İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 Yanvar, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Mənim İmişli istintaqçılarından xahişim budur ki…”

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Əlbət ki, İmişlidə baş vermiş hadisə son dərəcə böyük bir faciədir. Əsas da ortalıqda ölüm faktı var deyə. Bir anlıq özünü o günahsız körpələrin valideynlərinin yerinə qoyursan və adamı həqiqətən dəhşət bürüyür. Uşağı səhər o başdan sağ-salamat məktəbə yola salasan və az sonra belə xəbər gəlsin… Ağır dərddir. Gerçəkdən! Tanrı yerişi hələ də gözümüzün önündən getməyən balalara qəni-qəni rəhmət eləsin. Gözü yaşlı qalan ata-analara isə səbr versin!

Bildiyim qədər artıq rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb və ilkin istintaq hərəkətləri aparılır. Üstəlik, heç şübhəm yoxdur ki, bu faciənin baş verməsində günahı olan hər kəs tamı-tamına cəzasını alacaq.

Amma və lakin!

Dünəndən etibarən, bir də… radikal qanadı təmsil edən siyasi şoumenlər özlərinə “əl qatıblar” və vəziyyətdən dövlətə, Azərbaycan polisinə qarşı istifadə etməyə çalışırlar. Niyə? Məncə niyəsi hamıya məlumdur…

Bəli, onlar sürücülük vəsiqəsi olmadan maşın sürən, yol hərəkəti qaydalarını ən ağır formada pozan, hadisənin baş verməsində əsas günah sahibi olan adam barəsində kəlmə də olsun danışmırlar. Onlar əsl həqiqətin üzə çıxmasını qətiyyən istəmirlər. Onlar, inanın, heç baş verən faciənin miqyasını belə anlamırlar, üzüntüsünü belə dərk etmirlər.

Elə əsl dəhşət də budur!

Hamıya, hər şeyə, hətta faciələrimizə də vasitə kimi baxmaq.

İnsanların göz yaşından bəhrələnməyə çalışmaq, bu dəmdə də janqlyorluq, fürsətcillik etmək, mövzunu namərdcəsinə kontekstdən çıxarmaq və tam başqa məcaraya yönəltmək..

Özünü yanımcıl kimi göstərib, daldada başqa məqsədlər güdmək…

***

Mənim İmişli istintaqçılarından xahişim budur, hadisə fonunda onu da araşdırsınlar ki, son 2 gündə kimə, hansı ölkədən və nə məzmunlu tezislər gəlib. Tam ciddiyəm və hətta bunu israrla söyləyirəm. Çünki anti-milli zəncirbəndin bu şəkildə sistemli idarə olunması, yuxudan günorta 3-də qalxanların səhər erkəndən hövlanək canlı yayım açmaları, saxta platformalarda saxta ekspertlərin ard-arda peydahlanması, 24 saat ərzində “YouTube”a buraxılan milyonlar və sair, ilaxır – bunlar elə-belə məsələlər deyil!

Bir daha təkrar edirəm: Körpə balaların ölümündə günahkar olanlar cəzalansın! Mütləq bir şəkildə cəzalansın!

Fəqət, vəziyyətdən istifadə edib, dövlətinə qarşı xəbiscə, xaincə, namərdcə oyun oynayanlar, mövzunu riyakarcasına siyasiləşdirənlər də cəzalansın! Onlar da mütləq cəzalansın!

Və mən, bu işin altından ən birinci bilirsinizmi kimin çıxacağını düşünürəm?!

O insanın ki…..uzaq olmayan keçmişdə ən yaxın dostunun qızı elə avtomobil qəzasındaca öz məsuliyyətsizliyi ucbatından yanındakı kişini öldürmüş, günahı ölənin üstünə atmış, sonra faktlar və sübutlar qarşısında günahını etiraf etməyə məcbur qalmış, cəzasını almış, fəqət bununla belə yenə də qatil ola-ola radikal çevrədə “qəhrəman” elan olunmuşdu….

Yəqin bildiniz, söhbət kimdən gedir…

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ceyhun Məmmədov: Gürcüstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir

Növbəti xəbər

Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən 20 Yanvar faciəsi

Əlaqədar Xəbərlər

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gündəm

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir

11 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Yeni beynəlxalq münasibətlər erası

16 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Ümummilli Liderin bəyanatı 20 Yanvar həqiqətlərini dünyaya çatdırdı

2 gün əvvəl
“Loqos” Psixoloji və Nitq Mərkəzinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – Fotolar
Gündəm

“Loqos” Psixoloji və Nitq Mərkəzinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – Fotolar

3 gün əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən 20 Yanvar faciəsi

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Gündəm

İmtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Cənubi Qafqazda enerji liderliyi

16 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Yeni beynəlxalq münasibətlər erası

16 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.