İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
10 İyul, 2025 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputat: Azərbaycan hər zaman prinsipial mövqeyini qoruyub

6 ay əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Cənab Prezidentin yerli mediaya verdiyi müsahibəsində çox mühüm məqamlar diqqətə çatdırılıb. O, Azərbaycanın prinsipial mövqeyini bir daha aydın şəkildə ifadə edərək İranın səhv addımlarını ifşa etdi. Bu iki qonşu ölkə arasında zaman-zaman gərginliklər yaşanıb, müxtəlif anlaşılmazlıqlar ortaya çıxıb. Keçmiş dövrlərdə də İranın təxribatçı addımlarının şahidi olmuşuq. II Qarabağ müharibəsi dövründə və sonrakı dövrdə İranın Ermənistanla sıx əməkdaşlıq etdiyini görmüşük. Xüsusilə 2020-ci ildə Cəbrayılın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyev bölgəyə səfəri zamanı Azərbaycanın dostluq körpüsü barədə xüsusilə danışdı. Amma bunun əksinə olaraq, İranın təxribatçı davranışları davam etdi.

Uzun illərdir İranın əyalət mollalarının Azərbaycana qarşı dil uzatdığı və hədyanlar yağdırdığı müşahidə olunur:

Azərbaycan hər zaman bu məsələlərə səbrlə, təmkinlə yanaşırdı və çalışırdı ki, münasibətlər gərginləşməsin. Ancaq İran tərəfi durmadan bu təxribatları törətməyə davam etdi. Nəhayət, bizim səfirliyimizdə belə bir hadisənin törədildiyinin şahidi olduq. İran rəsmilərinin də bu məsələyə mövqe və yanaşması bir daha onu göstərdi ki, İran tərəfi bu məsələdə də qeyri-səmimidir.

Səfirlikdə terror hadisəsi törədildikdən uzun müddət sonra polisin gəlməsi onu sübut edir ki, İran tərəfi bu məsələyə operativ reaksiya vermək istəməyib: “Həmin insanın bu günə kimi cəzasını almaması həmin şəxsin xəstə elan olunması ilə bağlı tez bir zamanda verilən bəyanatlar onu göstərdi ki, İran tərəfi bu məsələdə səmimi deyildi. Yəni İranın keçmiş xarici işlər naziri də bu məsələyə münasibət bildirərkən qeyd eləmişdi ki, həmin insan cəzalandırılacaq. Amma biz bu günə kimi həmin insanın cəzalandırılmadığını görürük. Yəni bu da bir daha onu göstərir ki, İran tərəfi bu məsələdə qeyri-səmimidir.

İran tərəfi Azərbaycana qarşı törətdiyi təxribatlara son qoymalıdır. Yəni bu təxribatlar bu formada davam etməməlidir. Bu təxribatlar yekunlaşdırılmalıdır və Azərbaycana qarşı bu kimi təxribatları növbəti mərhələdə görməməliyik. Biz İranla münasibətlərin normallaşmasında maraqlıyıq. Amma burada maraqlı olan tərəf həm də İran tərəfi olmalıdır. Əgər İran tərəfi maraqlı deyilsə, Azərbaycan tərəfi təbii ki, bununla bağlı öz mövqeyini hər zaman olduğu kimi qətiyyətlə ifadə edəcək. Biz hər zaman bu kimi məsələlərə öz reaksiyamızı vermişik və bu gündən sonra da verəcəyik.

Azərbaycan hər zaman prinsipial mövqeyini qoruyub və təxribatlara qarşı qətiyyətli addımlar atıb. Prezident İlham Əliyev bu məsələlərə dair Azərbaycanın qəti mövqeyini bir daha vurğuladı. Gələcək münasibətlərin inkişafı isə birbaşa İranın nümayiş etdirəcəyi mövqedən asılı olacaq. Biz ümid edirik ki, bu münasibətlər normallaşar və təxribatlar dayandırılar. Azərbaycan cəmiyyəti də İranın təxribatlarına və təhqirlərinə qarşı haqlı olaraq mənfi münasibət sərgiləyir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycana qarşı düşmənçilik edən, təhdidlər səsləndirən və təxribatlar törədənlər bu hərəkətlərinə dərhal son qoymalıdırlar. Gələcəkdə bu cür fəaliyyətlərin dayandırılması, regionda sülh və sabitlik üçün vacib bir şərtdir.

İranın yük maşınlarının nömrələrini dəyişərək erməni nömrələri ilə Qarabağa qanunsuz yardımlar göndərməsi, bölgədə hərbi təlimlər keçirməsi və səfirliyə qarşı törədilən terror aktı Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirib.

Ermənistan tərəfinin davamlı şəkildə atəşkəsi pozduğunu görürük. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir və daha çox sülhün imitasiyası ilə məşğuldur. Biz bunu açıq-aydın bütün istiqamətlərdə müşahidə edirik. Atəşkəsin pozulması da bunu daha ciddi formada təsdiq edir.

Ermənistan sülh istəsəydi, öz konstitusiyasına dəyişikliklər edərdilər və ATƏT-in yararsız MİNSK qrupunun fəaliyyətinin sonlandırılmasına da müsbət yanaşardılar.

Bütün bunlar onu göstərir ki, Ermənistanın belə bir hədəfi yoxdur və təəssüf ki, bu məsələdə Ermənistanın həm hazırkı hakimiyyəti, həm də əvvəlki liderləri ciddi məsuliyyət daşıyırlar.

Hesab edirəm ki, bu məsələdə birmənalı olaraq Fransa və Amerika Birləşmiş Ştatları da məsuliyyət daşıyır.

Ermənistanın sülh istəməməsini təsdiq edən digər önəmli məqam ondan ibarətdir ki, Ermənistan davamlı olaraq silahlanır. Bu da onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir. Ermənistan bilməlidir ki, bölgəyə sülh gəlməlidir. Bölgəyə sülhün gəlməsi bu gün faktiki olaraq daha çox Ermənistandan asılıdır. Ermənistan real addımlar atmalıdır və bölgəmizə sülhün gəlməsi üçün gərəkən bütün addımları və tədbirləri həyata keçirməlidir. Bu da olmadığı təqdirdə bölgədə yenə də davamlı olaraq, gərginlik və qarşıdurma müşahidə edəcəyik. Bölgəyə sülhün gəlməsi çətinləşəcək. Ermənistan bu cür təxribatlara son qoymalıdır. Ermənistan bölgəmizə sülh gəlməsi üçün real addımlar atmalıdır.

Sülh yalnız bizə lazım deyil, Ermənistana da lazımdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alınaraq bu uçuşlar dayandırılıb

Növbəti xəbər

Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

3 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

3 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

3 gün əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

3 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

3 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.