İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə İqtisadiyyat

Effektiv siyasətin strateji resursu

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Məlumdur oki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Faktiki olaraq, son 30 il ərzində çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən, 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hal-hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Şübhəsiz ki, neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft-qaz kəmərləri sistemi istismara verilib və indi biz onları müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi ixracatçısıdır.

Bildiyimiz kimi, 26 ktyabr 2023-cü il tarixdə 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası”nın rəsmi açılış mərasimi olub. Həmin tədbirdə, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də iştirak edib. Onu da qeyd edim ki, 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı, eləcə də, ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Sözügedən stansiyanın təməlqoyma mərasimi isə, 15 mart 2022-ci il tarixdə “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə qoyulub. Vurğulamaq yerinə düşər ki, “Qaradağ Günəş Elektrik Stansiyası” Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə, 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcəkdir. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaqdır. 550 hektar ərazini əhatə edən elektrik stansiyada, 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Daha sonra, mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etməyi planlaşdırırıq.  Bu isə, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu hal, öz növbəsində, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də, iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.

Təbii ki, bərpaolunan enerji gündəliyimiz, təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq, 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara vermişik və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra isə, hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da yaşıl enerji zonası kimi elan olunub…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Nazir: “Təhsildə qısa müddətdə uğur əldə etmək çətindir”

Növbəti xəbər

Dövlət və cəmiyyət qarşısındakı hədəflər: Gənclərə necə yanaşmalı? – Deputatlar AÇIQLAYIR

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
İqtisadiyyat

Azərbaycan ixrac coğrafiyasını genişləndirir

1 ay əvvəl
Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək
İqtisadiyyat

Bakıda “Turan e-ticarət və e-ixracat Forum”u keçiriləcək

11 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
İqtisadiyyat

Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artacaq

1 il əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
İqtisadiyyat

Ceyhun Məmmədov: Bu Layihə ölkəmiz üçün çox faydalı olacaq

1 il əvvəl
“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR
İqtisadiyyat

“AQAT-Silver” böyüməkdə davam edir – FOTOLAR

1 il əvvəl
Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama
İqtisadiyyat

Yeni hava limanı yaradılır | Qurum sədrindən açıqlama

2 il əvvəl
Növbəti xəbər
Dövlət və cəmiyyət qarşısındakı hədəflər: Gənclərə necə yanaşmalı? – Deputatlar AÇIQLAYIR

Dövlət və cəmiyyət qarşısındakı hədəflər: Gənclərə necə yanaşmalı? – Deputatlar AÇIQLAYIR

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

22 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.