İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
21 Oktyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Məşğulluğa dair növbəti respublika müşavirəsi keçirilib (FOTO)

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsi keçirilib.

Trend xəbər verir ki, tədbirdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi qrupların rəhbərləri – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev və məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər.

Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndakı tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini və əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində bundan sonra da zəruri tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 37%-dən çox, fiziki şəxs fərdi sahibkarların sayında 59,5%, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayında isə 6,3 dəfə artım olub. Eyni zamanda, bu sahədə əldə edilmiş naliliyyətlərin davamlılığını təmin etmək və qarşıda duran vəzifələrin həlli üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti daha da təkmilləşdirilməlidir.

Müşavirədə Komissiyanın Katibliyinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev ötən müşavirədə verilən tapşırıqlara uyğun olaraq məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri tərəfindən görülmüş işlərə dair təqdimatla çıxış edib.

İclasda Qazax, Bərdə, Qəbələ rayonları və Mingəçevir şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri tapşırıqlar üzrə görülmüş işlər, o cümlədən qeyri-formal məşğulluğun qarşısının alınması və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə geniş məlumat veriblər.

Müşavirədə Ə.Əhmədov əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə həmin komitələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda geniş tərkibli konfrans keçirilib (FOTO)

Növbəti xəbər

Bağlanan “Günay Bank”ın əmanətçiləri pullarını bu bankdan ala bilərlər

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

4 gün əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

1 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

2 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

2 həftə əvvəl
Növbəti xəbər
Bağlanan “Günay Bank”ın əmanətçiləri pullarını bu bankdan ala bilərlər

Bağlanan "Günay Bank"ın əmanətçiləri pullarını bu bankdan ala bilərlər

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Tatalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

13 saat əvvəl
Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın Eyvazalılar kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

13 saat əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

15 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Zəngilan şəhərinin yeni siması

15 saat əvvəl
“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Zəngilan genişmiqyaslı bərpa və quruculuq məkanına çevrilib”

18 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.