İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 İyul, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İmzalanmasının beşinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsi bu gün öz praktiki nəticələrini verir

4 həftə əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və Türkiyə arasında ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi  əsasında böyük inkişaf yolu qət edib. Son illərdə ölkələrimiz arasındakı qardaşlıq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoydu.

Bu sözləri İctimai.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş Şuşa şəhərində imzalanan Bəyannamə iki dövlət arasında münasibətlərin hüquqi-siyasi bazasını möhkəmləndirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafını müəyyən edən strateji sənəddir. Tarixi köklərimizə söykənən Şuşa Bəyannaməsi həm də gələcək nəsillərə istiqamət verən yol xəritəsi rolunu oynayır.

Bu sənəd ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək siyasi mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəlib. Bəyannamə iki ölkə arasında siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil, mədəniyyət, informasiya və beynəlxalq əməkdaşlıq sahələrində koordinasiyalı fəaliyyət üçün geniş imkanlar açır. Bu gün Azərbaycan və Türkiyə regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış edən, bir-birinin milli maraqlarını qətiyyətlə müdafiə edən strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər.

Şuşa Bəyannaməsinin ən mühüm istiqamətlərindən biri təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Sənəddə əksini tapan müddəalar iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına, hərbi təlimlərin keçirilməsinə və müdafiə sənayesi sahəsində birgə layihələrin reallaşdırılmasına geniş zəmin yaradır. Bu baxımdan Şuşa Bəyannaməsinin imzalanması regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir və ötən beş il ərzində bunun real nəticələrinin şahidi olmuşuq.

Həmçinin Bəyannamə iqtisadi əməkdaşlıq baxımından da mühüm perspektivlər açır. Son illər ərzində qarşılıqlı investisiyaların həcminin artması, sənaye, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr ölkələrimizin iqtisadi inteqrasiyasını daha da gücləndirib. Sənəddə milli iqtisadiyyatların və ixrac imkanlarının şaxələndirilməsi, yeni istehsal sahələrinin yaradılması və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi xüsusi yer tutur.

Təbii ki, Şuşa Bəyannaməsinin mühüm istiqamətlərindən biri də nəqliyyat və kommunikasiya layihələrinin inkişafıdır. Xüsusilə Zəngəzur dəhlizinin açılması Azərbaycan ilə Türkiyə arasında birbaşa nəqliyyat bağlantısının formalaşmasına, Orta Dəhlizin imkanlarının genişlənməsinə və bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək. Bu layihələr təkcə region ölkələri üçün deyil, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artması baxımından da strateji əhəmiyyət daşıyır.

Beş il əvvəl Şuşada imzalanan Bəyannamə bu gün öz praktiki nəticələrini verməkdədir. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından birinə çevrilib. Şuşa Bəyannaməsi, eyni zamanda bölgədə yeni əməkdaşlıq modelinin formalaşmasına, ortaq strateji təşəbbüslərin həyata keçirilməsinə və Türk dünyasının daha da güclənməsinə xidmət edir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Növbəti xəbər

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

Əlaqədar Xəbərlər

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik

5 gün əvvəl
“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb
Gündəm

“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

5 gün əvvəl
Növbəti xəbər
Deputat növbəti hesabat jurnalını təqdim edib

Sadiqliyimizi nümayiş etdirən Bəyənnamə

Deputatın növbəti vətəndaş qəbulu baş tutub
Xüsusi

Deputatın növbəti vətəndaş qəbulu baş tutub

6 saat əvvəl
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”
Gündəm

“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib”

6 saat əvvəl
“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir
Gündəm

“Kraudfandinq haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

Rəqəmsal Azərbaycan: Güclü dövlətin yeni inkişaf mərhələsi

4 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.