İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR

2 il əvvəl
Oxunma müddəti: 10 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2 mart “Loqos” Psixoloji və Nitq Mərkəzinin yaranmasının 10 ili tamam olur.

Bu münasibətlə 2 mart 2024-cü il tarixində “Four Seasons” otelində təntənəli yubiley tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Arzu Nağıyev, İlham Məmmədov, Aydın Hüseynov, Tamam Cəfərova, Nigar Arapadarai, Aqil Abbas, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahid Bağçı və xanımı Leyla Bağçı, Şimalı Kipr Türk Respublikasının ölkəmizdəki elçisi Ufuk Turqaner, şəhid General Polad Həşimovun anası Səmayə Həşimova və şəhid ailələri, o cümlədən, Türkiyə və Rusiyadan tədbir üçün dəvət olunmuş qonaqlar, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət və özəl qurumlarının nümayəndələri, ölkəmizin tanınmış ictimai xadimləri, iş xanımları, həkimlər, qeyri-hökümət təşkilatlarının sədrləri, mətbuat nümayəndələri, “Loqos” Psixoloji və Nitq Mərkəzinin kollektivi iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illiyinə həsr olunmuş video-çarx təqdim olunub.

Çıxış edən “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru  Təranə Paşayeva “Loqos”un 10 il öncə yaranması, Mərkəzin bu illər ərzində gördüyü işlər, qazanılan nailiyyətlər haqda tədbir iştirakçılarını məlumatlandırıb və “Loqos”un 10 illik yubileyinə həsr olunmuş “Loqos” elmi-publisistik jurnalı, eləcə də 10 illik hesabatı özündə əks etdirən kitabın təqdimatını edib. Təranə Paşayeva “Loqos” jurnalının 10-cu sayının hər zaman “Loqos”un fəaliyyətini dəstəkləyən, türk dünyasının unudulmaz vətənpərvər xanımı, mərhum Millət vəkili Qənirə Paşayevaya həsr olunduğunu bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illik yubileyi münasibətilə Mərkəzin rəhbəri Təranə Paşayeva və kollektivi təbrik edib, fəaliyyətlərində bundan sonra da uğurlar arzu edib. Ombudsman sağlam cəmiyyətin inkişafı istiqamətində “Loqos”un istər paytaxt Bakıda, istərsə də regionlarda gördüyü işləri yüksək qiymətləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı “Loqos” Psixoloji və Nitq Mərkəzinin ölkəmiz və cəmiyyətin inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirərək, müxtəlif layihələr çərçivəsində Komitə ilə Mərkəz arasında birgə görülən işlər haqqında məlumat verib və Komitə adından hazırlanmış xüsusi təbrik məktubunu Təranə Paşayevaya təqdim edib.

Millət vəkilləri Hicran Hüseynova, Anatoliy Rafailov, Jalə Əliyeva çıxış edərək “Loqos” Psixoloji və Nitq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib və Mərkəzin hər zaman imkansız və ehtiyacı olan ailələrə təmənnasız köməklik göstərdiyini, “Loqos”un ölkəmizin təkcə psixologiya sahəsi üzrə deyil, bir çox sahələrdə fəallıq nümayiş etdirdiyini qeyd edib, bütün “Loqos” kollektivini təbrik edərək yeni nailiyyətlər qazanmağı arzu ediblər.

Şəhid General Polad Həşimovun anası Səmayə Həşimova çıxışında “Loqos” kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib, hər zaman şəhid və itkin ailələrini, qaziləri diqqətdə saxlayan “Loqos” kollektivinə minnətdarlığını bildirib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva çıxış edərək, AQSİA ilə “Loqos”un arasında illərdir davam edən uzunmüddətli əməkdaşlıq, həyata keçirilən birgə fəaliyyət barədə məlumat verərək, “Loqos”un bu sahədə əhəmiyyətini və ölkəmizdə uğurlu fəaliyyəti barədə öz fikirlərini bölüşüb, yubiley münasibətilə “Loqos” kollektivini ürəkdən təbrik edib.

Şimalı Kipr Türk Respublikasının ölkəmizdəki elçisi Ufuk Turqaner çıxış edərək “Loqos”un yaranması münasibətilə rəhbər Təranə Paşayevanı və bütün kollektivi təbrik edib, uğurlar diləyib. Ufuk Turqaner gələcəkdə Mərkəzin Şimali Kipr Türk Respublikası ilə də əlaqələr quracağına və birgə işlər görəcəyinə inandığını bildirib.

Türkiyə Respublikasının ölkəmizdəki səfirinin xanımı Leyla Bağçı çıxışında iki qardaş ölkə arasında bütün dünyaya nümunə olan münasibətlərdən bəhs edərək, “Loqos” Psixoloji və Nitq Mərkəzinin Türkiyədə bu sahədə fəaliyyət göstərən mərkəzlərlə əməkdaşlığından məmnunluq duyduğunu bildirib və bu əlaqələrin daha da möhkəmlənəcəyindən əmin olduğunu qeyd edib, yubiley münasibətilə kollektivi təbrik edib.

Çıxış edən Dağıstan Qadınlar Birliyinin sədri İntizar Mamutayeva, “Sola Unitas”ın təsisçisi Umut Kısa, “Moodsist Hastane”sinin qurucusu Niyazi Yeşilova, “Loqoped Profi”nin təsisçisi Olesya Jukova və digər qonaqlar Mərkəzin 10 illiyi münasibətilə “Loqos” komandasını təbrik edib, fəaliyyətlərində uğurlar arzu edib, “Loqos”la birgə əməkdaşlıqdan bəhs ediblər.

“Loqos”un rəhbəri Təranə Paşayeva Türkiyə və Rusiyadan qonaqlara Mərkəzlə uzunmüddətli səmərəli əməkdaşlığa görə hazırlanmış xüsusi plaketləri təqdim edib.

Daha sonra “Loqos” Psixoloji və Nitq Mərkəzi ilə Sola Unitas, həmçinin Moodist Hastanesi arasında əməkdaşlıq və birgə fəaliyyəti özündə əks etdirən memorandumlar imzalanıb.

Çıxış edən “Loqos”un baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva bütün kollektivi təbrik edib, yubiley tədbirində iştirak edən bütün qonaqlara təşəkkürlərini bildirib.

Tədbir boyunca Azərbaycan Respublikasının Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar artist Nuriyyə Hüseynova mahnılar ifa edib, rəqs ansamblı çıxış edib.

Sonda xatirə fotosu çəkilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Məsafədən iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsaslarının yaradılması” layihəsi yekunlaşıb

Növbəti xəbər

BU GÜN BİZİM ENERJİ LAYİHƏLƏRİMİZ YÜKSƏK GÖSTƏRİCİLƏR NÜMAYİŞ ETDİRİR

Əlaqədar Xəbərlər

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

17 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

17 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

21 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

21 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

2 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

BU GÜN BİZİM ENERJİ LAYİHƏLƏRİMİZ YÜKSƏK GÖSTƏRİCİLƏR NÜMAYİŞ ETDİRİR

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

17 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

17 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

20 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

21 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

21 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.