İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Avqust, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev bələdiyyələrlə bağlı islahatların ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələrin çoxluğu, xüsusi güc və rıçaqlara malik olmaması onların birləşməsini şərtləndirən əsas səbəblərdən biridir.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələ illərdir parlamentin plenar və komitə iclaslarında qaldırılır: “Ona görə də hazırda sevinirik ki, məlum istiqamətdə çox ciddi prosesə start verilib. Tezliklə məsələ müzakirəyə çıxarılacaq və bununla da bələdiyyələrin fəaliyyətində müsbət xarakterli dəyişikliklərə şahidlik edəcəyik”.

Deputat əlavə edib ki, birləşmələrdən sonra gedişatın müsbət və daha faydalı olacağı, daha dinamik xarakter alacağı mütləqdir: “Çünki qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdən sonra həm bələdiyyələrin gücü geniş şəkildə artacaq, həm onların təsir imkanları genişlənəcək, həm koordinasiya baxımından effekt hiss olunacaq, həm inzibati-idarəetmə xərcləri optimallaşaq, həm də bələdiyyələrin özlərinin saxlanılmasına sərf olunan xərclərə qənaət ediləcək. Bu isə hər kəsin arzusudur. Ələlxüsus da bələdiyyələrin və bələdiyyə üzvlərinin”.

Milli Məclisin üzvü qeyd edib ki, güc olan yerdə nüfuz da olacaq: “Nüfuz olan yerdə isə rentabellik, vətəndaş məmnunluğu və bələdiyyə özgüvəni artmış olacaq. Dəyişikliyin mahiyyəti, prioriteti də bu istiqamətədir – bələdiyyələrin gücünü və nüfuzunu artırmaq. Çünki dünya praktikasında bələdiyyələr ən hörmətli qurumlardan biridir. Yerli özünüidarəetmə çox ciddi funksiyadır. Düzdür, Azərbaycanda bələdiyyələrin yaşı, tarixi elə də böyük deyil və bəlkə də buna görə indiyə qədər müəyyən çatışmazlıqlar, boşluqlar olub. Amma heç şübhə etmirəm ki, həm qanunvericiliyə edilən dəyişikliklər, həm də bələdiyyələrimizdəki kadr potensialı bu sahədə inkişafı sürətləndirəcək”.

E.Musayev vurğulayıb ki, əsas yenilik məhz diqqət çəkdiyimiz birləşmələrlə bağlıdır: “Amma bu, startdır, prosesin ilkin mərhələsidir və hər birimizdə əminlik var ki, məlum istiqamətdə islahatlar ardıcıl şəkildə davam edəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Ermənilərin hədəfi şəhər yox, mülki əhali idi” – Mirqiyas Sarıyev

Növbəti xəbər

AMADA-nın şöbə müdiri Fransada WADA sosial elmi tədqiqatlar simpoziumunda ölkəmizi təmsil edib

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

11 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

2 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

2 gün əvvəl
Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan
Gündəm

Böyük yollarının kəsişdiyi məkana çevrilən məkan – Naxçıvan

2 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Naxçıvanın inkişafı yalnız bir regionun inkişafı deyil”

3 gün əvvəl
Növbəti xəbər
AMADA-nın şöbə müdiri Fransada WADA sosial elmi tədqiqatlar simpoziumunda ölkəmizi təmsil edib

AMADA-nın şöbə müdiri Fransada WADA sosial elmi tədqiqatlar simpoziumunda ölkəmizi təmsil edib

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

11 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

11 saat əvvəl
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

”Sənaye parkları regionların iqtisadi potensialından daha səmərəli istifadə olunmasına xidmət edir”

1 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

2 gün əvvəl
BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN
Gündəm

BİR İLLİK SÜLHDƏN SONRA İLK ÜNVAN: NAXÇIVAN

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.