İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 İyun, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Gəncə və Göygöl fəalları Qadın Təşəbbüs qrupunun yaradılmasını dəstəklədilər – Foto

2 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq”  təşəbbüsü çərçivəsində  Gəncə şəhəri və Göygöl rayonunda İcma görüşləri keçirilmişdir.

İnformasiya.az xəbər verir ki, İcma görüşlərində Gəncə Şəhər İcra Hakimiyyəti yanında Monitorinq komissiyasının üzvləri, Göygöl Rayon İcra Hakimiyyəti yanında Monitorinq komissiyasının üzvləri, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Göygöl Ailələrə Dəstək Mərkəzi, Bələdiyyələrdə fəaliyyət göstərən Gender komissiyasının üzvləri və bələdiyyə üzvü olan qadınlar, icma liderləri, QHT nümayəndələri, sahibkar qadınlar, mədəniyyət, səhiyyə və təhsil sahəsində çalışan ictimai fəallar iştirak etmişdirlər.  Görüşlərin keçirilməsində əsas məqsəd Gəncə şəhərində və Göygöl rayonunda yerli səviyyədə müxtəlif sahələrdə qadınların iştirakçılığını, məişət zorakılığının hansı förmalarının daha çox baş verdiyini və səbəblərini, qadınların cinayət törətmələrinin səbəbləri, qızların orta ümumtəhsil məktəblərində və universitetlərdə təhsilə əlçatanlığı, regionda qadın sahibkarlığının vəziyyəti və  Vətəndaş Cəmiyyətinin fəaliyyəti, fiziki məhdudiyyəti olanların həyat tərzi və əlçatanlıqları və s. birlikdə müzakirə etmək idi. Görüşdə fəaliyyət göstərən Monitorinq komissiyasının üzvləri və Bələdiyyə nəzdində fəaliyyət göstərən Gender komissiyasının üzvlərinin məlumatları səsləndi və müzakirə edildi. Səslənən fikirlərdə erkən nikahların hələ də baş verdiyi, boşanmaların olduğu, ailələrdə fiziki şiddətin baş verdiyi halların olduğu, Gəncədə erkən nikahların geniş olmasa da baş verdiyi, boşanmaların çoxaldığı, məişət zorakılığı hallarının olduğu diqqətə çatdırıldı. Qadın sahibkarların fəaliyyətləri müzakirə edildi. Onların məşğulluqla bağlı səsləndirdikləri iradlar, bazara çıxışlarının zəif olması, kredit güzəştlərinin olmaması məşğulluğa mane olan səbəb kimi səsləndi. Gəncədə qızların təhsildən yayınma hallarının olmadığı, şəhər üzrə universitetlərə qəbul olunanlar sırasında qızların həmişə yüksək olması səsləndi. diqqətə çatdırıldı. Həmçinin Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Göygöl Ailələrə Dəstək mərkəzinin müzakirə edilən məsələlərlə bağlı təcrübəsi paylaşıldı. Mərkəzin nümayəndəsi qızların təhsildən yayınma hallarının azaldığı, rayon üzrə universitetlərə qəbul olunanlar sırasında qızların sayının artımının müşahidə olunması fikrini səsləndirdi. Gəncə şəhəri və Göygöl rayonu üzrə  BMT-nin 1.4; 4.5; 5.3;  Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun aparılacaq araşdırmanın nəticəsi olaraq hazırlanacaq Siyasət sənədinin müzakirəyə verilməsi zamanı icma üzvlərinin fəal olması və problemlərin həllinə birlikdə nail olmaq fikri səsləndi.

“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində  GenderLAB MMC tərəfindən həyata keçirilir. Hədəf ərazisi Gəncə şəhəri, Lerik və Gögöl rayonlarıdır. Əsas məqsəd hər bir rayonda yerli səviyyədə vətəndaşların maraqlarını ifadə edə bilən 5 qadından ibarət Qadın Təşəbbüs qruplarının yaradılması, qadın iştirakçılığı, məişət zorakılığı, təhsilə əl çatanlıqla bağlı araşdırmanın aparılması və siyasət sənədinin hazırlanmasıdır.

Təşəbbüs Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin 1.4; 4.5; 5.3;  Dayanıqlı İnkişaf Məqsədlərinə cavab verir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Növbəti xəbər

MoveIt: Nəqliyyat Tətbiqetməsi Oktyabr ayında buraxılışa hazırlaşır!

Əlaqədar Xəbərlər

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“SpeakUp Azerbaijan – Xarici müəllimlərlə ingilis dili danışıq dərsləri” qrant layihəsi uğurla yekunlaşıb

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycanın iqtisadi dayanıqlıq modeli

6 gün əvvəl
Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər
Sosial

Vurduğunuz ətir sağlamlığınıza zərər verə bilər

1 həftə əvvəl
“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

1 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

2 həftə əvvəl
Növbəti xəbər
MoveIt: Nəqliyyat Tətbiqetməsi Oktyabr ayında buraxılışa hazırlaşır!

MoveIt: Nəqliyyat Tətbiqetməsi Oktyabr ayında buraxılışa hazırlaşır!

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi
Gündəm

Victory Colleges by Evrika-nın rəsmi açılış mərasimi keçirildi

12 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib

1 gün əvvəl
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda
Texnologiya

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

1 gün əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində aparıcı tədbirlərdən biridir

4 gün əvvəl
“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub
Sosial

“Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində piylənmənin müasir müalicə imkanları təqdim olunub

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.