İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
3 İyun, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Heydər Əliyev İli

Gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri–üzvi Kimya Institutunda Elmi şuranın iclası olub.

İclasın gündəliyinə müəssisənin 2023-cü ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərinin hesabatına hazırlıq, elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, doktorluq minimum imtahan proqramlarının təsdiqi və s. məsələlər daxil edilib.

İnformasiya.az xəbər verir ki, bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bildirib ki, iqtisadi tutumlu perspektivli innovativ elmi–tədqiqat işlərinin genişləndirilməsi və səmərəliliyinin artırılması əsas hədəflərdən biridir. Bu baxımdan elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənc kadrların potensialından geniş istifadə olunmalıdır.

Akademik qeyd edib ki, beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan elmi məqalələrə görə institutun fəaliyyəti qənaətbəxşdir. Belə ki, ötən ay “National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azeri National H-index Ranking-2023” açıqlanıb. “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib, institut bu siyahıda ilk onluqda qərarlaşıb. Lakin institutun mövcud potensialını nəzərə alsaq, bu istiqamətdə uğurları daha da artırmaq mümkündür.

D.Tağıyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. O, “Heydər Əliyev İli” çərçivəsində institutda müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Qeyd edilib ki, həmin tədbirlərin davamı olaraq noyabr ayında gənc alimlər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək.

Sonra digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ombudsman Dövlət Departamentinin hesabatında əks olunmuş məsələlərə münasibət bildirib

Növbəti xəbər

Azərbaycanlı deputatlar NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Əlaqədar Xəbərlər

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi
Heydər Əliyev İli

Qaradağda Heydər Əliyevə həsr olunmuş velosiped yarışı keçirildi

2 il əvvəl
Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir
Heydər Əliyev İli

Ulu Öndərin 100 illiyinə həsr olunmuş kitab qırğız dilinə tərcümə edilir

2 il əvvəl
“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı
Heydər Əliyev İli

“Heydər Əliyev İli” çərçivəsində millət vəkilləri, gənc liderlər və media kapitanları mükafatlandırıldı

2 il əvvəl
ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub
Heydər Əliyev İli

ADPU-da Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan 6 kitab təqdim olunub

2 il əvvəl
YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib
Heydər Əliyev İli

YAP Beyləqan rayon təşkilatı iməclik aksiyası keçirib

3 il əvvəl
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib
Heydər Əliyev İli

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının gənc partiya fəalları Heydər Əliyev Mərkəzini ziyarət edib

3 il əvvəl
Növbəti xəbər
Azərbaycanlı deputatlar NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

Azərbaycanlı deputatlar NATO PA-nın yaz sessiyasında iştirak edəcəklər

“Badminton Məktəbi” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Badminton Məktəbi” qrant layihəsi uğurla yekunlaşıb

10 saat əvvəl
Deputat: Azərbaycan qlobal enerji siyasətinin əsas aktorlarından biridir
Gündəm

Deputat: Azərbaycan qlobal enerji siyasətinin əsas aktorlarından biridir

14 saat əvvəl
Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər
Sosial

Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

17 saat əvvəl
“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

1 gün əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.