İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
6 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: “Bu, dövlətimizin gücünə əlavə güc qatacaq”

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi bir çox məqamlarına görə mühüm əhəmiyyət kəsb edir.

Birincisi ona görə ki, hələ 50 il öncə, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin 24-cü toplantısı Bakıda keçirilib və cənab Prezident İlham Əliyev gənc yaşlarında olsa da, həmin toplantıda iştirak edib. Bu sahənin ölkələrin inkişafında nə qədər böyük əhəmiyyətə malik olduğunu o zaman görüb və Azərbaycana rəhbərlik etdiyi dövrdə də bu sahənin inkişafına xüsusi diqqət göstərib.

Məhz bunun nəticəsi olaraq Azərbaycanda kosmik sənaye sürətlə inkişaf edib və artıq 10 ildən artıq müddətdir ki, beynəlxalq kosmik ailənin üzvüdür. İkincisi, Ulu Öndər Heydər Əliyev müasir dünyada kosmik sahənin inkişafının hansı əhəmiyyətli rola malik olduğunu görərək, o dövrdə “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında keçirilən bu konqres ilə Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1974-cü ilin 10 yanvarında SSRİ Nazirlər Sovetinə Bakıda Kosmik Mərkəzin yaradılması ilə bağlı müraciət olundu və 1974-cü il avqustun 21-də Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzi – “Kaspi” Elmi Mərkəzi yaradılıb.

1974-cü ilin 16 dekabrında isə Tofiq İsmayılovun rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik cihazqayırma xüsusi konstruktor bürosu»nun fəaliyyəti ilə kosmik tədqiqatların aparılmasına start verilib. Bu, o dövrdə Azərbaycanın SSRİ-nin kosmik tədqiqatlarında iştirakı yönündə atılmış ilk uğurlu addım olub. Bünövrəsi 50 il bundan öncə qoyulan bir sahə Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra yenidən sürətlə inkişaf edib beynəlxalq astonavtika ailəsində özünə layiqli yeri tutmaqdadır. Əminəm ki, Azərbaycan dünyada bu sahədə özünəlayiq yerlərdən birini tutacaq. Üçüncüsü, konqresin Bakıda keçirilməsini Azərbaycanın həm iqtisadi gücünün, həm də beynəlxalq aləmdəki nüfuzunun göstərici kimi dəyərləndirmək lazımdır”. 

Bunu Cebhe.info-ya açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, nüfuzlu beynəlxalq tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox nümayəndənin, xüsusən də bu sahədə beynəlxalq səviyyədə tanınmış simaların, mütəxəssislərin iştirakı dediklərimizi sübut edir.

“Odur ki, konqresin keçirilməsi gələcəkdə Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsinə, sərmayə qoyuluşuna, beynəlxalq miqyasda öz mövqeyinin daha da möhkəmləndirməsi baxımından öz müsbət töhfəsini verəcək”, – o qeyd edib.

Deputat əlavə edib ki, hazırda kosmik peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər:

“Bu sahənin inkişafı ölkənin yürütdüyü siyasətin priorotetlərindən biri hesab edilməsi yaxın gələcəkdə dünyamiqyaslı azərbaycanlı mütəxəssislərinin yetişməsinə zəmin yaradır. Astronavtika sahəsinin inkişafı təkcə dövlətə iqtisadi baxımından deyil. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində dövlətin gücü, nüfuzu və təsiri baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda süni intellektin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən sahədir.

Ona görə də ölkənin gələcək strateji inkişafında iqtisadiyyatının müasirləşdirilib modernləşdirilməsi, süni intellektin inkişafında astronavtika xüsusi yer tutur. Cənab Prezident də bu sahənin gələcək inkişaf perspektivlərini nəzərə alaraq digər sahələrdə olduğu kimi, bu sahənin inkişaf etdirilib beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bir sahəyə çevrilməsini qarşıya hədəf qoyub. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq astronavtika sahəsində də öz layiqli yerini tutacaq və dövlətimizin gücünə, qüdrətinə əlavə güc qatacaq”. 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müasir Azərbaycanın təməlini qoyan Ümummilli Lider

Növbəti xəbər

Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

3 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

7 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

12 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

12 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Aprelin 23-də biz Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsini yaratdıq və ərazi bütövlüyümüzü tam təmin etdik

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

4 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

5 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.