İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
25 May, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

EcoHub tərəfdaşları ilə ekoloji təşəbbüsləri uğurla icra edir

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

COP29 dövründən sonra ekoloji mühitlə bağlı EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi, ətraf mühitə dair maarifləndirmə və praktiki təşəbbüslərlə Azərbaycanda ekoloji mədəniyyətin formalaşmasına töhfə verməyə davam edir. Bu istiqamətdə EcoHub-ın təşəbbüsü, SOCAR Trading və Coca-Cola şirkətlərinin dəstəyilə 2 layihə icra olunub.

Eco Hub-ın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə ali və orta ixtisas təhsili müəssisələrində plastik tullantıların toplanmasına əlavə dəstək vermək məqsədilə çeşidləmə qutuları yerləşdirilib. Layihə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir və əsas məqsədi plastik tullantıların ətraf mühitə zərərini azaltmaq, tələbələr arasında çeşidləmə mədəniyyətini inkişaf etdirmək və ekoloji məsuliyyəti artırmaqdır.

Bununla yanaşı, EcoHub-ın təşəbbüsü ilə ekoloji məsələlərin müxtəlif aspektlərini müzakirəyə çıxararaq cəmiyyətin bu sahədəki məlumatlılığını artırmaq məqsədilə “Green Talks” Podcast seriyası yayımlanmışdır. SOCAR Trading və Coca-Cola şirkətlərinin korporativ sosial məsuliyyət çərçivəsində dəstəklədiyi bu layihə, qlobal ekoloji problemləri yerli kontekstdə izah edir.

2024-cü ildə COP29 dövründə yayıma başlayan və 12 seriyada yayımlanan buraxılışda biomüxtəliflik, dairəvi iqtisadiyyat, tullantıların idarə olunması, korporativ sosial məsuliyyət və COP29 kimi mövzular gündəmə gətirilib. Aparıcılığı Eco Hub-ın sədri Tükəz Hüseynova tərəfindən həyata keçirilən buraxılışlarda SOCAR nümayəndələri, tanınmış ekspert və mütəxəssislər iştirak ediblər.

Layihə sosial mediada geniş maraqla qarşılanıb. “GreenTalks” ümumilikdə 1.2 milyon nəfərdən çox izləyiciyə çatıb.

Hər iki təşəbbüs Eco Hub-ın məqsədyönlü fəaliyyətinin bir hissəsi olaraq, cəmiyyətin müxtəlif təbəqələrini ekoloji məsələlərə cəlb etmək və davamlı gələcək naminə müsbət davranış dəyişikliyinə təkan vermək üçün nəzərdə tutulub.



PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“MOXO” diqqət testinin təqdimatı olub

Növbəti xəbər

Ceyhun Məmmədov: Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər

Əlaqədar Xəbərlər

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur
Xüsusi

“Məktəblərdə Aikido Klubları” layihəsi uğurla icra olunur

2 həftə əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Xüsusi

“Gənclər siyasəti Azərbaycanın gələcək inkişafının əsas dayağıdır” – Şahin İsmayılov

2 həftə əvvəl
Xüsusi

Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsü artıq reallığa çevrilib

2 həftə əvvəl
“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb
Xüsusi

“Bir addım öndə: TEFL ilə inkişafa doğru” qrant layihəsi uğurla yekunlaşıb

3 həftə əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Azərbaycan güləşçilərinin Avropa çempionatlarında əldə etdiyi nailiyyətlər peşəkarlıq və güclü iradənin nəticəsidir

3 həftə əvvəl
Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov
Xüsusi

Qəhrəmanlıq tariximizin unudulmaz adı: Yaşar Abışov

4 həftə əvvəl
Növbəti xəbər
Ceyhun Məmmədov: Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər

Ceyhun Məmmədov: Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər

Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqillik tarixinin qızıl səhifəsi

26 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası

28 dəqiqə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi

34 dəqiqə əvvəl
GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib
Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

3 gün əvvəl
Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir
Siyasət

Elşən Musayev Prezident Administrasiyasında qəbul edilmişdir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.