İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 May, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

5 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Müasir Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə humanizm, sosial ədalət və insan amilinə əsaslanan idarəetmə fəlsəfəsi üzərində qurulmuşdur. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan dayanır. Vətəndaş rifahının yüksəldilməsi, sosial müdafiənin gücləndirilməsi, ədalətli cəmiyyətin formalaşdırılması və mərhəmət prinsiplərinin qorunması Prezident cənab İlham Əliyevin siyasi kursunun əsas ideoloji dayaqlarından biridir. Humanizm anlayışı yalnız mənəvi dəyər kimi deyil, eyni zamanda dövlət idarəçiliyinin praktik aləti kimi çıxış edir. Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətində humanizm sosial siyasətdə, iqtisadi inkişaf strategiyasında, hüquq-mühafizə və cinayət-hüquq sistemində ardıcıl və sistemli şəkildə öz əksini tapır. Bu yanaşma Azərbaycan dövlətini təkcə güclü deyil, həm də ədalətli və sosial məsuliyyətli dövlət kimi formalaşdırır. Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlət siyasətinin əsas məqsədi vətəndaşların rifahının təmin edilməsidir. Sosial ədalət prinsipi cəmiyyətin bütün təbəqələrinə bərabər imkanların yaradılmasını, hüquq və azadlıqların qorunmasını, zəif təbəqələrin müdafiəsini nəzərdə tutur.

Humanizmin dövlət siyasətində mühüm istiqamətlərindən biri də cinayət-hüquq siyasətinin formalaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar cəzanın məqsədinin yalnız cəzalandırmaq deyil, həm də islah etmək, tərbiyə etmək və cəmiyyətə reinteqrasiya etmək olduğunu təsdiqləyir. Azərbaycanın suverenliyinin tam bərpası və Konstitusiyanın ali hüquqi qüvvəsinin bütün ərazilərdə təmin olunması Prezident cənab İlham Əliyevin liderliyi ilə əldə edilmiş tarixi nailiyyətdir. Lakin qalib dövlətin əsas fərqi ondan ibarətdir ki, o, gücünü yalnız hərbi və siyasi imkanlarda deyil, mənəvi üstünlükdə də nümayiş etdirir. Humanist cinayət-hüquq siyasəti qalib dövlət modelinin ayrılmaz hissəsidir. Bu siyasət göstərir ki, Azərbaycan dövləti güclü olduğu qədər də ədalətlidir, sərt olduğu qədər də mərhəmətlidir. Bu yanaşma beynəlxalq aləmdə Azərbaycanın hüquqi və humanist dövlət imicini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi-humanist dəyərlərə sadiqliyinin növbəti təzahürüdür. Bu təşəbbüs ölkədə hüquq sisteminin təkmilləşdirilməsi, cəmiyyətin sağlamlaşdırılması və insan amilinin prioritet tutulması istiqamətində aparılan ardıcıl dövlət siyasətinin məntiqi davamı kimi qiymətləndirilir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Humanizm prinsipləri, yalnız daxili siyasətdə deyil, həm də beynəlxalq arenada öz əksini tapır. Prezident İlham Əliyev, Azərbaycanın beynəlxalq münasibətlərində sülh, əməkdaşlıq və humanitar yardımın təşviqinə xüsusi önəm verir. Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, münaqişələrin həllində humanitar yanaşmaların tətbiqini dəstəkləyir. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair Prezident İlham Əliyevin liderliyi, humanizm prinsiplərinə əsaslanaraq bölgədə sülhün və sabitliyin bərqərar olmasına yönəlmişdir.Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri olan humanizm, həm daxili, həm də beynəlxalq siyasətdə özünü yüksək səviyyədə göstərir. Bu yanaşma, yalnız insan hüquqlarına hörmətlə kifayətlənmir, həm də sosial inkişafın təmin edilməsi, ədalətin bərpası və ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsi məqsədini daşıyır. Humanizm prinsipinin təməlində insanın inkişafı, ləyaqəti və hüquqlarına verilən önəm durur ki, bu da Azərbaycanın uğurlu gələcəyinin təminatıdır.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri

Növbəti xəbər

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

Əlaqədar Xəbərlər

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

1 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında
Gündəm

Makronun məntiqsiz “vasitəçilik” ritorikası: İrəvan Parisin çətiri altında

6 gün əvvəl
Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir
Gündəm

Böyük Qayıdış Heydər Əliyev ideyalarının çağdaş təntənəsidir

1 həftə əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur

1 həftə əvvəl
Növbəti xəbər
Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

Amnistiya aktı sosial ədalət aləti kimi qiymətləndirilməlidir

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri
Gündəm

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrilib – komitə sədri

1 gün əvvəl
“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

4 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Hamısı “ağsaqqal” olub, məsləhət vermək sevdasına düşüblər” – Elşən Musayev

4 gün əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Xidmətlrini Ermənistan uğruna yerinə yetirən ədalətsiz qurum

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.