İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Noyabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” Forumu keçirilmişdir

4 gün əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” Forumu həyata keçirilmişdir.

Forumda Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzəngül Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, YAP Gəncə şəhər təşkilatının Təşkilati məsələlər üzrə məsləhətçisi Afər Məmmədov, “Gələcək Naminə” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural İsaqov, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, Nizami Gəncəvi Mərkəzinin direktoru Teymur Əliyev, mədəniyyət sahəsinin gənc nümayəndələri, ekspertlər və gənclər geniş tərkibdə iştirak etmişlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, abidənin önünə gül dəstələri düzülmüşdür. Daha sonra Heydər Əliyev Mərkəzinin girişində gənc mədəniyyət işçisinin pianoda ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Ardınca Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “100 fotoşəkil” sərgisinə baxış təşkil olunmuşdur.

Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam etmişdir.

Forum çərçivəsində Türkiyədən mədəniyyət sahəsində fəaliyyət göstərən Leonida Timus və Aşıq Məqsud Feryadinin Forum iştirakçılarına ünvanladıqları video-müraciətlər nümayiş olunmuşdur.

Açılış nitqi ilə çıxış edən Gənclər İnkişaf Naminə İctimai Birliyinin İdarə Heyətinin sədri Göyüş Şəfizadə Forum iştirakçılarını salamlayaraq layihə barədə qısa məlumat vermiş və Forumun işini açıq elan etmişdir.

Daha sonra Nizami Gəncəvi Mərkəzinin direktoru Teymur Əliyev Forumun işinə uğurlar arzulamışdır.

Forum çərçivəsində 1 moderator və 3 spikerin iştirakı ilə panel müzakirələri təşkil olunmuş, mədəniyyət sahəsində innovativ idarəetmə, strateji inkişaf və gənclərin mədəniyyət proseslərində rolu kimi mövzular geniş şəkildə müzakirə edilmişdir.

Panel müzakirələri başa çatdıqdan sonra layihə iştirakçılarına sertifikatlar, həmçinin layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə bir neçə şəxsə təşəkkür plaketləri təqdim edilmişdir.

Tədbir yekunda xatirə fotosunun çəkilməsi ilə başa çatmışdır.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bakıda “Fobiyaların yaranma səbəbləri və aradan qaldırılması” adlı nəzəri-praktik təlim keçirilib

Növbəti xəbər

Azərbaycanın dağ ürəyi

Əlaqədar Xəbərlər

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

2020-ci ilin 25 noyabr günü həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına əbədi həkk olunan bir gündür

3 gün əvvəl
Nurlan Şakiroğlu (Verdiyev) Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifəyə təyin edildi
Gündəm

Nurlan Şakiroğlu (Verdiyev) Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifəyə təyin edildi

3 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Qələbənin, qəhrəmanlığın və strateji zəfərin təcəssümü

3 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Kəlbəcərin azad edilməsi Azərbaycanı bölgədə daha güclü hərbi-siyasi aktora çevirdi

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

2020-ci ilin 25 noyabr günü həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına əbədi həkk olunan bir gündür

3 gün əvvəl
Nurlan Şakiroğlu (Verdiyev) Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifəyə təyin edildi
Gündəm

Nurlan Şakiroğlu (Verdiyev) Kənd Təsərrüfatı Nazirliyində mühüm vəzifəyə təyin edildi

3 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Qələbənin, qəhrəmanlığın və strateji zəfərin təcəssümü

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.