İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Aprel, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Humanist siyasətin təntənəsi: On minlərlə məhbusa həyatını yenidən qurmaq şansı

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü dövlətin humanist siyasətinin bariz nümunəsi kimi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu təşəbbüs təkcə hüquqi qərar deyil, eyni zamanda mərhəmət, ədalət və vətəndaş mərkəzli idarəetmənin təzahürüdür”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Azərbaycanın müstəqillik dövründə indiyədək 70-ə yaxın əfv sərəncamı və 12-yə qədər amnistiya qərarı qəbul edilib: “Bu fakt ölkəmizdə insan hüquq və azadlıqlarının təminatına, cəza siyasətinin humanistləşdirilməsinə verilən önəmin göstəricisidir. Əfv və amnistiya institutları cəmiyyətin dövlətə və ədalətə inamını möhkəmləndirən, sosial ədaləti gücləndirən mühüm mexanizmlər kimi çıxış edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, onun rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin müəyyənləşdirdiyi humanizm və hüquqi dövlət quruculuğu kursu bu gün də uğurla davam etdirilir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir.

Suverenliyimizin bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması xalqımızın ən böyük tarixi qələbələrindən biridir. Məhz bu tarixi nailiyyətlər fonunda irəli sürülən amnistiya təşəbbüsü həm rəmzi, həm də ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Deputat əlavə edib ki, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və cəzadan azad ediləcək şəxslərin gələcəkdə qanunlara əməl edəcəklərinə, dövlətimizin inkişafına töhfə verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib:
“Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər, eləcə də qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər kateqoriyalar amnistiyanın əhatə dairəsinə daxil edilir.

Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur.

Prezident tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının tətbiq olunacağı şəxslərin sayına görə ölkə tarixində ən genişmiqyaslı amnistiyalardan biri olacağı ehtimal edilir. Gözləntilərə görə, bu humanist qərar ümumilikdə 20 mindən çox şəxsə şamil edilə bilər.

Bu, dövlətin cəza siyasətində humanizmin, mərhəmətin və sosial ədalətin təntənəsi kimi qiymətləndirilir.
Demokratik dəyərlərin əsas meyarlarından olan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin formalaşmasına və möhkəmlənməsinə hər zaman xüsusi həssaslıqla yanaşıb. Amnistiya və əfv aktları yüzlərlə, minlərlə insana həyatında yeni səhifə açmaq, cəmiyyətə yenidən inteqrasiya olunmaq imkanı yaradır.
Bu addımlar respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolunu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə və ədalət sisteminə inamını daha da gücləndirir.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyev mərhəmət və insanpərvərlik kimi ali dəyərləri daim rəhbər tutur. Bayramlar və əlamətdar tarixi günlər ərəfəsində imzalanan əfv sərəncamları, irəli sürülən amnistiya təşəbbüsləri bu siyasətin ardıcıllığını təsdiqləyir.

Dövlət başçısının məqsədi törətdiyi əməldən səmimi peşman olan şəxslərin islah edilərək cəmiyyətə faydalı vətəndaş kimi qayıtması, azadlığa çıxdıqdan sonra bir daha cinayət törətməməsi üçün zəruri sosial-hüquqi mühitin formalaşdırılmasıdır.

Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan vətəndaş mərkəzli, humanist və davamlı inkişaf yolunda inamla irəliləyir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

Növbəti xəbər

Ehtiram Mehtiyev: Prezidentin amnistiya təşəbbüsü humanizmə və milli birliyə çağırışdır

Əlaqədar Xəbərlər

Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

2 saat əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın möhkəm təməli

2 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

2 saat əvvəl
“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” monoqrafiyasının təqdimatı keçirilib
Gündəm

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” monoqrafiyasının təqdimatı keçirilib

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

5 gün əvvəl
“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı
Gündəm

“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı

7 gün əvvəl
Növbəti xəbər
Ehtiram Mehtiyev: Prezidentin amnistiya təşəbbüsü humanizmə və milli birliyə çağırışdır

Ehtiram Mehtiyev: Prezidentin amnistiya təşəbbüsü humanizmə və milli birliyə çağırışdır

Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

2 saat əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanla Latviya arasında strateji tərəfdaşlığın möhkəm təməli

2 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Latviya Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın dərinləşməsinə yol açacaq

2 saat əvvəl
“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” monoqrafiyasının təqdimatı keçirilib
Gündəm

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji”yə keçid” monoqrafiyasının təqdimatı keçirilib

2 gün əvvəl
“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı
Sosial

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.