İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

5 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

EcoHub – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “İcmalardan Şəhərlərə Su Dayanıqlılığı: Əlçatanlıq, Səmərəlilik və Davamlılıq” mövzusunda tədbir keçirib.

İnformasiya.az xəbər verir ki, WUF Urban Expo sərgisinin QHT Agentliyi Pavilyonunda baş tutan tədbir EcoHub-ın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata keçirilib.

Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb. İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə ediblər.
Tədbiri açıq elan edən EcoHub-ın sədri Tükəzban Ağababayeva ekoloji çağırışların həllində tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, su təhlükəsizliyi artıq yalnız ekoloji məsələ olmayıb, cəmiyyətin bütün sektorlarının fəal iştirakını tələb edən iqtisadi, sosial və inkişaf prioritetinə çevrilib.

“EcoHub olaraq inanırıq ki, heç bir təşkilat bugünkü ekoloji çağırışları tək başına həll edə bilməz. Davamlı etimadı və dəstəyi üçün QHT Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, Coca-Cola Fonduna və CCİ Azərbaycana minnətdarlığımı bildirirəm,” — deyə Tükəzban Ağababayeva çıxışında vurğulayıb.

EcoHub-ın Əməliyyatlar üzrə direktoru Əkbər Mikayılovun moderatorluğu ilə keçirilən panel müzakirəsində “The Coca-Cola Company”nin Avrasiya və Orta Şərq Əməliyyat Bölməsi üzrə Dayanıqlılıq Direktoru Ece Gilava, “Carlsberg Azerbaijan”ın Korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin Suyun təhlükəsizliyi sektorunun müdiri və “AgroElm” MMC-nin təsisçisi Tərlan Cərullazadə çıxış ediblər.

Müzakirə dayanıqlı su təminatı, su istifadəsində səmərəlilik, innovativ suvarma texnologiyaları, korporativ su idarəçiliyi və çoxtərəfli tərəfdaşlığın rolu kimi mövzulara həsr olunub.

The Coca-Cola Company adından çıxış edən Ece Gilava şirkətin qlobal məqsədinin 2035-ci ilə qədər 200-dən çox yüksək riskli məkanın hər birində 100% su bərpa səviyyəsinə çatmaq olduğunu bildirib.
“The Coca-Cola Foundation və CCI Azərbaycanın maliyyə dəstəyi ilə Şamaxının Mərzəndiyyə və Şabranın Sincanboyad kəndlərində suya əlçatanlıq layihələri həyata keçirmişik və bu layihələrdən 2,180-dən çox insan faydalanıb. Hazırda Xızı rayonunun Şorabad kəndində oxşar işləri davam etdirməyi nəzərdə tutmuşuq,” — deyə E.Gilava qeyd edib.

O həmçinin əlavə edib ki, həqiqi və davamlı təsir biznes, vətəndaş cəmiyyəti, hökumət, yerli icmalar və beynəlxalq tərəfdaşlar arasında birgə fəaliyyət tələb edir və məhz bu səbəbdən WUF kimi platformalar belə dəyərlidir, onlar dialoqu, tərəfdaşlığı və işləyən həll yollarının miqyaslandırılmasını mümkün edir.

Çıxış edənlər iqlim dəyişikliyi, urbanizasiya və əhali artımı kontekstində su təhlükəsizliyinin getdikcə daha kritik prioritetə çevrildiyini, daha dayanıqlı su sistemlərinin qurulması üçün dövlət qurumları, biznes, vətəndaş cəmiyyəti təşkilatları və icmalar arasında əlaqələndirilmiş fəaliyyətin zəruriliyini vurğulayıblar.

Tədbir şəbəkələşmə sessiyası ilə başa çatıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu forumun Bakıda təşkil olunması beynəlxalq birliyin ölkəmizə olan inamının və hörmətinin bariz ifadəsidir

Növbəti xəbər

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

19 saat əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

5 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

2 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

2 həftə əvvəl
Növbəti xəbər
Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

Göygöl Peşə Məktəbində “Açıq qapı” günü keçirilib

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Siyasət

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

8 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Siyasət

“Ulu Öndər müstəqilliyin qorunmasını dövlət siyasətinin başlıca vəzifəsi kimi müəyyənləşdirmişdi”

17 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

19 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

19 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Siyasət

Regional sabitliyin möhkəmləndirilməsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı

19 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.