İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

13 mart 2025-ci ildə Bakıda keçirilən XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında dünya liderlərini, siyasətçiləri, akademikləri və nüfuzlu ekspertləri bir araya gətirdi. Forumda beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər, yeni çağırışlar və bu çağırışların fürsətə çevrilməsi yolları müzakirə olundu. Forumun əsas məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı oldu. O, müasir beynəlxalq münasibətlər sistemindəki əsas tendensiyalara toxunaraq, qlobal və regional çağırışların yeni imkanlara çevrilməsi yolları barədə mühüm mesajlar verdi. Prezident İlham Əliyev çıxışında dünyada artan geosiyasi gərginliklərə, enerji təhlükəsizliyi məsələlərinə, iqlim dəyişikliyinin təsirlərinə və beynəlxalq sistemdə qeyri-müəyyənliyin artmasına diqqət çəkdi. O, Azərbaycanın bu çağırışlarla mübarizədə oynadığı rolu vurğulayaraq, ölkəmizin regional və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri xüsusi qeyd etdi. Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunu təhlil edən dövlət başçısı, ölkəmizin daxili sabitlik və iqtisadi inkişaf baxımından uğurlu bir model kimi çıxış etdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasından danışaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu vurğuladı. O, Azərbaycanın neft və qaz sektorunda qazandığı uğurları qeyd etməklə yanaşı, “yaşıl enerji” sahəsində atılan addımları da diqqətə çatdırdı. Bu kontekstdə Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, yeni enerji layihələrinin icrası və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini vurğuladı. O, Azərbaycanın qlobal sülh və dialoq təşəbbüsləri ilə beynəlxalq arenada nüfuzlu aktor kimi çıxış etdiyini bildirdi. Forum çərçivəsində, xüsusilə, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın təşəbbüsləri və bu istiqamətdə atdığı konkret addımlar diqqətə çatdırıldı. Prezident Əliyev Forumun əsas mövzusuna uyğun olaraq, çağırışların necə fürsətə çevrilə biləcəyini izah etdi. O, Azərbaycanın post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərindən danışaraq, bu təcrübənin digər münaqişə zonaları üçün nümunə ola biləcəyini vurğuladı. O, regionda infrastruktur layihələrinin sürətlə həyata keçirildiyini, yeni şəhər və qəsəbələrin inşa edildiyini və bölgənin dayanıqlı inkişaf üçün mühüm potensiala sahib olduğunu qeyd etdi. Sonda Prezident İlham Əliyev Azərbaycan xalqının qlobal arenada sülh və inkişaf naminə səylərinin davam edəcəyini bildirdi və beynəlxalq ictimaiyyəti birgə əməkdaşlığa çağırdı.

Cənab Prezident Ermənistanla davam edən sülh prosesindən də danışaraq xüsusi qeyd etdi ki, “Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır.” Məhz bu məsələlər həllini tapdıqdan sonra iki dövlət arasında sülh prosesi nəticə verə bilər.

Xüsusi olaraq qeyd etməliyik ki, son vaxtlar Bakıda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi onu göstərir ki, dünya Azərbaycanın daxili və xarici siyasətini dəstəkləyir, eyni zamanda ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini, xalqın rifahının yaxşılaşıdırılması istiqamətində hökumətin fəaliyyətini təqdir edir. Bütün bunlar Möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Məhz bu uğurlu siyasət sayəsində hazırda Azərbaycan regional güc mərkəzinə və yeni geosiyasi vəziyyətdə mühüm tərəfdaşa çevrilməkdədir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini.

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Antoni Blinkenin Azərbaycana aid siyasəti, əslində, 30 il qurduğumuz ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

Növbəti xəbər

Yeni çağırışlarla mübarizə

Əlaqədar Xəbərlər

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

4 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

23 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir

23 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı

23 saat əvvəl
Şuşadan “Böyük 20”liyə verilən təklif
Gündəm

27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə

1 gün əvvəl
Növbəti xəbər
Çoxillik münaqişənin sonu

Yeni çağırışlarla mübarizə

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

2 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

4 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

4 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.