İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Noyabr, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Dövlət Bayrağı Gününün mənəvi əhəmiyyəti

16 saat əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli birliyin, müstəqilliyin və “azərbaycançılıq” ideyasının simvoludur

Azərbaycan xalqı tarix boyu azadlıq, milli birlik və müstəqil dövlətçilik uğrunda mübarizə aparmış, bu idealları özünün müqəddəs rəmzlərində – xüsusən də Dövlət Bayrağında təcəssüm etdirmişdir. Hər il 9 noyabr tarixində qeyd olunan Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bu idealların, milli həmrəyliyin və “azərbaycançılıq” məfkurəsinin təntənəsidir. Dövlət Bayrağı hər bir xalqın, millətin kimliyini, mənəvi dünyasını, tarixini və gələcəyə baxışını ifadə edən ali dəyərdir.   Azərbaycan Respublikasının üçrəngli bayrağı isə təkcə dövlət rəmzi deyil, həm də xalqımızın azadlıq və milli birlik uğrunda mübarizəsinin canlı yaddaşıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli Dövlət Bayrağı Şərqdə ilk demokratik respublikanın suverenliyini, milli ideallarını və müasir dövlətçilik düşüncəsini təcəssüm etdirirdi. Lakin 1920-ci ildə Cümhuriyyətin süqutu ilə bu müqəddəs bayraq dövlət rəmzi kimi ləğv olundu. Sovet hakimiyyəti illərində üçrəngli bayraq qadağan olunsa da, xalqın yaddaşından silinmədi. O, milli azadlıq və müstəqillik ideyalarının simvoluna çevrildi. Azərbaycan xalqının qəlbində üçrəngli bayraq azadlığın, milli kimliyin və müstəqil dövlətə sahib çıxma iradəsinin əbədi rəmzi kimi yaşadı. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan bayrağımızın hər bir rəngi xalqımızın mənəvi dəyərlərini, tarixi köklərini və ideoloji istiqamətini göstərir. Azərbaycan xalqının müstəqillik tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir millətin taleyində dönüş nöqtəsi olmuşdur.

1980-ci illərin sonları və 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində milli oyanış dövrü idi. Xalqın müstəqillik arzuları güclənir, azadlıq uğrunda hərəkat geniş vüsət alırdı. Məhz belə bir tarixi şəraitdə, 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli istiqlal mübarizəsinin ön sırasına keçdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə mühüm qərar qəbul olundu. Sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan edildi. Bu, təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün tarixi bir addım idi – çünki bu qərar müstəqilliyə gedən yolda siyasi və mənəvi dönüş nöqtəsi oldu. Bu tarixi qərar, əsrlər boyu azadlıq arzusu ilə yaşayan Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik iradəsinin və azadlıq idealının bərpasında mühüm rol oynamışdır. Naxçıvanda üçrəngli bayrağın yenidən qaldırılması yalnız bir siyasi qərar deyildi, həm də milli ruhun dirçəlişi idi. Ulu Öndərin bu tarixi addımı Azərbaycan xalqının azadlıq arzularını gerçəkliyə çevirdi. Məhz Naxçıvanda qəbul olunan bu qərar sonradan bütün ölkə üçün nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə üçrəngli bayraq müstəqil Azərbaycanın rəsmi Dövlət Bayrağı kimi təsdiq edildi. Beləliklə, Heydər Əliyevin 1990-cı ildə atdığı addım Azərbaycanın dövlət müstəqilliyinin ideoloji əsasını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik sahəsində gördüyü işlər arasında üçrəngli bayrağımızın bərpası xüsusi yer tutur. Bu, onun milli kimliyə, tarixə və xalqın mənəvi dəyərlərinə dərin hörmətinin təzahürü idi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan bu qərar xalqımıza öz tarixi keçmişini, milli rəmzlərini və dövlətçilik irsini geri qaytardı. Ulu Öndər dərk edirdi ki, bayraq sadəcə bir parça deyil, millətin varlığını və müstəqilliyini ifadə edən müqəddəs rəmzdir.

Azərbaycan xalqı üçün üçrəngli bayraq həm keçmişin, həm bu günün, həm də gələcəyin simvoludur. Bu bayraq altında xalqımız həm çətinliklərə sinə gərmiş, həm də qələbələr qazanmışdır. Xüsusən də 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində üçrəngli bayrağımız yenidən Qarabağ torpaqlarında ucaldıldı. Bu, yalnız hərbi qələbə deyil, həm də milli birliyin, həmrəyliyin və “azərbaycançılıq” ideyasının təntənəsi idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərar haqda danışarkən bildirib: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Dövlət Bayrağı bu gün Azərbaycan vətəndaşlarının bir amal ətrafında birləşməsinin rəmzidir. Onun yenidən dirçəlişi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin, dövlətçilik düşüncəsinin və milli ideallarına sarsılmaz inamının bəhrəsidir. Dövlət Bayrağı hər bir azərbaycanlının qəlbində vətənə sevgi, dövlətə sədaqət, xalqa bağlılıq duyğularını oyadır. Uşaqlardan tutmuş yaşlılara qədər hər bir vətəndaş bu bayrağın altında özünü eyni milli kimliyin daşıyıcısı kimi hiss edir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması milli dövlətçilik tariximizin mühüm hadisələrindən biridir. Bu gün sadəcə bir rəmz bayramı deyil, həm də xalqımızın azadlıq iradəsinin, milli həmrəyliyinin və dövlətə bağlılığının təntənəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı milli birliyin, müstəqilliyin və “azərbaycançılıq” ideyasının simvoludur. O, təkcə bir parça parça deyil, xalqımızın ruhunu, kimliyini, azadlıq arzusunu ifadə edən müqəddəs rəmzdir. Bu bayraq altında xalqımız ötən əsrlərin sınaqlarından keçmiş, bu gün isə suveren, güclü və müasir Azərbaycan dövlətini qurmuşdur. 9 Noyabr – Dövlət Bayrağı Günü isə bu birliyin, həmrəyliyin və əbədi azərbaycançılıq ruhunun təntənəsidir.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müstəqilliyin və qürurun rəmzi

Növbəti xəbər

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

Əlaqədar Xəbərlər

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

11 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

“Konstitusiya və Suverenlik İli”-bir-birini tamamlayan iki tarixi hadisə

16 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

3 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

3 həftə əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

1 ay əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Artıq beşinci ildir ki, Konstitusiya Gününü sevinclə, qürurla və iftixar hissi ilə qeyd edirik

5 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Zəfərin davamı – güclü sosial dövlət

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

44 günlük Şanlı Savaş

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır

12 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınmışdır

12 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.