İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirib

11 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın pambıq və tekstil sənayesinin ən böyük şirkəti olan GP Cotton Holdings, COP29-un altıncı günü Yaşıl Zonada “Davamlı Heyvandarlıq İstehsalı: İqlim Dayanıqlılığı Üçün Biznes və Kənd Təsərrüfatının Birliyi” adlı ölkə heyvandarlığının inkişafı baxımından önəmli sessiya keçirdib. Tədbir iqlim dəyişikliyi fonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçün heyvandarlıq və kənd təsərrüfatı sektorlarından tanınmış simaları bir araya gətirib.

GP Cotton Holdings şirkətinin Müşahidə şurasının müşaviri Gülnarə Həsənovanın moderatorluq etdiyi sessiyanın panelində Alltech şirkətinin Ətraf mühit, Sosial və İdarəetmə üzrə Qlobal vitse-prezidenti Tara McCarthy, Qlobal Südçülük Platformasının İcraçı direktor Donald Moore, Qlobal Davamlı Mal Əti Platformasının Latın Amerikası üzrə regional direktoru Josefina Eisele, GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson, Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Davamlı İstehsal və Suvarma üzrə Direktoru Dr. Bruno Brasil, Dairy Management Inc. Şirkətinin sədri Marilyn Hershey və JBS Foods şirkətinin Qlobal Davamlılıq üzrə direktoru Jason Weller çıxış ediblər.

Tədbirdə iqlimə uyğun heyvandarlıq təcrübələrinin məhsuldarlığı artıraraq ətraf mühitə təsirləri azaltdığı vurğulanıb. Tədbir iştirakçıları arasında uğur hekayələri və innovativ nümunə işləri paylaşılaraq, kənd təsərrüfatı icmaları ilə sənaye liderləri arasında əməkdaşlığın iqlim dayanıqlığına doğru irəliləyişləri necə təmin etdiyi nümayiş etdirilib.

Tara McCarthy çıxışı zamanı davamlı heyvandarlıq istehsalının iqlim dəyişikliyi ilə mübarizə aparmaq və qida təhlükəsizliyini təmin etmək üçün əsas olduğunu bildirib. O, “İnnovativ təcrübələri inteqrasiya edərək və kənd təsərrüfatı sektorunda əməkdaşlığı təşviq edərək məhsuldarlığı artırmaq və planetimizin resurslarını qorumaq mümkündür,” – deyə bildirib.

Süd sektorunun qlobal qida sistemlərində rolu, milyonlarla insana qidalanma və dolanışıq təmin etməsi barədə danışan Donald Moore, çıxışında qeyd edib ki, ‘Süd üzrə Net Zero Yolları’ kimi təşəbbüslər vasitəsilə davamlılıq və məhsuldarlığın əl-ələ verə biləcəyini göstəririk. Əməkdaşlıq daha davamlı bir gələcək üçün ortaq hədəflərə çatmağın açarıdır,”

Südçülüklə bağlı Dairy Management Inc. şirkətinin sədri də danışıb. “Süd fermaları üçün davamlılıq yalnız bir məsuliyyət deyil – bu, həyat tərzidir. Tədqiqatlardan yararlanaraq və innovativ təcrübələri tətbiq edərək biz ətraf mühiti qoruyur və süd təsərrüfatının gələcək nəsillər üçün davamlılığını təmin edirik.” Deyə xanım Marilyn Hershey çıxışında bildirib.

Konfransın təşkilatçısı GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson öz növbəsoində deyib, “Pambıq yan məhsulları, xüsusilə də pambıq toxumu, həmçinin torpağın dincəlməsi üçün əkilən bitkilər davamlı heyvandarlıq yeminə inteqrasiya olunmuş mühüm bir rola malikdir. Bu yan məhsullar heyvanlar üçün yüksək keyfiyyətli yem variantları təmin edir və eyni zamanda kənd təsərrüfatı sektorunun tullantıları minimuma endirərək resurslardan maksimum dərəcədə faydalanmasını nümayiş etdirir. Bu sinerjiləri qəbul edərək, həm pambıq, həm də heyvandarlıq dəyər zəncirlərində davamlılığı təşviq edə və kənd iqtisadiyyatını dəstəkləyə bilərik.”

Bu konfransla GP Cotton Holdings davamlı təcrübələrin irəlilədilməsi sahəsindəki liderliyini nümayiş etdirərək kənd təsərrüfatında əməkdaşlıqla iqlim tədbirləri üçün bir meyar təyin etməyə nail olub.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: Azərbaycan kiçik ada dövlətlərinə heç zaman dəstəyini əsirgəməyəcək

Növbəti xəbər

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə

Əlaqədar Xəbərlər

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Bu müsahibə diplomatik baxımdan önəmli mesaj daşıdıyır

6 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir

6 gün əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Yeni kommunikasiya layihələri üçün zəmin yaratmış müqavilə

“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərləri

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir.

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.