Ulu Öndər Heydər Əliyevin ölkəmiz və xalqımız üçün etdikləri zaman keçdikcə öz əhəmiyyətini daha çox göstərir. Bunu Ulu Öndərin uzaqgörən siyasəti, vaxtında gördüyü işlərin nəticəsi və onun siyasi varisinin Azərbaycan üçün gördüyü işlər ilə xaraktrizə edə bilərik. İlk öncə vurğulamaq lazımdır ki, o, yalnız müstəqillik dövründə deyil, ömrünün bütün çağlarında Azərbaycançılıq naminə fəaliyyət göstərib. Hələ SSRİ dövründə siyasətdə və vəzifədə olduğu müddətdə atdığı addımlar bu gün də öyrənilir və bizim üçün nə qədər əhəmiyyətli olması görünür. Azərbaycan xalqının mərd oğlu sovet ittifaqında rəhbər vəzifə tutduqda da onun üçün Azərbaycançılıq ən önəmli missiya olub. Müstəqillik dövrünə gəldikdə isə, Ümummilli Lider Heydər Əliyevin adı olmadan bugünkü Azərbaycanı təsəvvür etmək mümkün deyil. SSRİ-nin dağılması kimi tarixi şans yalnız Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanı inkişafa doğru apardı.
Ulu Öndər Heydər Əliyev böyük siyasətçi olmaqla yanaşı vətənini hər şeydən çox sevən böyük azərbaycanlı idi. Bu, onun çoxsahəli fəaliyyətini uğurlu edən ən önəmli amil idi. Vətənə məhəbbət, milli kimliyinə sadiqlik və böyük siyasi bacarıq ona Azərbaycanı bəlalardan qurtarmaq, parlaq gələcəyə götürmək kimi ali məqsədləri reallaşdırmağa imkan verdi. Bugünkü Azərbaycanın varlığı Ulu Öndərin ali məqsədlərinin, misilsiz xidmətlərinin nəticəsidir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycançılıq məfkurəsini hər zaman üstün tutmuş, bütün fəaliyyəti boyunca ön plana çəkmişdir. Ölkədə hərc-mərclik və siyasi xaosun yaşandığı bir vaxtda xalqın təkidi ilə siyasətə qayıdan Ulu Öndər öz çağırışları ilə insanları bir amal üçün birləşdirməyə müvəffəq olmuşdur. 1993-cü ilin avqust ayında ziyalılarla görüşündə “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik” – deyə vurğulamışdır. Bu ifadə insanları milli kimliyinə sadiq olmağa şövq edən tarixi müraciətlərdəndir. Ulu Öndərin öz çağırışlarında söylədiyi bütün fikirlər, xüsusən də çətin dövrü əhatə edənlər dövlətçilik tarixində mühüm rola malikdir. Ümummilli Lider üzünü gənclərə tutub vətəndaşlıq borcumuzun milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarət olduğunu bildirmişdi. Onun tarixi sözlərinin gənc nəslin milli ruhda tərbiyə almasında müstəsna rolu var.
Ulu Öndər hər zaman Azərbaycan xalqını güclü görmək istəyib və bunun uğurunda çalışıb. Biz xoşbəxt xalqıq ki, tarix xalqımıza Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş edib. Bu gün əməyinin nəticəsi olan müstəqil Azərbaycanda onun siyasi irsi yaşadılır. Məhz Heydər Əliyev siyasi irsinin yaşadılması, yeni nəsil tərəfindən öyrənilməsi ölkəmizin müstəqilliyinin və inkişafının daimi olmasını şübhəsiz edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirmiş, ərazi bütövlüyünü bərpa etmiş, dünya ölkələri arasında hər gün daha çox nüfuz qazandırmış, söz sahibinə çevirmişdir. Bu amil Heydər Əliyev siyasi irsinin dünyada müsbət mənada fərqləndiyini göstərir. Bizim hər birimizin müstəqilliyimizin qorunması və ölkəmizin daha da güclənməsi üçün üzərimizə düşən vəzifələr var. Heydər Əliyev siyasi irsini yaşatmaq və Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşmək başlıca vəzifəmizdir.
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü
Şahin İsmayılov
Hey! Do you know if they make any plugins to assist with
Search Engine Optimization? I’m trying to get my site to rank for
some targeted keywords but I’m not seeing very good success.
If you know of any please share. Cheers! You can read similar article here: Warm blankets
The 2323 angel quantity emphasizes the importance of sustaining harmony and steadiness in all aspects of your life.
sugar defender official website For many years, I’ve fought unforeseeable blood glucose swings that left me really feeling drained and
lethargic. However given that incorporating Sugar my energy levels are currently
stable and constant, and I no longer hit a wall in the afternoons.
I appreciate that it’s a mild, all-natural approach that does not included any type of unpleasant negative effects.
It’s truly changed my daily life.