İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Aprel, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Ölkəmizdə davamlı olaraq möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə daha da artdığının bariz nümunəsidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Liderlər Sammitinin açılış mərasimində çıxış edən cənab Prezident onu da deyib ki, “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Avropa İttifaqının 10 üzvü ilə Azərbaycan sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar bizə düşünməyə imkan verir ki, biz iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, biz mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq.

COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışacaq. Hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənir. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələləri həllini tapmalıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Naxçıvan bərpaolunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz enerji alacağıq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki əsaslandırma işləri yaxın vaxtlarda bitəcək. Onun imkanları kifayət qədər böyük olacaqdır.

Azərbaycan 1990-cı illə (baza ili) müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını qarşıya məqsəd qoyub. Bununla yanaşı, elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Bunu da qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin atdığı məqsədyönlü addımlar nəticəsində Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, həm də “təmiz enerji” ölkəsi olmaq üçün çalışır. COP29 kimi tədbirə evsahibliyi edən ölkəmizin əsas məqsədi həm də bu tədbirin nəticəli olmasına, qlobal dünyanı təhdid edən ekoloji problemlərə dünya ölkələrinin yanaşması və burada ortaq məqsədlərin müəyyənləşdirilməsinə nail olmaqdır. İnanırıq ki, sessiyanın növbəti günlərində ediləcək çağırışlar və əldə olunacaq razılaşmalar qlobal ekoloji problemlərin həllində Azərbaycanın vacib rolunu bir daha ortaya qoyacaq.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

 

 

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir

Növbəti xəbər

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

1 gün əvvəl
“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”
Gündəm

“Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb”

3 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Təbabətdə öz dəst-xətti olan novator alim

3 gün əvvəl
Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi
Gündəm

Zərifə Əliyevanın traxoma infeksion xəstəliyinə qarşı mübarizəsi

3 gün əvvəl
Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür
Gündəm

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür

3 gün əvvəl
Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb
Gündəm

Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

4 gün əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub
Sosial

Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub

45 dəqiqə əvvəl
Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib
Sosial

Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib

9 saat əvvəl
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
Xüsusi

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

24 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.