İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Avropanın erməni bacıları, Emmanuel xalası, Cozep nənəsi buna imkan vermir

2 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Fevralın 28-də Avropa Parlamenti adlanan, siyasi populizm xəstəliyinə yoluxmuş faydasız bir qurum növbəti kağız parçasını qəbul edib.

 

Kağız parçasında bu siyasi abırszlıq yuvası həyasızcasına Azərbaycanı hücumlarda və etnik təmizləmələrdə ittiham edir.

 

Sual yaranır ki, niyə Avropa Parlamenti erməniləri müdafiə etdiyi kimi illərlə Qərbi Azərbaycanda və Qarabağda etnik təmizləmələrə, deportasiyalara, soyqırımlara məruz qalmış azərbaycanlıların haqlarını bu günə qədər qorumayıb? Niyə bu ağır cinayətlərə hüquqi qiymət verməyib? Niyə xalqımıza məxsus tarixi, dini və mədəni irsin məhv edilməsi hallarının araşdırılmasını qətnamələrinə və hesabatlarına salmayıb?

 

Çünki, Avropanın erməni bacıları, Emmanuel xalası, Cozep nənəsi buna imkan vermir. Həm də nəzərə almalıyıq ki, Avropa Parlamenti yeni seçkilərə hazırlaşır və anti-Azərbaycan hücumları erməni diasporundan müəyyən deputatlara və partiyalara səs qazandırmaq məqsədini daşıyır.

 

Eyni zamanda, kağız parçasında bu islamofob və irqçilər yığını ərazimizdə Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsinə çağırır. Bu çağırışdan daha bir qənaətə gəlmək olar: Avropa Parlamenti, deyəsən, Azərbaycanı Ermənistanla səhv salıb. Bu qurum, onun üçün çətin də olsa, dərk etməlidir ki, Ermənistandan fərqli olaraq Azərbaycan kimlərinsə maraqlarına görə, maddi nemətlərə görə, şübhəli vədlərə və imtiyazlara görə öz müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini və şərəfini heç bir halda qurban verməz!

 

Həqiqət ondadır ki, Avropa Parlamenti regionumuzda nə sülhün, nə təhlükəsizliyin, nə də sabitliyin bərqərar olunmasını istəmir. Məqsədi isə bəzi Avropa dairələrinin regionda mövcudluğunu artırmaq, mövqelərini gücləndirmək, digər regional oyunçuların maraqlarına xələl gətirməkdir.

 

Təəssüf ki, Avropa Parlamenti populizm, ikiüzlülük və riyakarlıq xəstəliklərindən heç vaxt sağalmayacaq. Ona görə də bu məsələni ürəyimizə çox salmayaq. Aydındır ki, zəfərlərimiz, uğurlarımız və artan nüfuzumuz onları əməlli narahat edir, içlərini yandırır, gecələr yatmağa belə imkan vermir.

 

Əgər Avropa Parlamenti ölkəmizə qarşı qərəzini, nifrətini və aqressivliyini davamlı şəkildə nümayiş etdirirsə, deməli, biz düz yoldayıq. Nə qədər ki, biz düz yoldayıq, qoy o qədər də onlar kağızlarını israf etsinlər, qatlalayıb arxivlərinə qoysunlar, onsuz da həmin kağızların bizə nə istisi var, nə də soyuğu!

 

Milli Məclisin deputatı Kamran Bayramov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Beləsi hələ dünyaya gəlməyib” – Deputatdan ŞOK ÇIXIŞ

Növbəti xəbər

YAP ötən illər ərzində böyük inkişaf yolu keçib

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

3 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

3 həftə əvvəl
Növbəti xəbər
YAP ötən illər ərzində böyük inkişaf yolu keçib

YAP ötən illər ərzində böyük inkişaf yolu keçib

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

21 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

21 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

24 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.