İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Oktyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Konstitusiya və Suverenlik İli”-bir-birini tamamlayan iki tarixi hadisə

11 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Postmüharibə dövründə bərpa, dirçəliş və reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında həyata keçirilməsidir

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müstəqil dövlətimizin siyasi və hüquqi tarixində ən mühüm mərhələlərdən birini ifadə edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət quruluşunun hüquqi əsaslarını müəyyən etmiş, xalq hakimiyyətinin, demokratiyanın və hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə geniş yol açmışdır. Bu Konstitusiya yalnız bir dövlətin idarəçilik mexanizmini tənzimləyən sənəd deyil, həm də insan hüquq və azadlıqlarını, ədalət və qanunçuluğu, vətəndaş cəmiyyəti prinsiplərini özündə əks etdirən strateji hüquqi baza olmuşdur. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkədə yeni ictimai-siyasi şərait formalaşdı. Müstəqil dövlətin qurulması üçün yeni hüquqi əsaslar, müasir idarəçilik mexanizmi və xalqın iradəsinə söykənən qanunvericilik sistemi yaradılmalı idi. Lakin 1991–1993-cü illərdəki siyasi qeyri-sabitlik, idarəetmədə xaos və anarxiya bu prosesi ləngitdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik prinsipləri bərpa olundu, sabitlik təmin edildi və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı. Uzunmüddətli müzakirələrdən, elmi və ictimai debatlardan sonra həmin ilin 12 noyabrında Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul olundu. Ulu Öndər Heydər Əliyev demişdir ki, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dünyanın inkişaf etmiş ölkələrinin konstitusiya təcrübəsi, xüsusən də demokratik və hüquqi dövlət quruculuğu prinsipləri əsas götürülmüşdür. Əsas Qanunda dövlətin fəaliyyəti hüquq üstünlüyü və insan azadlıqlarının qorunması üzərində qurulmuşdur. Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası təkcə dövlət idarəçiliyinin hüquqi bazasını deyil, həm də cəmiyyətin mənəvi, siyasi və sosial inkişaf istiqamətini müəyyən etmişdir. Bu sənəd dövlət və vətəndaş münasibətlərini hüquqi əsasda tənzimləyir. Demokratiyanın və vətəndaş iştirakçılığının genişlənməsinə şərait yaradır. Hüquq-mədəniyyətin formalaşmasına və vətəndaş məsuliyyətinin artmasına xidmət edir.

Sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə aparılan Konstitusiya islahatları da hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsinə, insan hüquqlarının daha səmərəli qorunmasına və müasir idarəetmə tələblərinə uyğunlaşmaya yönəlmişdir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü, müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlini, xalq iradəsinin təntənəsini və hüququn aliliyinin rəmzini ifadə edir. 1995-ci il Konstitusiyası ilə Azərbaycan Respublikası hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Bu Konstitusiya həm dövlətin, həm də vətəndaşın hüquqlarını qoruyan, sabitlik və ədalət üzərində qurulan milli Əsas Qanundur.

Azərbaycan xalqı üçün 12 Noyabr tarixi təkcə hüquqi hadisə deyil, həm də dövlətçilik tariximizin şərəfli səhifəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik dövründə qəbul edilən ilk Əsas Qanunu olaraq milli suverenliyimizin və hüquqi dövlət quruculuğumuzun təməlini qoydu. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, azadlıq və ədalət ideallarını özündə əks etdirən, dövlət quruluşunun əsaslarını müəyyən edən ali hüquqi sənəddir.

Konstitusiyanın mühüm bəndlərindən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin bir hissəsi işğal altında qaldığından, bu prinsip uzun illər faktiki olaraq pozulmuşdu. 2020-ci il 27 sentyabr – 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımızın böyük hissəsi azad edildi. 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirləri isə Qarabağda separatçılığa son qoydu və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Bu hadisə Konstitusiyanın ali məqsədlərindən biri olan suverenliyin təmin olunması prinsipinin reallığa çevrilməsi demək idi. Artıq bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.2025-ci ilin “Konstitusiya və Suverenlik İli” təkcə yubiley xarakteri daşımır, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsasını təşkil edir. Bu dövrdə dövlət siyasətinin əsas istiqamətlərindən biri — postmüharibə dövründə bərpa, dirçəliş və reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında həyata keçirilməsidir.  Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, bərpa edilən məhkəmə və inzibati orqanlar, keçirilən bələdiyyə və prezident seçkiləri Konstitusiyanın hüquqi qüvvəsinin bütün ölkə ərazisində təmin olunduğunu göstərir.

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” bir-birini tamamlayan iki tarixi hadisədir. Əgər 1995-ci il Konstitusiyanın qəbulu ilə müstəqil dövlətin hüquqi əsasları qoyulmuşdusa, 2020–2023-cü illərdə əldə olunan tarixi qələbələr nəticəsində Konstitusiyanın ərazi bütövlüyü və suverenlik prinsipi tam reallaşdı. Bu gün Azərbaycan dövləti və xalqı Ulu Öndər Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində hüquqi dövlətin və suveren Azərbaycanın daha da möhkəmlənməsi istiqamətində uğurla irəliləyir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

Növbəti xəbər

Müstəqilliyin və qürurun rəmzi

Əlaqədar Xəbərlər

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

2 həftə əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

2 həftə əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

3 həftə əvvəl
Növbəti xəbər
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri

Müstəqilliyin və qürurun rəmzi

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı
Xüsusi

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı

14 saat əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq

19 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycançılıq, müstəqil Azərbaycan dövlətinin əsas ideyası və amalıdır

21 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir

21 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmişdir

21 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.