İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
5 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

3 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Azərbaycanın əldə etdiyi strateji nəticələr, həm də dəyişən beynəlxalq mühitdə qarşıda duran vəzifələr bir daha bəyan olundu.  Bu, eyni zamanda, son otuz ildən artıq müddətin siyasi yekunlarına verilən qiymət idi. Dövlət başçımız xüsusilə Zəfərdən sonrakı mərhələnin və yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı vacib mesajlar verdi.

Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən qarşıya qoyulan əsas vəzifələrdən birinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu xatırladaraq, bu məqsədə nail olunduğunu bəyan etdi: “Dövlət başçısı bildirdi ki, uzun illər Azərbaycanın siyasi gündəliyində xüsusi yer tutan ərazi bütövlüyü məsələsinin artıq yeni reallıqda qiymətləndirilməsi üçün zəmin yaranıb. Belə ki, 44 günlük müharibədə əldə etdiyimiz Zəfər yeni mərhələnin başlanğıcıdır. Əsas məsələ budur ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Təbii ki, bu, asan başa gəlməyib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.

Prezidentin çıxışında digər mühüm istiqamət milli təhlükəsizlik və hərbi gücün davamlı şəkildə möhkəmləndirilməsi ilə bağlı idi: “Dövlət başçısı qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün artırılması olduğunu bildirdi. Xüsusilə dəyişkən beynəlxalq təhlükəsizlik mühiti fonunda bu mesaj xüsusi əhəmiyyət kəsb edir.  Dövlət başçımızın da söylədiyi kimi, perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Bu xüsusda yeni mərhələ yeni məsuliyyət tələb edir. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra qarşıda daha güclü iqtisadiyyat, daha dayanıqlı təhlükəsizlik sistemi, daha fəal xarici siyasət və yeni regional əməkdaşlıq imkanları üzərində qurulan inkişaf gündəliyi dayanır.

Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə adekvat fəaliyyət kursu seçən siyasi qurumdur. Ümumən, dövlətimizin başçısının partiyaya əlahiddə yanaşma tərzi onun siyasi-təşkilati modelini mərhələli şəkildə yenilədi, ilk növbədə, təşkilatdakı idarəetmənin institusional əsaslarını möhkəmləndirdi. Bu mənada, YAP-ın 2021-ci ildə düzənlənmiş VII qurultayının qərarları üzərində dayanmağa xüsusi ehtiyac var. Yada salaq ki, Prezident İlham Əliyev həmin qurultaydakı çıxışında demişdi: “Həyat dəyişir, zəmanə dəyişir”.

Tam əminliklə deyə bilərik ki, nəinki ötən 5 ildə, ümumən, bütün fəaliyyəti dövründə YAP dəyişən həyatın və zamanın tələblərinə uyğun yolda inamla addımladı. Həm addımladı, həm də cəmiyyətdə özünə olan inamı və etimadı artırdı. Ötən müddətdə Prezident İlham Əliyevin “biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində” fikri əməli iş müstəvisində dəyərləndirildi. Nəticə etibarilə YAP klassik siyasi partiya təşkilatlanmasından çıxaraq, daha dəqiq funksional bölgü əsasında inkişaf etdi. Ən başlıcası isə gənclərlə iş yeni səviyyəyə çıxarıldı ki, bu, partiyanın Gənclər Birliyinin təsbit edilməsində əksini tapdı. Əlbəttə, məsələ yalnız yaş baxımından gəncləşmədə deyil. Söhbət peşəkarlıq, innovativlik, kreativlik kimi müasir dövrə xas meyarların partiyadaxili fəaliyyətdə əsas götürülməsindən gedir.

Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi fikirlər gözlərimiz önünüdə güclü və qüdrətli Azərbaycan obrazını bir daha canlandırdı. Yaşasın Yeni Azərbaycan Partiyası, yaşasın müstəqil Azərbaycan!

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

Növbəti xəbər

Hər bir ölkənin inkişafı üçün, sülh və təhlükəsizlik əsas amildir

Əlaqədar Xəbərlər

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Hər bir ölkənin inkişafı üçün, sülh və təhlükəsizlik əsas amildir

41 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan

4 saat əvvəl
Deputat Elman Nəsirov ona göstərilən etimada görə təşəkkürünü belə bildirdi
Gündəm

Deputat Elman Nəsirov ona göstərilən etimada görə təşəkkürünü belə bildirdi

10 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

YAP-ın Qurultayı və…. – İlham Əliyevdən ustad dərsi!

15 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər.

1 gün əvvəl
Növbəti xəbər
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır

Hər bir ölkənin inkişafı üçün, sülh və təhlükəsizlik əsas amildir

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Hər bir ölkənin inkişafı üçün, sülh və təhlükəsizlik əsas amildir

41 dəqiqə əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

3 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.