İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Fəal siyasi dialoq Azərbaycan-Ukrayna əməkdaşlığının dayanıqlı inkişafına töhfə verir ŞƏRH

5 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində sülhə, əməkdaşlığa mühüm töhfə verən ölkə kimi böyük nüfuz sahibinə çevrilib. Prezident İlham Əliyevin müdrikliklə müəyyənləşdirdiyi uğurlu siyasi xəttin nəticəsidir ki, bu gün dünya dövlətləri Azərbaycan ilə əməkdaşlığa, müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsinə səy göstərirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.

Azərbaycanın artıq dünyada beynəlxalq gündəliyə dair məsələlərin müzakirə olunduğu mühüm məkanlardan biri kimi də böyük nüfuz qazandığını söyləyən Şahin İsmayılov deyib: “Bu xüsusda, Ukrayna Prezidentinin Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və beynəlxalq kontekstdə əhəmiyyətlidir”.

Komitə sədri bildirib ki, 2008-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Ukrayna münasibətləri ötən illər ərzində dostluq və əməkdaşlığa əsaslanıb və yüksələn xətt üzrə inkişaf edib. İki ölkə arasında bu günədək müxtəlif sahələri əhatə edən 160-dan çox sənəd imzalanıb. Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi yarım milyarddan çoxdur.

“İki ölkə arasında tərəfdaşlıq əlaqələrindən bəhs edərkən, əlbəttə SOCAR-ın Ukraynadakı fəaliyyətini qeyd etmək lazımdır. SOCAR yanacaqdoldurma stansiyaları Ukraynada məşhur brendə çevrilib və fəaliyyətini uğurla davam etdirir. Enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün də yaxşı perspektivlər mövcuddur. Ukrayna Prezidentinin səfəri çərçivəsində müzakirə olunan məsələlər sırasında birgə hərbi sənaye kompleksinin yaradılması üzrə danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edir”, – deyə Şahin İsmayılov vurğulayıb.

İki ölkə arasında əlaqələrin inkişafında fəal siyasi dialoqun önəmini qeyd edən Şahin İsmayılov bildirib ki, Ukrayna Prezidentinin səfəri dost ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığın uzunmüddətli və dayanıqlı inkişafına xidmət edəcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qəbələ mesajı: Bakı artıq vasitəçi deyil-oyunun qaydalarını yazır

Növbəti xəbər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

Əlaqədar Xəbərlər

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

5 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

6 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Növbəti xəbər
Yeni dönəm, yeni strategiya

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 gün əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

4 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

4 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.