İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

1 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bir il öncə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması ölkəmizin son illərdə qazandığı ən böyük diplomatik uğurlardan biri kimi tarixə düşdü. Bu addım Azərbaycanın gücünün, siyasi iradəsinin və Prezident İlham Əliyevin məqsədyönlü, strateji siyasətinin növbəti təsdiqi oldu. Vətən müharibəsində qazanılan Zəfərdən sonra formalaşan yeni reallıq bu dəfə diplomatik müstəvidə rəsmiləşdirildi.

İndi əsas məsələ paraflanmış sənədin imzalanmasına gedən yolun tamamlanmasıdır. Bunun üçün Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi və referendum keçirilməsi gözlənilir.

İrəvan bu addımı nə vaxt atacaq? Sülh sazişi nə qədər tez imzalana bilər?

WhatsApp Image 2026-08-08 at 10.23.53.jpeg (44 KB)

Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Musavat.com-da diqqətlərə çatdırdı ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması dövlətimizin son illər əldə etdiyi ən böyük qələbələrdən biridir: “Məlum diplomatik uğur həm də o həqiqətin göstəricisi və təsdiqidir ki, bu gün Azərbaycanın mövqeyi, gücü ən üst səviyyədədir və belə bir durumun mövcudluğu heç şübhəsiz ki, hər birimiz üçün böyük şərəfdir.

Paraflanma hüquq praktikasında geniş istifadə olunan prosedurdur, siyasi razılaşmanın əhəmiyyətli hissəsidir və diplomatik iradəni göstərən mühüm addımlardan biridir. Yaxşı bəs biz bu mərhələyə, bu etapa necə gəlib çatdıq? Təbii ki, Müzəffər Liderimiz İlham Əliyevin yürütdüyü məqsədyönlü və müdrik siyasət nəticəsində. Məhz onun rəhbərliyi və düzgün strategiyası ilə Azərbaycan Vətən Müharibəsini qazandı və hazırda, post-müharibə dövründə də dövlətimiz öz qüdrətini günü-gündən artırmaqdadır. Təbii ki, bütün bölgə əhlinin arzusu sülhdür, hamının gözlədiyi yekun sənəddir. Amma Vaşinqton bəyannaməsində də açıq göstərilir ki, sazişin imzalanması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Və burada nəzərdə tutulan əsas xətt, istiqamət Ermənistan Konstitusiyasındakı bəzi müddəaların ana qanundan tamamən çıxarılmasıdır. Bunun üçünsə Referenduma ehtiyac var. O zaman gözlənti nədir? Şəxsən mənim qənaətim belədir: Ermənistan rəhbərliyi tezliklə Referenduma gedəcək və sülh sazişinin imzalanması gecikməyəcək. Niyə? Çünki, artıq Ermənistan dövlətinin, erməni cəmiyyətinin özü də anlayır və bu gerçəkliklə barışıb ki, Azərbaycanla düşmənçilik kimsəyə fayda vermir, verməyib, bundan sonra da verməyəcək. Eyni zamanda düşünürəm ki, yekun sülh sazişinin tezliklə imzalanması və Azərbaycan kimi qüdrətli, ləyaqətli, ədalətli qonşu ilə münasibətlərin normallaşması indiki situasiyada Ermənistanın özünə hava – su kimi lazımdır”.

Cavanşir Abbaslı
Musavat.com

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

Növbəti xəbər

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Əlaqədar Xəbərlər

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

18 saat əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

1 gün əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək

Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi

14 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Sülhə qarşı Ermənistan cəmiyyətinin təəssüf doğuran reaksiyası

15 saat əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

16 saat əvvəl
Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb
Gündəm

Təhsil Tələbə Krediti Fondu ilə “Loqos” Psixoloji və Nitq Mərkəzi arasında Memorandum imzalanıb

16 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Diplomatik səfər Azərbaycanın suverenliyinin praktik göstəricisidir

17 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.