İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Gömrük Komitəsində təqaüd QALMAQALI – 250 nəfərin aqibəti necə olacaq?

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Feysbuk sosial şəbəkəsində “Ulvi Aliyev” adlı istifadəçi video-şikayəti yayılıb.

Şikayətçinin sözlərinə görə, uzun müddət Azərbaycan Respublikasının Gömrük Komitəsində çalışan 250 nəfərin pensiyası DSMF tərəfindən dayandırılıb. Halbuki onların pensiya almaq hüququ yaranıb və artıq son bir il müddətindən pensiya alıblar. Təqaüdün kəsilməsinə səbəb kimi isə DSMF tərəfindən pensiyanın düzgün təyin olunmaması göstərilib.

Şikayətçilərə bildirilib ki, artıq pensiya almıyacaqlar. Hətta bir il ərzində onlara verilən toplam pensiya məbləğinin geri qaytarılmasını da tələb ediblər.

Şikayət ilə bağlı DSMF-yə sorğu ünvanladıq. Lakin günlər keçməsinə baxmayaraq, qurumdan məsələ ilə bağlı rəsmi cavab verilmədi.

Problemlə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Referans”-a açıqlamasında bu haqda danışıb.

“Belə halların baş verməsi mümkündür. Ola bilir ki, pensiyalar düzgün hesablanmır. Bunu ya daxili audit, ya da Hesablama Palatası bəzən ortaya çıxarır. Bu zaman adətən dəqiqləşdirilmə aparılana qədər pensiyanın verilişi dayandırıla bilər. Hesablanmalar aparıldıqdan sonra isə problem dəqiqləşdikdən sonra ödənilməyən aylar da hissə-hissə qaytarılacaqdır”.

Sahib Məmmədov bildirib ki, belə hallar adətən ya hesabat verən tərəfin ya da hesablayan tərəfin səhvi ucbatından baş verir.

“Əlavə olaraq onu da bildirim ki, bu o demək deyil ki, 250-yə yaxın şəxsin pensiyası artıq dayandırılıb. Sadəcə bu şəxslərin pensiyasının monitorinqi keçirilir. Yəqin ki, hazırda Gömrük Komitəsində də bununla bağlı araşdırmalar aparılır. Dəqiqləşmələr bitdikdən sonra hər şey yoluna düşəcək”.

Ekspert qeyd edib ki, bu məsələdə şikayətçi tərəf, vaxtilə Gömrük Komitəsinin işçiləri olan şəxslər müəyyən müddət sonra pensiya hüququ yaranan şəxslər olduğuna görə, əslində, burada pensiyanın təmamilə kəsilməsindən söhbət gedə bilməz.

Mənbə: Referans.az

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Yaşıl Hədəf: Azərbaycan Gənclərinin COP29 Missiyası” layihəsi yekunlaşıb

Növbəti xəbər

Deputat: Azərbaycan Somali münasibətləri daha yüksək səviyyəyə qalxacaq

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

1 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

2 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

4 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

5 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

18 saat əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Deputat: Azərbaycan Somali münasibətləri daha yüksək səviyyəyə qalxacaq

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

1 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

2 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

2 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

3 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

4 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.