İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Laçında bütün lazımi şərait yaradılır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə, konkret olaraq Laçın rayonunda bərpa quruculuq prosesini sürətlə davam etdirməkdə, əhalinin yenidən bu yerlərə köçürülməsini təmin etməkdə, sərhədlərimizdə sülhün və təhlükəsizliyin davam olunmasında  maraqlıdır.  Aparılan quruculuq, məskunlaşma işləri onu göstərir ki, Azərbaycan dövləti bu yolda işlərini qətiyyətlə və sürətlə davam etdirir. Şübhəsiz ki, mərhələli şəkildə Laçın rayonundan məcburi köçkün düşmüş insanların hamısını öz ata-baba yurdlarına qaytacaqdır. Son vaxtlar Laçın rayonunun şəhər mərkəzinin və Zabux, Sus kəndlərinin bərpa prosesinin sürətlə həyata keçirilməsi nəticəsində əhalinin geri qaytarılması ardıcıl şəkildə davam edir. Bu fonda Laçının bərpa prosesi gözlədiyimizdən də artıq sürətlə davam edir. Laçın şəhər mərkəzinə bu günə qədər təxminən yüzlərlə ailənin köçürülməsi təmin edilib və artıq, Laçın sakinləri öz ata-baba yurdlarında yaşamağa başlayıblar. Bununla  bərabər həm də, Laçın  rayonunun Zabux kəndinə ailənin köçürülməsi prosesi gedir. Düşünürəm ki, həm, rayon mərkəzinə, həm də,  Zabux kəndinə köç prosesi sürətlə davam edəcəkdir. Əhalinin Zabuxa və şəhər mərkəzinə köçürülməsi təmin ediləcək ki, bu da Laçın rayonunun bərpa-quruculuq prosesinin sürətlə aparılmasının, eyni zamanda insanların geri qayıdışı ilə öz məcrasına dönüşünün göstəricisi olacaqdır. Laçında aparılan məskunlaşmanın daha tez və əhatəli başlamasının xüsusilə strateji əhəmiyyətə malikdir. Əlbəttə ki, Laçına qayıdışın daha təkmil və sürətlə aparılması bölgə ilə bağlı proseslərə öz müsbət təsirini göstərəcəkdir. Laçın rayonunun böyük strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon sərhəddə yerləşir. Bizim qayıdış prosesini sürətlə həyata keçirməyimiz və rayonda sürətlə formalaşmağımız düşmən tərəfə  açıq-aşkar  mesaj verir ki, bu yerlərin daimi sakinləri qayıdıblar, azərbaycanlılar artıq sərhədlərdə möhkəmlənir. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda quruculuq işlərinin həyata keçirilməsi göstərir ki, Azərbaycan dövləti həm sərhədlərdə, həm də, Qarabağda apardığı bərpa-quruculuq işlərini təsadüfi proses olaraq həyata keçirmir, nə etdiyini bilir. Bu gün, Azərbaycan öz ərazilərində, sərhədində möhkəmlənməkdə davam edir. Azərbaycan xalqı öz Ali Baş  Komandanına, öz ordusuna inanır. İnanır ki, Silahlı Qüvvələrimiz Azərbaycanın sərhədində kifayət qədər etibarlı şəkildə dayanıb,  möhkəmdir. Azərbaycan dövləti və xalqı son 30 ildə erməni riyakarlığını, beynəlxalq təşkilatların ikili standart fəaliyyətini görüb və artıq özünün hədəflərini qəti şəkildə müəyyən edib.

Bu gün, dövlətimiz sürətlə Laçının kəndlərinə və rayon mərkəzinə köç prosesini həyata keçirdir. Azərbaycan dövləti bir tərəfdən, işğaldan azad etdiyi torpaqları qurur, yaradır, başqa bir tərəfdən isə, bu torpaqlarda təhlükəsizlik tədbirlərini uğurla həyata keçirdir. Eyni zamanda, bu torpaqlardan məcburən köçürülən insanların öz yurd yerinə geri qaytararaq onların öz ərazilərində, öz ata-baba ocaqlarında yaşayışını təmin edir…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Beyləqanda keçirilən sorğunun nəticələri deputatlığa namizəd Şahin İsmayılovun tam üstünlüyünü göstərdi

Növbəti xəbər

Uğurlar davamlı olaraq artır

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
Uğurlar davamlı olaraq artır

Uğurlar davamlı olaraq artır

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.