İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

“Ətraf mühit gənclərin gözü ilə” adlı layihə çərçivəsində 109 nömrəli orta məktəbdə şagirdlərlə görüş keçirilib

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Gələcək və İnkişaf” Gənclərin İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri Gənclər və İdman İdarəsinin Nizami rayon Gənclər və İdman sektorunun tərəfdaşlığı ilə “Ətraf mühit gənclərin gözü ilə” adlı layihə çərçivəsində 109 nömrəli orta məktəbdə şagirdlərlə görüş keçirilib. Layihənin məqsədi gənclərin ətraf mühitə olan diqqətini artırmaq, onları ekoloji məsələlər barədə məlumatlandırmaq və ətraf mühitin qorunması mövzusunda fəallığa təşviq etməkdir.

Layihə çərçivəsində şagirdlərə ekoloji biliklər, sağlam qidalanmanın əhəmiyyəti və təbiətin qorunmasının önəmi barədə məlumat verilib.

Nizami rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Valeh Əmrahov çıxış edərək bildirib ki, “Gənclərimiz gələcəyimizin əsas təməlidir. Ətraf mühitin qorunması, təbiətə və sağlam həyat tərzinə olan marağın artırılması, gənclərin bu sahədə daha fəal olmasına kömək edir. Belə layihələrin gənclərə ekoloji biliklər aşılayacağına inanıram və bu tədbirdə iştirak etdiyim üçün çox şadam.”

109 nömrəli orta məktəbin direktor müavini Aygün Hüseynli çıxış edərək qeyd edib ki, “Bu gün məktəbimizdə keçirilən bu layihə, şagirdlərimizin ekoloji biliklərini artırmaq və ətraf mühitin qorunmasına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır. Gənclərin ekoloji məlumatlılığının artırılması bizim üçün prioritetdir və bu kimi tədbirlərin davamlı olmasını arzulayıram.”

Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxış edərək bildirib ki, “Sağlam qidalanma, həm fiziki, həm də zehni sağlamlığımızın qorunmasında mühüm rol oynayır. Bu layihə çərçivəsində gənclərə düzgün qidalanma və sağlam həyat tərzi ilə bağlı biliklər təqdim etməyə şadam. Gənclərin sağlam həyat tərzini öyrənməsi, həm də ekoloji məsələlərə daha həssas yanaşmasına kömək edəcək.”

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirib ki, “Gənclərin Töhfəsi İctimai Birliyi olaraq, gənclərin ekoloji məsələlərə diqqətini artırmaq və sağlam qidalanma sahəsində biliklərini genişləndirmək üçün bu layihəyə dəstək verməkdən məmnunluq duyuruq. Gənclərimizin ətraf mühitin qorunmasında fəal iştirak etmələri, gələcəyimiz üçün kritik əhəmiyyət kəsb edir. Bu tədbir vasitəsilə gənclərin ekoloji şüurunu artırmağı və sağlam həyat tərzini seçmələrini təşviq etməyi hədəfləyirik.”

Layihənin növbəti görüşləri Bakı şəhərindəki digər orta məktəblərdə də davam etdiriləcək və bu prosesin gedişində daha çox gəncin layihədə iştirakının təmin edilməsi gözlənilir. Layihə iştirakçılarının müxtəlif ekoloji fəaliyyətlərdə iştirak etməsi ilə onların ətraf mühitin qorunmasına daha aktiv qatılmaları təmin ediləcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Asif Əsgərov Zaqatalada təyyarə qəzasının qurbanlarının yas mərasimində iştirak edib

Növbəti xəbər

“Eco Vision: Yox edilən gələcək” adlı layihənin icrası yekunlaşıb

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Xüsusi

Bu gün Zəngilan sabaha inamla addımlayır

5 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib
Xüsusi

Beyləqanda YAP-ın VIII Qurultayı ilə bağlı növbəti tədbir keçirilib

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Qarabağ

Cəbrayılın yeni şəhər modeli

3 həftə əvvəl
Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı
Xüsusi

Mühasibatlıq və Vergi Üzrə 5 Aylıq Peşə Hazırlığı Proqramı Uğurla Başa Çatdı

4 həftə əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Qarabağ

Vətəni hər şeydən uca tutdular

4 həftə əvvəl
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Xüsusi

Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

1 ay əvvəl
Növbəti xəbər
“Eco Vision: Yox edilən gələcək” adlı layihənin icrası yekunlaşıb

“Eco Vision: Yox edilən gələcək” adlı layihənin icrası yekunlaşıb

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”U-15 -ə ev sahibliyi etmək idman ölkəsi kimi Azərbaycanın nüfuzunu daha da möhkəmləndirir”

5 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Şahin İsmayılov: Qubadlı müasir infrastruktur və geniş iqtisadi imkanlara malik rayon kimi yenidən qurulur

5 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Siyasət

“Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki…” – DEPUTAT

7 saat əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 gün əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.