İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 May, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Heydər Əliyevin bir günü: Ümummilli Lider BMT kürsüsündə – təcavüzkar millətçiliyin bütün dünya üçün təhlükəsi barədə

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin bir günü” adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

22 oktyabr 1995-ci ildə Heydər Əliyev BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edib. Ümummilli Lider tədbirdə nitqlə çıxış edib.

“Bütün dünyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə çox böyük töhfələr vermiş Birləşmiş Millətlər Təşkilatının əlli illiyi münasibətilə sizi Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatının yaradılmasından keçən yarım əsr ərzində böyük müsbət dəyişikliklər baş verib. Bu da dünyanın əsaslı şəkildə yenilənməsini və BMT Nizamnaməsinin prinsiplərinin əməli surətdə həyata keçirilməsini sübut edir”, – deyə Heydər Əliyev qeyd edib.

Ümummilli Liderin sözlərinə görə, ən başlıca nəticə budur ki,”soyuq müharibə” illərindəki kəskin qarşıdurmaya baxmayaraq, yeni dünya müharibəsinin meydana çıxmasına yol verilməyib.

“Müstəmləkəçilik, aparteid, irqi ayrı-seçkilik keçmişdə qalıb. Xalqlar öz talelərini təyin etmək imkanı qazanıblar, milli azadlıq və dövlət müstəqilliyi əldə ediblər. Vaxtilə Sovetlər İttifaqının tərkibində olmuş respublikaların indi dövlət müstəqilliyi və suverenlik qazanmaları tarixi hadisədir”, – Heydər Əliyev deyib.

Onun sözlərinə görə, ümumbəşəri dəyərlər dünyada geniş yayılır və bərqərar olur.

“Bunların arasında azadlıq, demokratiya və insan haqları ideyaları xüsusi yer tutur. İctimai-siyasi və dövlət quruculuğunda, iqtisadiyyatda, həyatın bütün sahələrində demokratik dəyişikliklər həyata keçirmək zərurəti çox ölkələr üçün ən vacib amil olub. BMT-nin bütün üzvləri, xüsusən iqtisadi cəhətdən inkişaf etmiş və demokratik ənənələri olan iri dövlətlər bu nəticələrin əldə olunması üçün öz töhfələrini veriblər. Lakin burada xüsusi rol Birləşmiş Millətlər Təşkilatına məxsusdur. O, 50 il ərzində bəşəriyyətin tarixində ən nüfuzlu və ən səlahiyyətli beynəlxalq təşkilata çevrilib”, – deyə Ümummilli Lider vurğulayıb.

“Ümidvaram ki, bu təşkilatın işi üçün meydana çıxmış maliyyə çətinlikləri onun gələcək uğurlu fəaliyyəti naminə aradan qaldırılacaqdır”, – deyə o əlavə edib.

“Bütün bunlar bizi sevindirir və bizdə iftixar hissi doğurur. Ançaq dünya hələ də tam təhlükəsiz, mükəmməl və ideal vəziyyətdə deyildir. Elə problemlər var ki, bunlar köklü şəkildə həll olunmalıdır. Dövlətlər arasındakı münasibətlərdə beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji fəlakətlərin qarşısının alınması məhz belə problemlərdir. Dünyanın bir çox regionlarında qanlı müharibələrə, milyonlarla insanların saysız-hesabsız əzab-əziyyətlərinə səbəb olan təcavüzkar millətçilik və separatizm halları sülh üçün böyük təhlükədir”, – deyə Heydər Əliyev vurğulayıb.

“Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüzkarlıq yeddi ildən çoxdur ki, davam etməkdədir. Bu təcavüz ölkəmizin Qarabağ bölgəsini qəsb etmək məqsədi daşıyır. Erməni silahlı qüvvələri Azərbaycan ərazisinin iyirmi faizindən çox hissəsini işğal edib, həmin ərazilərdən zorla qovulmuş bir milyondan çox vətəndaşımız qaçqına çevrilib, hazırda çadır şəhərciklərində ağır, dözülməz vəziyyətdə yaşayır. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Ancaq həmin qətnamələr təcavüzkar tərəfindən yerinə yetirilmir. Buna görə də ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanması üçün aparılan proses hələlik istənilən nəticələri vermir.

Hörmətli dövlət və hökumət başçıları, mən bu gün sizə, Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə müraciət edərək, Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına, Azərbaycanın ərazi bütövlüyünün, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının bərpa olunmasına təsirli yardım göstərməyinizi xahiş edirəm.

Azərbaycan xalqının iradəsini ifadə edərək bəyan edirəm ki, biz yer kürəsinin hər hansı bir nöqtəsində və hər hansı bir formada təcavüzkarlığı pisləyirik. Biz sülh istəyirik. Biz bütün dünyada sülh istəyirik, bizim regionda sülh istəyirik, bütün qonşu dövlətlərlə sülh və mehriban münasibətlər istəyirik. Bu ümidlərlə, bu inamla mən bu şərəfli kürsünü tərk edirəm”, – Heydər Əliyev deyib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

BDU-da nanohissəciklərin tibdə tətbiqi perspektivləri araşdırılır

Növbəti xəbər

Hesablama Palatası özünün strateji idarəetmə çərçivəsinin formalaşmasında çağırışları diqqətə alıb – Sədr

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

1 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

1 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

1 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

1 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

1 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

2 il əvvəl
Növbəti xəbər
Hesablama Palatası özünün strateji idarəetmə çərçivəsinin formalaşmasında çağırışları diqqətə alıb – Sədr

Hesablama Palatası özünün strateji idarəetmə çərçivəsinin formalaşmasında çağırışları diqqətə alıb - Sədr

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir
Gündəm

“Müxtəlif xalqların mədəniyyəti” adlı tədbir keçirilmişdir

17 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan ilə Vyetnam vahid mövqedən çıxış edir

2 gün əvvəl
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu
Xüsusi

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye – Enerji Qrupu (“PetroVietnam”) arasında Anlaşma Memorandumu

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat

2 gün əvvəl
Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.