İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
14 Yanvar, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Dövlət Proqramı uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib – ŞƏRH

4 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Vətəndaşları narahat edən məsələlərin vaxtında və sistemli şəkildə həlli ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir. Belə ki, Prezident İlham Əliyev sosial, iqtisadi və infrastruktur məsələlərini daim diqqət mərkəzində saxlayır, bu istiqamətlərdə konkret tapşırıqlar verir. İçməli su və qaz təminatı, elektrik enerjisi, yol-nəqliyyat infrastrukturu, sosial müdafiə, məşğulluq, səhiyyə və təhsil sahələrində görülən ardıcıl tədbirlər dövlətimizin başçısının sosial ədalətə və vətəndaş rifahına əsaslanan siyasətinin təzahürüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Komitə sədri qeyd edib ki, qəbul edilən dövlət proqramları, reallaşdırılan genişmiqyaslı infrastruktur layihələri və aparılan institusional islahatlar məhz vətəndaşları narahat edən məsələlərin həllinə yönəlib. Tətbiq olunan sistemli yanaşma zamanı narahatlıq yaradan məsələlərin aradan qaldırılması ilə bərabər, gələcəkdə oxşar çətinliklərin yaranmaması üçün qabaqlayıcı və uzunmüddətli həll mexanizmlərinin tətbiqinə xüsusi önəm verilir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadı möhkəmləndirir, ictimai məmnunluğun artmasına və müasir Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

“Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə və Dövlət Proqramının qəbulu bu yanaşmanın bariz nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında qarşıya qoyulan hədəflər Bakı şəhəri və Abşeron yarımadasında su təsərrüfatının köklü şəkildə təkmilləşdirilməsinə və uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib. Proqram çərçivəsində mövcud su mənbələrinin etibarlı idarə olunması, yeni su ehtiyatlarının formalaşdırılması, su ötürücü və paylayıcı şəbəkələrin yenilənməsi əsas prioritetlər kimi müəyyən edilib”, – deyə Ş.İsmayılov vurğulayıb.

Dövlət Proqramının uğurlu icrasının əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılmasına, mövcud infrastrukturun dayanıqlılığının artırılmasına xidmət edəcəyini söyləyən komitə sədri diqqətə çatdırıb ki, su itkilərinin azaldılması, su resurslarından səmərəli istifadənin təmin olunması və sayğaclaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətlərində də zəruri addımlar nəzərdə tutulur. Kanalizasiya və yağış sularının idarə olunması sahəsində həyata keçiriləcək tədbirlər şəhər mühitində subasma risklərinin minimuma endirilməsinə, sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin gücləndirilməsinə imkan yaradacaq. Dənizə axıdılan tullantı sularının təmizlənməsi ilə bağlı tədbirlər isə Xəzər dənizinin qorunmasına mühüm töhfə verəcək.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədləri

Əlaqədar Xəbərlər

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədləri

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək

6 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bərpaolunan enerji potensialımız çox artacaq

2 gün əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Gündəm

Azərbaycanın yaşıl enerji vizyonu

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Milli enerji strategiyamız ölkəmizin tərəqqisini uğurla təmin edir

3 gün əvvəl
Dövlət Proqramı uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib – ŞƏRH
Gündəm

Dövlət Proqramı uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib – ŞƏRH

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın məqsədləri

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək

6 saat əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycanın inkişafına yol açan uğurlu addım

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.