İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha təsdiqlədi ki, Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur. Prezident cənab İlham Əliyevin çıxışı həm mövcud reallıqların təhlili, həm də qarşıdakı mərhələnin yol xəritəsi baxımından mühüm siyasi mesajlarla zəngin idi.  Dövlət başçısının vurğuladığı kimi, 12 il əvvəl əsası qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün özünü tam doğrultmuş, çoxtərəfli əməkdaşlıq modelinə çevrilmişdir. Qlobal enerji bazarlarında qeyri-sabitlik, geosiyasi gərginliklər və təchizat riskləri fonunda məhz dialoq və tərəfdaşlıq platformalarının əhəmiyyəti daha aydın görünür.

Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında formalaşmış qarşılıqlı etimad və ortaq maraqlar modeli artıq real nəticələr verir. Əgər əvvəlcə 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurunu açıq şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qaz təchizatının artıq Avropa sərhədlərini aşdığını xüsusi vurğuladı. Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması təkcə iqtisadi deyil, həm də humanitar və geosiyasi əhəmiyyət daşıyır. Elektrik enerjisi qıtlığı yaşayan bir ölkəyə enerji dəstəyi göstərilməsi regional sabitliyə və sosial dayanıqlığa töhfədir. Eyni zamanda, Avropa istiqamətində də genişlənmə davam edir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması ilə Avropa İttifaqının artıq 10 üzv dövləti ölkəmizdən qaz idxal edir. Bu isə Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunun sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir. Lakin artan tələbat yeni çağırışlar yaradır. Cənub Qaz Dəhlizinin tam yüklənməsi mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Yeni interkonnektorlar, əlavə nəqliyyat imkanları və qazpaylama şəbəkəsinin şaxələndirilməsi artıq gündəmdədir.

Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə planlaşdırılan hasilat artımı 10-15 milyard kubmetr əlavə qaz potensialı yaradacaq. Bu isə yeni bazarların açılması və strateji tərəfdaşlığın daha da genişlənməsi deməkdir. Cənab Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də yaşıl enerji gündəliyi idi. 240 meqavatlıq külək elektrik stansiyasının və 230 meqavatlıq Günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycanın enerji balansında yeni mərhələnin başlanğıcıdır. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün yaradılması planı artıq memorandum deyil, konkret müqavilələr əsasında həyata keçirilir. Bu isə investisiya mühitinin etibarlılığını və siyasi iradənin qətiyyətini göstərir. Azərbaycanın yanaşması ideoloji deyil, praqmatikdir. Dövlət başçısının qeyd etdiyi kimi, qazıntı yanacaqlarını tam inkar etmək real deyil. Enerji keçidi balanslı və mərhələli olmalıdır. Qaz və bərpaolunan enerji mənbələrinin vəhdəti həm iqtisadi inkişafı, həm də ekoloji öhdəlikləri uzlaşdıran optimal modeldir.

Prezident İlham Əliyev çıxışında enerji strategiyasının gələcək istiqamətlərinə də toxundu. O, qeyd etdi ki, Azərbaycan qaz hasilatının artırılması istiqamətində yeni yataqların işlənməsi və mövcud infrastrukturun genişləndirilməsi üzərində çalışır. Bununla yanaşı, ölkəmiz yaşıl enerji sahəsində də iddialı planlara malikdir. Bərpa olunan enerji mənbələrinin inkişafı, Xəzər dənizinin külək potensialından istifadə və “yaşıl enerji dəhlizi”nin yaradılması kimi təşəbbüslər Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Cənubi Qaz Dəhlizi layihəsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir. Bu layihə ölkəmizin beynəlxalq nüfuzunu artırmış, onu Avrasiyanın enerji xəritəsində aparıcı mövqeyə çıxarmışdır. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan enerji siyasətini strateji baxış, praqmatik yanaşma və qarşılıqlı fayda prinsipləri əsasında həyata keçirir.

Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclası və Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirdi. Ölkəmiz həm ənənəvi enerji resursları, həm də yaşıl enerji sahəsində təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyini qoruyur və gələcək illərdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək əzmindədir.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

Növbəti xəbər

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

16 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

17 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

1 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

3 gün əvvəl
Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır
Gündəm

Şuşa bəyannaməsi sülh, sabitlik və inkişaf üçün möhkəm zəmin yaradır

3 gün əvvəl
Növbəti xəbər
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

Rəylər 11

  1. Geri izləmə: lisinopril hctz
  2. Geri izləmə: cialis medication for men
  3. Geri izləmə: erection pills
  4. Geri izləmə: ciprofloxacin ophthalmic solution
  5. Geri izləmə: diflucan generic over the counter
  6. Geri izləmə: macrobid generic price
  7. Geri izləmə: zudena 100 prix
  8. Geri izləmə: doryx 80 mg
  9. Geri izləmə: viagra boy interview
  10. Geri izləmə: tadalafil dosage daily
  11. Geri izləmə: sildenafil dosage strengths
Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib
Sosial

Elm və Təhsil Nazirliyinin dəstəklədiyi növbəti uğurlu addım: Binəqədidə məktəblilərarası idman yarışı keçirilib

8 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

16 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

16 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Şuşa Bəyannaməsi – Qardaşlığın və birliyin tarixi sənədi

16 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Şuşa Bəyannaməsinin strateji mesajı

17 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.