Hər bir məqalənin özünə məxsus bir şüurlu macərası vardır. Müşahidə və təxəyyül ilə başlayan, suallarla kilidi açılan, analizlə hissələrə ayrılan, ayrıldıqca dərinləşən, aydınlaşdırıcı konseptual və teorik çərçivə ilə bütövləşərək qələmə alınan zehni bir səyahətdir. Bu gün müasirlikdən qloballaşmaya keçid dövründə qədim mədəniyyətlərin yeni bir canlanma dövrünə daxil oluğu nəzərə alındığında keçmiş zamanın düzgün bilinməsi sadəcə tarixi qavramın doğru inşası kontekstində deyil, qloballaşmanın səbəb ola biləcəyi mədəni təsirlərin başa düşülməsi mövqeyindən də xüsusi bir yerə sahibdir.
Tarix türklər üçün təkcə onların mövcud olduğu zaman deyil, həm də onların mənəvi bütövlüyü və qan yaddaşıdır. Belə bir deyim var: “Türklərin yazıya alınmayan tarixi də yazıya alınan tarixləri qədər canlıdır”. Geri çevrilib tarixin tozlu səhifələrinə baxsaq görərik ki, türk dövlətlərinin ərazisi son yüzilliklərdə türk dünyasının daha geniş etno-coğrafi ərazisi ilə müqayisədə xeyli dərəcədə daralmışdır. Ağır və faciəli olsada, biz etiraf etməli və tarixi reallıqdan nəticə çıxarmalıyıq ki, türk dövlətlərinin ərazisinin, təqribən son iki yüz ildə daralma prosesində ən böyük itkiyə məruz qalan məhz Azərbaycan olmuşdur. Bu gün hər bir fərd bilməlidir ki, Azərbaycan torpaqları bu qədər az olmayıb, tarixin heç bir zamanında azərbaycanlılar bu qədər dar məkanda yaşamayıb.
Tarixi mənbələrin təhlili bizə göstərir ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının, etnik təcavüzünün başlıca məqsədi, onun torpaqları hesabına öz dövlətinin yaradılması və sonradan müxtəlif yollarla bu dövlətin ərazilərininin genişləndirilməsi və “Böyük Ermənistan” adlanan puça uğrayan xülyalarının reallaşdırılmasından ibarət olmuşdur. Strateji baxımdan böyük əhəmiyyətə malik olan Azərbaycanın İrəvan və Qarabağ bölgəsində erməni əhalisnin yerləşdirilməsi 19-cu əsrin əvvələrinə təsadüf edir. Bu məsələ xüsusi ilə Azərbaycan torpaqlarının bölüşdürülməsi haqqında rusiya və İran arasında bağlanan 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra olmuşdur. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi İrəvanda və Qarabağda demoqrafik vəziyyətə, tarixi toponimlərə, regionda baş verən hadisələrə ciddi təsir göstərmiş və onların gələcək ərazi iddialarının baş qaldımasına səbəb olmuşdur.
Qeyd etmək lazımdır ki, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığı Rusiya tərəfindən 1827-ci ildə işğal olunan zaman orada yaşayan əhalinin 73,8 %-i müsəlman türklərdən ibarət olmuşdur. Həmin ərazilərə erməni köçürmə siyasəti və azərbaycanlılara qarşı deportasiya və genosid siyasəti nəticəsində, bu gün Ermənistanda azərbaycanlı əhali qalmamışdır. Bu bir başa orada yerləşən tarixi abidələrə, məkanlara və toponimlərə ermənilərin müdaxiləsini sürətləndirdi. Bununla onlar, həmin ərazilərdə azərbaycanlıların izlərini silməyə başladılar. Onların bu həvəsləri daimi puça uğramaqdadır.
Ermənilər dərk etməlidirlər ki, türk mənəviyyatının kosmosunda insan və millət anlayışları birləşir. Türk mədəniyyətinin ruhu da bundadır: Millilikdə və İnsanlıqda!. Bilməlidirlər ki, dövlət və imperiyalar yaratmış və sarsılmaz dövlətçilik ənənələrini bu günə qədər davam etdirərək təkmilləşdirmiş türk etnosuna mənsub xalqların dünya tarixindəki əzəmətli həyatını, möhtəşəm ədəniyyətini. Ümumdünya proseslərinə istiqamət verməsini heç kim dəyişə və göz ardı edə bilməz.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev müxtəlif görüşlərdə, ziyarətlərdə, konfraslarda azərbaycanlılara olan deportosiyaları, faciələri dilə gətirmiş və gündəmdə saxlamışdır. 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında qeyd etmişdir : – “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir.”.
Azərbaycan xalqı cənab prezident İlham Əliyev ilə birgə 44 günlük “Vətən Müharibəsi”ndə öz gücünü bütün dünyaya göstərdi. 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan bütün əzəli və əbədi qədim torpaqlarını azad edəcək, soydaşlarımız tarixi toponimlərə uyğun adlanan öz dədə-baba torpaqlarında qürur hissi ilə yaşayacaqdır.
İctimai fəal gənc Xəlil Babayev