İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Aprel, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İranın özünü intihara sürükləyir – Şərh

1 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan hər zaman sülhsevər siyasət yürüdən, regionda sabitlik və əməkdaşlığın tərəfdarı olan bir dövlətdir. Dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulması və bölgədə davamlı sülhün təmin edilməsidir. Bunun bariz nümunəsi kimi 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan münaqişəsinin nəticəsində əldə olunan yeni reallıqları göstərmək olar”.

Bunu “Ölkə.az”a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ savaşından sonra regionda sülh gündəliyinin müəyyənləşdirib buna imza atan Azərbaycan bölgədə sabitliyin təmin olunması üçün qətiyyətli addımlar atıb. “Bakı dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün qurulması bütün dövlətlərin maraqlarına xidmət edir”,-o vurğulayıb.

Deputat  təəssüflə qeyd edib  ki, bəzi hallarda qonşu dövlətlərin Azərbaycana qarşı dostluq və qonşuluq prinsiplərinə uyğun gəlməyən addımlarının şahidi oluruq: “İran tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum da bu cür təxribat xarakterli hərəkətlərdən biridir.

Naxçıvan ərazisinə  pilotsuz uçuş aparatları ilə atəşə tutulması Azərbaycan dövlətinə qarşı açıq təcavüz və terror aktı kimi qiymətləndiririk. Hücum zamanı mülki obyektlərini, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının  binasının, məktəbin və digər infrastrukturların hədəfə alınması bu aktın nə qədər təhlükəli və qəbuledilməz olduğunu bir daha göstərir.

Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir və məsul şəxslərin dərhal cəzalandırılmasını tələb edirik. İran tərəfi bu hadisə ilə bağlı rəsmi izahat verməli, Azərbaycan dövlətindən üzr istəməli və hadisənin təşkilində iştirak edən şəxsləri cinayət məsuliyyətinə cəlb etməlidir.

Bu, İranın Azərbaycana qarşı ilk təxribatı deyil. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə  silahlı hücuma məruz qalmışdı. Həmin terror aktı nəticəsində bir Azərbaycan vətəndaşı həlak olmuş, digəri isə ağır yaralanmışdı. Hadisə Azərbaycan–İran münasibətlərində ciddi gərginlik yaratmış və rəsmi Bakı buna sərt reaksiya vermişdi.

Azərbaycan hər zaman bəyan edib ki, onun ərazisi heç vaxt başqa dövlətlərə qarşı istifadə olunmayacaq. Bu prinsip dövlətimizin xarici siyasətinin əsas xəttini təşkil edir. Buna baxmayaraq, bəzi dairələr əsassız ittihamlarla Azərbaycanı gözdən salmağa, xüsusilə də İranda yaşayan azərbaycanlıların fikirlərinə təsir göstərməyə çalışırlar. Halbuki müstəqil Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlılar üçün ümid və qürur mənbəyidir”.
O əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü qorumağa qadir olduğunu artıq sübut edib: “Qarabağda  zamanı əldə olunan qələbə Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini bütün dünyaya göstərdi.

Azərbaycan heç vaxt təcavüzkar siyasət yürütməyib, lakin ölkəmizə qarşı yönəlmiş hər hansı təhlükə və ya təxribat cavabsız qalmayacaq. Dövlətimizin təhlükəsizliyini təmin edən qurumlar – Silahlı Qüvvələr, sərhəd xidmətləri və xüsusi təyinatlı qüvvələr hər zaman ölkəmizin müdafiəsinə hazırdır.

Bu hadisə bir daha göstərir ki, regionda sabitliyin qorunması üçün bütün dövlətlər beynəlxalq hüquqa və qonşuluq prinsiplərinə hörmətlə yanaşmalıdır. Azərbaycan isə bundan sonra da sülh, təhlükəsizlik və əməkdaşlıq siyasətini davam etdirəcək, lakin dövlətimizin suverenliyinə qarşı yönəlmiş hər hansı addıma qətiyyətlə cavab verməkdən çəkinməyəcək.

İran əslində qonşularına qarşı bu hərəkəti ilə özünü intihara sürüklədi. Bu  cür təxribatçı cəhdlərə bölgəni  gərginliyə sürükləyən hərəkətlərlə İran dövlətçiliyinin, nə da xalqının milli maraqlarına xidmət etmir. Əksinə intihara və uçuruma yuvarlanır.

Son olaraq cənab Prezidentin Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında söylədiyi fikirlər açıq şəkildə mesaj verdiki,   Azərbaycanın ərazisinə təcavüz qəbul edilməzdir və “Dəmir Yumruq” hər zaman hazırdır”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir

Növbəti xəbər

Deputat: ”Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi”

Əlaqədar Xəbərlər

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

4 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

5 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

5 gün əvvəl
Növbəti xəbər
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir

Deputat: ”Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi”

Rəylər 2

  1. Geri izləmə: lansoprazole 30mg
  2. Geri izləmə: metoprolol medicine
Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır
Gündəm

Deputat: Eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi praktikada da tam şəkildə təmin olunmalıdır

2 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

3 gün əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.