• Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

“Heydər Əliyev humanizm siyasətinin banisidir” – tədbir

adminredaktor by adminredaktor
12 May 2023
in Heydər Əliyev İli
0
0
Paylaşım
3
Oxunma
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ədliyyə Nazirliyi ilə birgə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev humanizm siyasətinin banisidir” adlı tədbir keçirib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin siyasətinin başlıca əsaslarından biri kimi humanizm ənənələrinin yaradılması, əfvetmə və amnistiya institutlarının təşəkkül tapması, ölüm cəzasının tətbiqinə moratorium qoyulmasından bəhs edib.

Dekan Ədliyyə Nazirliyi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova şamil edildiyi şəxslərin dairəsinə görə müstəqillik dövründə qəbul edilmiş ən böyük əfv aktı olan “Məhkum edilmiş bir sıra şəxslərin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının nəticəsində 801 nəfərin əfv olunması, onlardan 463 şəxsin azadlıqdan məhrum etmə cəzasından, 220 şəxsin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfərin azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilməsinin əhəmiyyətini tələbələrin diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev əfv institutunun əhəmiyyəti, əfv edilən şəxslərin sosial həyata adaptasiyası barədə məlumat verib.

Sonra tələbələrin sualları cavablandırılıb.

Əvvəlki xəbər

Yaponiyada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Növbəti xəbər

Adil Kərimli: Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır

Növbəti xəbər

Adil Kərimli: Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır

Browse by Category

  • Digər
  • Dünya
  • Gündəm
  • Heydər Əliyev İli
  • İqtisadiyyat
  • Qarabağ
  • Qərbi Azərbaycan
  • Seçilmiş xəbərlər
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Xüsusi
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Əlaqə
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • İnformasiya.az – Ana Səhifə
  • test

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.