İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Dekabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gənclərin idmana marağı artır

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur ki, siyasi, iqtisadi, hərbi, idman, mədəni və s. istiqamətlər üzrə Azərbaycanın əldə etdiyi uğurlara görə, eləcə də, bölgədə, dünyada söz sahibi olan bir ölkəyə çevrilməsində ölkə Prezidenti, cənab İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici-daxili siyasəti dayanır. Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoymuşdur. Əldə olunan uğurlarının təhlilinə nəzər salsaq görərik ki, cənab İlham Əliyevin hər bir vədi əməli fəaliyyətində öz əksini tapmışdır. Azərbaycan idman ölkəsi olaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu və tədbirlərin reallaşmasında, həmçinin, bu sahədə ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olmuşdur. Azərbaycanda keçirilən beynəlxalq yarışlar, eləcə də, dünya və Avropa çempionatları sübut edir ki, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. İdman sahəsinə ayrılan diqqət və göstərilən qayğı, gənclərin bu sahəyə olan marağını artırıb. Bütün bunlar, ölkə Prezidenti, cənab İlham Əliyevin idmanın inkişafına, həmçinin, yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real təcəssümüdür. Artıq, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşmışdır. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Təbii ki, xalqımızın qəhrəmanlıq tarixini yazan da gənclərdir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Faktiki olaraq, 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycanın mərd oğulları bu haqq savaşında Şəhidlik zirvəsinə yüksəldilər. Azərbaycan əsgərinin qələbəsi, əminliklə onu deməyə əsas verir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü, mübariz və məsuliyyətli gənclərdir. Hər bir gəncin üzərində ciddi mənəvi məsuliyyət var və onlar bu məsuliyyəti yaxşı dərk edir, sabaha doğru inamla addımlayır.

Bu gün, işğaldan azad olunan torpaqlarımızda da idmanın inkişafına diqqət ayrılır. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır. İşğaldan azad edilmiş torpaqlarda da idmanı inkişaf etdirmək məqsədi ilə stadionlar, idman kompleksləri və digər idman qurğuları inşa olunacaqdır. Bu, Vətən müharibəsində işğaldan azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapmışdır…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan insanına qələbə sevinci yaşadan uğurlu idman siyasəti

Növbəti xəbər

“Xalq-iqtidar birliyi sarsılmazdır!”

Əlaqədar Xəbərlər

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

2 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

2 gün əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

2 gün əvvəl
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək
Gündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib

2 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Azərbaycan xalqının etimadı

3 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

“Qələbə diplomatiyası” – Sabit Mehdiyev yazır…

4 gün əvvəl
Növbəti xəbər
“Xalq-iqtidar birliyi sarsılmazdır!”

“Xalq-iqtidar birliyi sarsılmazdır!”

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

2 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

2 gün əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

2 gün əvvəl
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək
Gündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib

2 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.