Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirov Bakı şəhəri və Cəlilabad rayonunda seçicilərlə növbəti vətəndaş qəbulu keçirmişdir.
Seçicilər əsasən kommunal xidmətlər, əlilliyin təmin olunması, ünvanlı dövlət sosial yardımının ayrılması, təltif olunma, məhkəmə, məşğulluğa cəlb olunma və digər əlaqədar məsələlərlə bağlı müraciətlər etdilər. Qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələbələrinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyatı qurumlara yönləndirilib.












