı artır
Xüsusi

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.