İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“İkili standartlar” siyasətinin təzahürü

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Faktiki olaraq, Azərbaycan dövləti hər zaman Fransa dövləti ilə əlaqələrə xüsusi önəm verib, rəsmi Parisə qarşı dostluq münasibəti göstərib, lakin qarşılığında Fransanın ədalətsiz, haqsız və qərəzli mövqeyi ilə qarşılaşıb. Fransa hökumətinin 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kəsə sirr deyil. Buna sübut olaraq isə, Fransa Parlamentinin hər iki palatası, hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran sənədlərin qəbul edilməsini göstərmək olar. İşğal dövründə rəsmi Paris ATƏT-in üç həmsədr dövlətindən biri kimi İrəvanın işğalçılıq siyasətini təsdiq edən, zəbt etdiyi Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad etməsini tələb edən məlum qətnamələrin icra olunması üçün heç bir addım atmadı. Həm, Qarabağın işğalı dövründə, həm də, sonrakı dövrlərdə Fransa tərəfi Ermənistandan yüzlərlə azərbaycanlı əsir və girovun azadlığa buraxılmasını tələb etmədi. Halbuki, bu barədə danılmaz faktlar, sübutlar və sənədli dəlillər təqdim edilmişdi. Fransa indiyə qədər mina xəritələrinin verilməsi ilə bağlı bir dəfə də olsun aydın və dəqiq bir tələblə çıxış etməyib, baxmayaraq ki, rəsmi Paris tərəfindən müxtəlif dövrlərdə, fərqli mövzularda Azərbaycana tələblər irəli sürülürdü. Bildiyiniz kimi, 16 mart 2023-cü il tarixində Fransa Senatında növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, ölkəmizin daxili işlərinə müdaxilə məqsədi güdən qondarma “konfrans” da təşkil edilmişdir. Fransa milli səviyyədə öz ərazisində yaşayan fərqli etnik, dini mənsubiyyətdən olanların hüquqlarına qarşı açıq şəkildə dözümsüz münasibət göstərdiyi halda, Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərində məskunlaşmış erməni azlığın “hüquq və təhlükəsizliyi” məsələsi ilə bağlı aktivlik göstərir, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünə qəsd mahiyyətində hərəkətlər edir, müxtəlif bəyanatlara çıxış edir. Fransa parlamentarilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəfə alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə həvəsləndirən addımları ikiüzlülüyün bariz təzahürü kimi ciddi şəkildə qınağa layiqdir. Bütün bu baş verənlər, Fransanın etnik ermənilərin hüquqları, təhlükəsizlikləri ilə bağlı atdığı addımların və irəli sürdüyü təşəbbüslərin bu ölkənin məsələ ilə bağlı səmimi narahatlığından irəli gəlmədiyini, Cənubi Qafqaz regionunda geosiyasi maraqlarını təmin etmək məqsədi güddüyünü, bu məqsədlə də Ermənistanı, Qarabağ bölgəmizin sadə erməni sakinlərini bir alət kimi istifadə etdiyini açıq şəkildə göstərir. Qeyd edilən faktların fonunda, Fransa hökumətinin tutduğu mövqe təəssüf doğurur və bu hal birmənalı olaraq, Fransanın regiondakı maraqlarına, beynəlxalq imicinə ciddi zərbə vurur. Nəhayət, Fransa dövləti anlamalıdır ki, dünyanın müxtəlif bölgələrində baş verən ərazi münaqişələrini törədən işğalçı və təcavüzkarlara ikili standartlar baxımından yanaşılması növbəti separatçılıq üçün münbit şərait yaradır, insanlara fəlakət gətirir. Fransa parlamenti anti-Azərbaycan nifrət kampaniyasının aləti kimi çıxış edərək beynəlxalq hüququ, iki dövlət arasında münasibətlərin hüquqi çərçivəsini kobud şəkildə pozur, kövrək sülh səylərinə xələl gətirir, düşmənçiliyi, revanşizmi açıq şəkildə təbliğ və təşviq edir. Bu neqativ hallar tamamilə ikiüzlü, qərəzli siyasi mövqenin təzahürü olmaqla, Fransanın Azərbaycan-Ermənistan məsələlərində, ümumiyyətlə Cənubi Qafqaza münasibətinin ikili standartlar əsasında qurulduğunu, eqoist geosiyasi maraqlardan irəli gəldiyini açıq şəkildə nümayiş etdirir. Şübhəsiz ki, Fransa dövləti müstəqil Azərbaycan dövlətinin Cənubi Qafqazda lider olmasını heç cür həzm edə bilmir və Azərbaycanın siyasi iradəsi, qətiyyəti, hərbi gücü sayəsində bu regionda real sülh şəraitinin yetişməsi ilə barışa bilmirlər…
Sabit Mehdiyev, 
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Növbəti xəbər

Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

1 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

1 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

2 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər

Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

5 saat əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

2 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.